BAKU Azərbaycan
12.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8055
  • 1 Rusiya rublu
    0.018
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1122
11938

Şəmkir rayon İcra Hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədovun maral fermasının üzə çıxması son günlərin müzakirə olunan mövzularındandır. Maral əsasən çöl heyvanıdır və meşələrdə yaşayır. Azərbaycanda bu heyvanların sayı çox deyil və onların fermada saxlanması ilk hadisədir. Dünya mətbuatında gedən məlumatlarda maral fermalarının əsasən Yeni Zellandiya yaradıldığı qeyd olunur.

Maraqlıdır, Alimpaşa Məmmədovun maral fermasını yaratmaqda məqsədi nə imiş? O, bu heyvanların ətini, yoxsa südünü satmağı planlaşdırırmış?

Alimpaşa müəllim hazırda həbsdə olduğundan bu suallara cavabı onun öz dilindən eşitmək mümkün deyil.

Valyuta.az Modern.az-a istinadən xəbər verir ki, Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov, Yeni Zellandiyada açıq havada qurulan maral fermalarını gördüyünü bildirib.

“Orada maral fermalarını görmüşəm. Onlar açıq havada ilboyu daim çöllərdə saxlanılır. Maral ətinə bir çox ölkələrdə tələbat var. O cümlədən maral dərisindən də istifadə olunur. Xüsusi maral növləri var ki, onların buynuzunun içərisindəki ilikdən dərman hazırlanır. Alimpaşanın fermasındakı maralları ətlik üçün saxlayırdılarsa, güman edirəm ki, onları elit restoranlara verəcəkdilər və ya dəriisndən istifadə edərək, ətliyə çeviriləcəkdi” - E.Hüseynov deyib.

AİB rəhbəri bildirib ki, əgər ölkəmizdə ayını 1 milyona alıb yeyən adam varsa, demək ki, maralı yeyənlər daha çox olar: 

“Çünki ayının özü maral yeyir. Ayını yeyən maralı göydən düşmə kimi yeyər. Ölkəmizdə elə adamlar varsa, deməli maral ətinə də tələbat olub. Bu vaxta kimi maral əti yeməmişəm. Dadını da bilmirəm. Güman edirəm ki, normal bir ətdir. Düşünürəm ki, Alimpaşa Məmmədov maralı mütləq biznes məqsədi ilə saxlayıb. Hesab etmirəm ki, onun fermasında dərman hazırlanan maral növü ola…” 

Onun fikrincə, Qida Təhlükəsizlik Agentliyi bu fermadan xəbərsiz olmaya bilməz: 

“Qida zəncirində iştirak edən bütöv subyektlər Qida Təhlükəsizlik Agentliyində qeydiyyata daxil olmalıdır. Onlar maraldan hansı məqsədlər üçün istifadə edildiyini daha yaxşı bilərlər”.

Qida Təhlükəsizlik Agentliyinin məsələyələ bağlı mövqeyini öyrənə bilmədik...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycan neftinin qiyməti 91 dollara düşüb

Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik (VİDEO)

Bakının bu ərazisində söküntü: Bina tikiləcək (VİDEO)

Əhali sayına görə Çini geridə qoydular

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarıldı (FOTO)

“Strimer” şirkəti meriyanı məhkəməyə verdi

Ürək çatışmazlığınızın olub-olmadığını yeriyərkən öyrənəcəksiniz

"KVESTBAKU" məhkəmə qarşısında

Siqaretlə bağlı yeni qanun qəbul olundu, dərhal cəza gələcək

Yeni hazırlanmış 7 dərslik istifadəyə veriləcək

“Bakıinşaatsənaye” 1500 manat cərimələnə bilər

"Xəzər TV" məhkəməyə verildi

"iPhone 16 Pro" necə olacaq? - Həvəskarları sevindirəcək üç xüsusiyyət

Dünya Göz Klinikasından maddi ziyan tələbi

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edilir

Dövlət qurumu ilə şirkət arasında icarə mübahisəsi

"Avromed" cərimələndi

"An Construction"a protokol yazıldı

Şirkətlər əmanətlərini "Unibank"dan geri çəkir - 38 milyon manat azalma

Keçmiş işçisi “Azza”dan əmək haqqı tələb edir

Kənd təsərrüfatının xarici toxum sortlarından asılılığını necə azaltmaq olar? (ŞƏRH)

“Kapital Bank” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb ®

Bayden Çindən polad və alüminiuma daha yüksək tariflər tələb edir

Hansı sahibkarların vergi borcu silinə bilər? (ŞƏRH)

3 ayda xaricdən 80 milyon dollarlıq dənli bitki almışıq - 50 milyondan çox azalma

Azərbaycanda sığorta sektorunun ÜDM-də 1 faizlik payını necə artırmaq olar?

Rabitəbank 2024-cü ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb ®

Rusiya şirkətləri Çin banklarının qadağalarından necə yayınır?

Qazaxda Aqrar Biznes Festivalı keçirildi (FOTOLAR)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin