BAKU Azərbaycan
17.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8152
  • 1 Rusiya rublu
    0.018
  • 1 Türkiyə lirəsi
    0.0523
  • 1 İngiltərə funt sterlinqi
    2.1198
10335

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-ə sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul zamanı Azərbaycan Prezidenti İlham Əliyev bu sektor üçün yeni hədəfləri müəyyənləşdirdi”.

Valyuta.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov açıqlamasında bildirib. 

Azərbaycanda 72 milyard 432 milyon manatlıq ümumi daxili məhsulun (ÜDM) 6,9 faizinin kənd təsərrüfatının payına düşdüyünü deyən deputat bildirib ki, bu da il ərzində 5 milyard manata yaxın aqrar məhsulların istehsal olunduğunu göstərir: 

“Aydındır ki, həm kənd təsərrüfatı məhsullarının istehsalının genişləndirilməsi, həm də bu sektorun ÜDM-də payının artırılması üçün su təsərrüfatı sisteminin təkmilləşdirilməsinə ehtiyac var. Əvvəla, su ehtiyatlarının sahibkarlar və fermerlər arasında tam ədalətli bölgüsü mexanizminin yaradılmasına ehtiyac var.

Digər tərəfdən, su mənbələrinin əsasən ölkə xaricində olduğunu nəzərə alsaq, su ehtiyatları və ehtiyaclarının elektron xəritəsinin hazırlanması və buna uyğun olaraq sahibkarların su təminatının genişləndirilməsi məqsədəuyğundur”. 

Ekspert fikrini belə əsaslandırıb ki, belə elektron xəritələr əksər inkişaf etmiş ölkələrdə tətbiq olunur və nəticədə ehtiyacların hansı mənbələr hesabına ödənilməsini müəyyənləşdirilməsinə imkan yaradır:

“İşğaldan azad olunmuş ərazilərimizdə mövcud su ehtiyatlarını və torpaq fondunu nəzərə alsaq, Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalının yaxın illərdə daha 1 milyard manat artırılması mümkündür. Bu isə həm də su təsərrüfatında müasir menecement yanaşması tələb edir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Yağlarla bağlı istənilən ekspertizaya getməyə hazıram - Sədrdən açıqlama

UEFA “Barselona” klubunu cərimələyib

Bakı Şəhəri Üzrə Təhsil İdarəsinə protokol yazıldı

“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib

"AzTrans Car" cərimə edilə bilər – 300 minə yaxın borcu var

Ukrayna müsadirə edilmiş Rusiya aktivlərini hara xərcləmək istəyir?

Gömrük komitəsi daha bir şirkətə protokol yazdı

Balinalarla danışmaq mümkün ola bilər

"Huawei" eyni vaxtda 4 bahalı və güclü "Pura 70" smartfonunu təqdim etdi

AstraZeneca diabet dərmanı ilə bağlı İstintaq Komitəsinə müraciət etdi

“Nurgün Motors”a qarşı iddia

Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub

Fermerlərə verilən güzəştli kreditlərin məbləği artıb

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir

Vüqar Qurbanovdan yeni təyinat (FOTO)

Vüqar Qurbanovdan yeni təyinat (FOTO)

Hansı növ unların tərkibi dəmirlə zənginləşdirilməlidir? (ŞƏRH)

Azərbaycana minik avtomobilləri hansı ölkələrdən və neçəyə gətirilir? - Siyahı

Dövlət İmtahan Mərkəzi 201 min manatlıq yemək alır

Azərbaycan at ətini hansı ölkələrə ixrac edir?

ABŞ "istənilən Çin şirkətinə" qarşı sanksiya elan etdi

Avropa Rusiyadan tədarüklər hesabına qaz istehlakını rekord həddə çatdırıb

19 faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Kredit götürüb soğan əkdi, 200 ton məhsulu sata bilmədi, 70 min manat ziyana düşdü (FOTO)

Elçin Zeynalov Lerikdə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib (FOTO)

ASK öz törəmə şirkətini məhkəməyə verdi

Vergi ödəyicilərinin nəzərinə - (VİDEO)

Kreditlərinizi Kapital Bank-a gətirin nağdlaşdırma komissiyası olmadan kredit əldə edin ®

Qazaxıstan 600-dən çox neft quyusunun işini dayandırıb - Səbəb?

“Bank Avrasiya” ötən günləri qaytara bilmir - Mənfəətdə milyonluq azalma!

“Bank Avrasiya” ötən günləri qaytara bilmir - Mənfəətdə milyonluq azalma!

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin