Redaktor
Hibrid avtomobillər köhnə avtomobilləri bazardan çıxarır (VİDEO)
Bu il ölkəyə gətirilən hibrid avtomobillərin həm sayı, həm də dəyəri artıb.
Valyuta.az xəbər verir ki, iqtisadçı-ekspert Xalid Kərimlinin sözlərinə görə, ölkəyə gətirilən elektrik mühərriki ilə işləyən avtomobillərin əlavə dəyər vergisindən azad edilməsi və gömrük güzəştələrinin tətbiqi bu nəqliyyat vasitələrinin sayının artmasına səbəb olub. Lakin, istehsal ili köhnə olan avtomobillərə qoyulan qadağa daha müasir və yeni nəqliyyat vasitələrinin idxalı ilə nəticələnib ki, bu da dəyəri artırıb.
Ekspertin sözlərinə görə, hibrid nəqliyyat vasitələrinin idxalındakı artım ölkədəki avtomobil parkının tədricən yenilənməsinə səbəb olacaq. Bazarda köhnə avtomobillərin sayı xeyli azalacaq.
Xalid Kərimli qeyd edib ki, hibrid avtomobillərin çoxalması bazarda yeni alqı-satqı qiymətləri formalaşdırır.
Ekspert əlavə edib ki, ölkəyə gətirilən hibrid avtomobillərinin istehsal ili yeni, özü də qənaətcil olduğuna görə onlar bazarda daha baha qiymətə təklif edilir.
© Xezerxeber.az
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər10 nəqliyyat vasitəsi satışa çıxarılır - 1 350 manatdan
09.12.2025AFB Bank-ın aktivləri 400 milyon manatı keçdi! ®
09.12.2025Masallıda 10 milyona DOST Mərkəzi tikiləcək
09.12.2025Azərbaycanda gömrük sadələşdirilir? - Yeni sənəd qəbul edildi
09.12.2025Nazir yeni rəis əvəzi təyin etdi
09.12.2025