Redaktor
Şakir Rəhimov və Tariyel İsmayılov "Bank Respublika"dan nə qədər qazanır? - RƏQƏMLƏR
“Bank Respublika”nın rəhbərliyi 2025-ci ilin ilk yarısında bankdan 8,2 milyon manat gəlir əldə edib.
Valyuta.az xəbər verir ki, bu da 2024-cü ilin eyni dövrünə nisbətən 2,5 dəfə və ya 5 milyon manat çoxdur. Belə ki, 2024-cü ilin ilk yarısında bankın rəhbərliyinin gəlirləri 3,23 milyon manat təşkil edib.
Bu ilin ilk yarısında ödənişlərin 7,11 milyon manatı əməkhaqqı və bonuslar, 1,08 milyon manatı isə pensiya və digər ayırmalardır. Ötən ilin eyni dövründə bu rəqəm müvafiq olaraq 2,79 milyon manat və 443 min manat təşkil edib.
Qeyd edək ki, bu məbləğə Müşahidə Şurasının və İdarə Heyətinin üzvləri ilə bağlı nağd və nağdsız ödənişlər daxildir.
Hazırda bankın Müşahidə Şurasında 7, İdarə Heyətində isə 3 nəfər təmsil olunur.
Beynəlxalq və yerli tərcübəyə əsasən bankların İdarə Heyəti Müşahidə Şurasına nisbətən 2 dəfə daha çox, İdarə Heyəti sədri İH üzvlərindən 1,5 dəfə, MŞ sədri isə MŞ üzvlərindən 1,2 dəfə çox əməkhaqqı alır.
Hazırda “Bank Respublika”nın Müşahidə Şurasının sədri Şakir Rəhimov (səhmdar), üzvləri Yohannes Meynhardt, İrina Şmidt, Elçin Quliyev (səhmdar), Antoine Hurpin, Shavkat Akmalov və Steffan Karstendir. Bankın İdarə Heyətinin sədri Tariyel İsmayılov, sədr müavinləri - Elnur Həsənov və Aslan Abasovdur. Bu isə o deməkdir ki, Bankın İdarə Heyətinin sədrinin 6 aylıq gəliri təxminən 2 milyon manat, İH üzvlərinin gəlirləri 1,3 milyon manat, Müşahidə Şurasının sədrinin gəlirləri 780 min manat, MŞ üzvlərinin gəlirləri isə 650 min manat təşkil edib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 2 dəfədən çox artım deməkdir.
Xatırladaq ki, "Bank Respublika" ASC 1992-ci ildə yaradılıb. Bankın səhmlərinin 90,25% Quliyev qardaşlarına (63,32%-i Quliyev Natiq Saday oğlu, 18,46%-i qardaşı Elçin Quliyevə, 8,47%-i Namiq Quliyevə), 5,45%-i bankın Müşahidə Şurasının sədri Şakir Rəhimova, 4,22%-i "Sparkassen International Development Trust"a, 0,08%-i isə digər səhmdarlara aiddir.
Nara
Əlaqəli Xəbərlər
Zakir İbrahimov və müavinləri "AzerGold"dan nə qədər qazanır? - RƏQƏMLƏR
Natiq Quliyev və qardaşları “Bank Respublika”dan nə qədər qazanır? - Rəqəmlər
“Azər-Türk Bank”ın rəhbərliyi bankdan nə qədər qazanır? - Rəqəmlər
“PAŞA Bank”ın Gürcüstan törəməsinin rəhbərliyi nə qədər qazanır? - Rəqəmlər
“Xalq Bank”ın rəhbərliyi bankdan nə qədər qazanır? - Rəqəmlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərƏn gənc milyarder uğurun sirrini açıqladı
07.12.2025"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO
07.12.2025Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU
07.12.2025Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI
06.12.2025Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO
06.12.2025Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb
06.12.2025İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB
06.12.2025Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI
06.12.2025"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il
06.12.2025Mərkəzi Banka yeni səlahiyyət verildi
06.12.2025Azərbaycan manatını nə gözləyir?
06.12.2025Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər
06.12.2025