BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8497
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1603
35091

“Ciddi problemlər yaranacağına görə, restoranlarla bağlı assosiasiyaların yaradılması təklifinin realizasiya edilə bilən olacağını gözləmirəm”. 

Bu sözləri Valyuta.az-a iqtisadçı Xalid Kərimli deputat Tahir Mirkişilinin restoranlarla bağlı assosiasiyaların yardılması ilə bağlı səsləndirdiyi fikirləri şərh edərkən deyib. 

İqtisadçının sözlərinə görə, hansısa assosisasiya deyə bilməz ki, sən bu qiyməti qoymalısan və qiymət də bundan artıq ola bilməz:

“Ümumiyyətlə, bu assosisasiya yaransa, onun fəaliyyətləri nədən ibarət olacaq? Əgər Tahir müəllim dediyi kimi, assosisasiya restoranlar üçün qiymət təyin edən bir qurum olacaqsa, gərək onun qanunvericilik bazası yaradılsın, bir qanuni tənzimlənməsi olsun. Yəni bu assosisasiya nə cür formalaşacaq, üzvləri kimlərdən ibarət olacaq, qərarlar qəbul edərkən nəyə əsaslanacaq və s. Ona görə də bu assosisasiya ictimai birlik formasında ola bilər. Belə assosiyasiya olsa da, onların qərarları restoran üçün məcburi xarakter daşımayacaq".

Xalid Kərimli əlavə edib ki, bazar iqtisadiyyatında restoranların qiymətinin tənzimlənməsi nə lazım deyil, nə də bunu etmək vacib deyil:

"Burda insanları başqa nüans narahat edir. Son zamanlar restoranlarda xidmət haqqı ortaya çıxıb. Bunu da alıcıdan sürpriz şəkildə tələb edirlər. Əgər xidmət haqqı varsa, bunu alıcıya əvvəldən elan etmək lazımdır, alıcı sifariş zamanı bunu menyudan açıq şəkildə görməlidir. Restoran yeməyə istədiyi qiymət müəyyən edə bilər, bunu heç kim müəyyənləşdirə və müdaxilə edə bilməz. Azərbaycanda beş restoran yoxdur ki, o da bir nəfərin olsun və bizdə deyək ki, qiymətlər tənzimlənməlidir. Ölkədə restoran bolluğu var, insanlar da bu restorana öz ciblərinə uyğun seçib, getməlidir. Nə hansı assosasiyaya hansısa sektorda qiyməti təyin etmək səlahiyyəti vermək doğrudur, nə də onların bunu icra etməsi ağlabatan deyil. Bu total iqtisadiyyatı tənzimləmək üçün ola bilər, o da Sovet İttifaqı dövründə olan iqtisadiyyatdır ki, hər şey dövlət tərəfindən tənzimlənirdi. Tahir müəllim dediyindən belə anlaşılır ki, restoranlar özləri müzakirə edib qiymət araşdırsın, amma onların belə assosasiya yaradaraq qiymət müəyyən etməsi sual yarada bilər. Çünki bu artıq karter razılaşması kimi də nəzərdən keçirilə bilər”. 

Həmsöhbətimiz düşünür ki, Azərbaycanda restoran biznesində qiymətlər problemli deyil, kifayət qədər rəqabətli sektordur, ən müxtəlif təkliflər, çeşidlər var:

“İnsanlar bu xidmətləri seçməkdə azaddır, məcburilik yoxdur. Ona görə də restoran qiymətləri müzakirə edənə qədər monopolist idxalçıların qiymətlərinin tənzimlənməsinə baxsınlar ki, bu monopolistlər ölkədə inflyasiyanın qiymətinin aşağı düşməsinə niyə imkan vermirlər. Dövlət bütün qiymətlərə təsir edə bilər, amma tənzimləyə, müəyyənləşdirə bilməz”. 

Qeyd edək ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili komitənin iclasında deyib ki, bizdə dünyada olduğu kimi restoran assosiyasıyaları formalaşmalıdır. Qiymətləri onlar tənzimləməlidir. Dövlət indi bütün qiymətləri tənzimləyə bilməz. Ona görə də müəyyən sahələrdə qiymətlərin tənzimlənməsi üçün palatalar yaradılmalıdır. Bu palatalara biz müəyyən səlahiyyətlər verə bilərik. Onlar, həmçinin qiymətlərin tənzimlənmələrinə nəzarət edə bilərlər.

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Xaricə şəkər satışından gəlirimiz 5 milyon dollar azalıb

Cəbrayılın dörd kəndinə birinci mərhələdə 3 min 193 sakin köçürüləcək

Kapital Bank-ın nağd kredit lotereyasının 1-ci tirajının qalibləri bəlli oldu ®

Cavanşir körpüsünün sökülməsi ilə bağlı iki avtobusun hərəkəti dəyişdirilib, parklanma yerləri ləğv edilib

Cavanşir körpüsünün sökülməsi ilə bağlı iki avtobusun hərəkəti dəyişdirilib, parklanma yerləri ləğv edilib

Beynəlxalq İnsan Resursları Günüdür – Onlar şirkətlər üçün niyə bu qədər əhəmiyyətlidir?

Xocalıya qayıdacaq sakinlərə hansı sürprizlər hazırlanır? (VİDEO)

40 min manat mayası olan ASC ləğv olunur

Azərbaycanda bir sıra bankların depozit portfeli azalıb – Siyahı

Sabah Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq

Pərakəndə satış təşkil edən sahibkar kassa aparatı quraşdırmalıdır?

Gümüş istehsalında 20 faizlik azalma – Rəqəmlər

Xamis Seyranova vəzifə verildi

Bizneslərdə marketinqin cavab verməli olduğu 3 sual

İşinizi tərk etməli olduğunuzu göstərən 10 əlamət

Gürcüstandan Azərbaycana gətirilən toyuq əti yararsız çıxıb

Bakıdakı universitetləri hansı şəhərlərə köçürmək olar?

Müsahibəyə getdiyimiz şirkəti necə araşdırmalıyıq?

“Xaqani” bağı belə olacaq (FOTO)

Birinci vitse-prezident seçkilərə qədər İran Prezidentinin səlahiyyətlərini icra edəcək

Mərkəzi Bankda yeni təyinat

Mərkəzi Bankda yeni təyinat

Bitcoin və Etherium bahalaşıb - Kriptovalyutaların qiymətləri

Bakının iki qəsəbəsində qaz olmayacaq

Tehran Fond Birjası İbrahim Rəisinin ölüm xəbərindən sonra fəaliyyətini dayandırıb

"Azerspace-1" peykinin sığortası bu şirkətə həvalə edilir - 1,5 milyon manat ödəniləcək

Çin uçan avtomobilin satış tarixini AÇIQLADI

Avro bahalaşdı - Məzənnə

Bu gündən Bakıdakı əsas körpülərdən biri BAĞLANIR

Lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır

İranın Qırmızı Aypara Cəmiyyəti: Prezident və helikopterin bütün sərnişinləri həlak olub

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin