BAKU Azərbaycan
25.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8227
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1249
45099

Azərbaycanda bu il Novruz bayramı Ramazan ayına təsadüf etdiyindən ölkəyə gələn turistlərin, xüsusilə müsəlman ölkələrindən gələn xarici vətəndaşların sayı ötən ilin eyni dövrü ilə müqayisədə az olub.

Valyuta.az xəbər verir ki, bunu “Report”a açıqlamasında "Azərbaycan Turizm Peşəkarları Təşkilatı" İctimai Birliyinin sədri Ceyhun Aşurov bildirib.

Bununla belə, onun sözlərinə görə, ölkədəki hotellər bayramda boş qalmayıb, xüsusilə regionlardakı hotellərdə daha çox aktivlik müşahidə olunub: "Azərbaycan vətəndaşlarının 90-95 %-i regionlarda istirahət edib. Bu da regionlardakı hotellərin doluluğuna, ictimai iaşə müəssisələrinin fəaliyyətinə müsbət təsir edib. Bəzi bölgələrə, xüsusilə Qəbələ rayonuna sürət qatarı işlədiyi üçün həmin istiqamət turistlər arasında daha populyar olub. Gözlənilən odur ki, Ramazan bayramı ərəfəsində də hotellərdə sıxlıq müşahidə olunacaq. Bakıya gələn turistlərin də sayında artım gözlənilir”.

"Azərbaycan Turizm Agentlikləri Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov isə açıqlamasında bildirib ki, bayram günlərində bütün hotellərdə doluluq müşahidə edilib: “Azərbaycanda bayram ərəfəsində turizm sektoru ən yüksək mövsüm kimi qiymətləndirilir. Həm də bir həftəl iş günləri olmadı və vətəndaşlarımız regionlardakı hotellərinə üz tutdular. Demək olar ki, bütün hotellərdə doluluq olub”.

Turizm eksperti qeyd edib ki, sektor koronavirus (COVID-19) pandemiyasından əvvəlki rəqəmləri bərpa etmək üzrədir: “Hələ ki, pandemiyadan əvvəlki rəqəmlərə çatmamışıq. 2019-cu ilin rəqəmlərinə hələ indi çatırıq. Bayram günlərində turistlərdən hər hansı bir şikayət daxil olmayıb. Ramazan ayı olduğu üçün müsəlman ölkələrindən gələnlərin sayı az idi, amma hər halda axın var idi".

"Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası"nın İdarə Heyətinin sədri, eyni zamanda "Azərbaycan Ekoturizm Assosiasiyası"nın İcraçı direktoru Samir Dübəndi isə bildirib ki, Novruz bayramı tətilləri turizm sənayesi üçün uğurlu keçib: "Regionlarda 5 ulduzlu hotellərin doluluğu 95-100 % olub. Digər yerləşdirmə vasitələrinin satışı da yüksək olub. Ənənəvi olaraq populyar və daha tanınmış destinasiyalarımız yenə də liderdirlər – Quba, Qusar, Qəbələ, Lənkaran, Astara, Şamaxı-İsmayıllı regionları, Gəncə şəhəri və Göy-Göl əraziləri olub. Xarici turistlərin də sayı gözəçarpan dərəcədə yüksək olub. Deyə bilərəm ki, Bakıda - İçərişəhərdə fəaliyyət göstərən bir çox hotellərin doluluğu yüksək olub. Növbəti həftələrdə açıqlanacaq rəsmi statistika daha ətraflı analiz etməyə imkan verəcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu tikinti materialları bahalaşacaq

Smartfonlar Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - TAM SİYAHI

Girişində “7/24” yazılan bəzi apteklər gecələr niyə işləmir?

Genişzolaqlı internetin sürəti 38 % artıb

Bakının 7 kilometrliyində evlər kütləvi satışa çıxarıldı - Ucuz qiymətə...

“Məcburi köçkünlər qayıtdıqca bu mənzillərin qiyməti enəcək” – Mühüm açıqlama

Bazar günü Bakıda 31 dərəcə isti olacaq

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Elektrikli Gelendvagen Mercedes-Benz G580 təqdim olundu

“Titanik”in ən zəngin sərnişininin cəsədindən çıxarılan qızıl cib saatı hərraca çıxarılıb

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi (FOTO)

Bu ərazilər tezliklə plana düşəcək

Bakıda ailə ilə şam yeməyi 200 manata başa gəlir

Rusiyadan miqrantlarla bağlı açıqlama

Azərbaycan neftinin qiyməti 90 dolları ötüb

Buğdanın qiyməti niyə ucuzlaşır? (ŞƏRH)

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Dünyanın damı"nın radioaktiv çirklənməsinin mənbəyi tapıldı

Tibbi arayışların elektronlaşması nə vəd edir? (AÇIQLAMA)

Tibbi arayışların elektronlaşması nə vəd edir? (AÇIQLAMA)

ABŞ Ukraynaya ən böyük hərbi yardım paketi ayırıb

BTC ilə daşınan neftin həcmi açıqlanıb

Formula-1 tarixinin ən böyük müqaviləsi

“Qərb Ulduzu” hansı təhrifə yol verib?

Rəhbərlik “TikTok”un satılıb satılmayacağı haqda açıqlama verdi

ABŞ Rusiya aktivləri ilə bağlı: "Tam müsadirə doğrudur, lakin başqa variantlar da var"

Rabitəbank rəhbərliyi bank sistemində yeni texnologiyaların tətbiqi sahəsi ilə tanış olub ®

Turistlər artıq Finlandiyaya səyahət etməyi sevmirlər

"Gazprom" daxili bazara rekord qaz tədarük edib

Rabitəbank rəhbərliyi ABŞ-də işgüzar səfərdə olub ®

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin