BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8497
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1603
37562

Portuqaliyalı superulduz Kriştiano Ronaldonun adı "Binance" kriptovalyuta birjası ilə əlaqədar ABŞ-da bir milyard dollarlıq (790 milyon funt-sterlinq) məhkəmə iddiasına düşüb.

Valyuta.az xəbər verir ki, “Mançester Yunayted”in keçmiş forvardı, dəfələrlə “Qızıl top”un qalibi olmuş 37 yaşlı futbolçu 2022-ci ildə "Binance"la əməkdaşlıq çərçivəsində "CR7" seriyalı işlək virtual sikkələr (NFTs) istehsal etdi. Hansı ki, ən ucuz sikkə məhz onlar idi. Sözügedən sikkələr keçən il 77 dollara (60,76 funt-sterlinq) satışa çıxarıldı. Lakin 12 aydan sonra həmin tokenlər cəmi bir dollar (0,79 funt-sterlinq) dəyərində oldu.

İddiaçılara görə, Ronaldo bu addımı ilə investisiyaçılara bir milyard dollardan çox zərər verib. ABŞ-nın Florida ştatında Cənub Dairə Məhkəməsinə verilən şikayətdə Ronaldonun "Binance" ilə koordinasiyada qeydiyyatdan keçməmiş qiymətli kağızların təklifi və satışında təşviq, kömək və yaxud fəal iştirak etdiyi iddia olunub. Digər iddialarda, Ronaldonun kriptovalyutası üçün axtarışların 500 faiz artmasına səbəb olduğu iddia edilir.

Keçən il sosial mediada paylaşılan bir videoda kriptovalyutaların çeşidi ilə bağlı danışarkən Ronaldo, "Biz NFT oyununu dəyişdirəcəyik və futbolu növbəti səviyyəyə aparacağıq" - sözlərini söyləmişdi. İddiaçılar Ronaldonun nə qədər maaş aldığını açıqlamalı olduğunu, lakin bunu etmədiyini bildirirlər.

"DeVere Group" adlı konsaltinq firmasının müdiri Naycel Qrin isə BBC-yə açıqlamasında, problemlərin bir futbolçudan daha geniş olduğunu bildirib: "Təkcə Ronaldonu günahlandırmağın mürəkkəb məsələni çox asanlaşdırdığını qəbul etmək vacibdir. Əvəzində diqqət bu inkişaf edən maliyyə mənzərəsi üçün aydın təlimatlar yaratmaqda ləng olan qlobal tənzimləyicilərə yönəldilməlidir". Portuqaliyalı ulduz bu həftənin əvvəlində sosial mediada açıqlamasında "bir şey hazırladıqlarını" deyərkən hələ də "Binance"la işlədiyinə eyham vurub.

Keçən il "Mançester Yunayted"dən Səudiyyə Ərəbistanı Pro Liqası təmsilçisi "Al-Nassr"a transfer olunub. Futbolçu keçidinin səbəbini izah edərkən Avropada bacardığı hər şeyə nail olduğunu bildirmişdi.

Elmir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Pərakəndə satış təşkil edən sahibkar kassa aparatı quraşdırmalıdırmı?

Gümüş istehsalında 20 faizlik azalma – Rəqəmlər

Xamis Seyranova vəzifə verildi

Bizneslərdə marketinqin cavab verməli olduğu 3 sual

İşinizi tərk etməli olduğunuzu göstərən 10 əlamət

Gürcüstandan Azərbaycana gətirilən toyuq əti yararsız çıxıb

Bakıdakı universitetləri hansı şəhərlərə köçürmək olar?

Müsahibəyə getdiyimiz şirkəti necə araşdırmalıyıq?

“Xaqani” bağı belə olacaq (FOTO)

Birinci vitse-prezident seçkilərə qədər İran Prezidentinin səlahiyyətlərini icra edəcək

Mərkəzi Bankda yeni təyinat

Mərkəzi Bankda yeni təyinat

Bitcoin və Etherium bahalaşıb - Kriptovalyutaların qiymətləri

Bakının iki qəsəbəsində qaz olmayacaq

Tehran Fond Birjası İbrahim Rəisinin ölüm xəbərindən sonra fəaliyyətini dayandırıb

"Azerspace-1" peykinin sığortası bu şirkətə həvalə edilir - 1,5 milyon manat ödəniləcək

Çin uçan avtomobilin satış tarixini AÇIQLADI

Avro bahalaşdı - Məzənnə

Bu gündən Bakıdakı əsas körpülərdən biri BAĞLANIR

Lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır

İranın Qırmızı Aypara Cəmiyyəti: Prezident və helikopterin bütün sərnişinləri həlak olub

İrsi ürək xəstəliyi olan insanlar üçün idman təhlükəsizdirmi?

Yanvar-martda daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı açıqlanıb

Z nəsli Y nəslindən daha çox maliyyə çətinlikləri yaşayır - ARAŞDIRMA

Ölkəmizdə elektromobillərin sayı artır - AÇIQLAMA

Dövlət sektorunda işçilərin sayı azalıb – RƏQƏMLƏR

İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi

Övladlığa verilən uşaqların sayı açıqlandı

“ChatGPT” insanların görünüşünə də şərh verəcək

Bank kartına bilinməyən hesabdan pul köçürüləndə nə etməliyik?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin