BAKU Azərbaycan
19.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8082
  • 1 Rusiya rublu
    0.0181
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1115
25540

Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Milli Məclisdə 29 il müxtəlif vəzifələrdə çalışan vəzifəli şəxs saxlanılıb.  

Qaynarinfo-nun məlumatına görə, Rövşən (şərti) 1993-cü ildən Milli Məclisdə müxtəlif vəzifələrdə çalışıb, sonuncu vəzifəsi isə Aparatın Komitələrin və komissiyaların işinin təşkili şöbəsinin Komitələr və komissiyalarla iş sektorunun baş məsləhətçisi olub. O, baş verən hadisələrə görə 22 iyun 2022-ci il tarixdə isə öz ərizəsi əsasında tutduğu vəzifədən azad olunub.

Onun saxlanılmasına səbəb isə təmsil etdiyi qurumda rəhbər şəxslərlə geniş əlaqələrinin olması və bu əlaqələrdən istifadə edərək tələbə yoldaşı Cavanşir Kazımov vasitəsi ilə tanış olduğu Həsən Adilovu (şərti) 25 min manat pul müqabilində Milli Məclisdə vəzifəyə təyin etdirəcəyinə inandırması olub. Belə ki, o, 2019-cu ilin aprel ayının ortalarında Milli Məclisin inzibati binasının qəbul otağında zərərçəkmişlə görüşüb və onu 23.000 manat məbləqində vəzifəyə təyin etdirməyə razılaşıb.

Bundan başqa, o, həmin vəzifədə olarkən Cavanşir Kazımov və qeyrisi ilə qabaqcadan əlbir olaraq, müxtəlif şəxslərdən müxtəlif məbləğlər almaqla Fövqəladə Hallar Nazirliyinin Xidmətində yanğınsöndürən vəzifəsinə işə qəbul edilməsinə köməklik göstərəcəyinə inandırıb. 

Həsən Adilova bu ilin may ayınadək vəzifəyə təyin olunacağı ilə bağlı vəd verilsə də, bu baş verməyib. Zərəçəkmiş onunla dəfələrlə əlaqə saxlayaraq pulunu tələb edib, lakin 23 min manat geri qaytaılmayıb. Bu səbədən o, may ayının 16-da Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Milli Məclisin əməkdaşı və onun tanışı Cavanşir Kazımovla bağlı şikayət edib. 

Baş Prokurorluqda istintaq davam edərkən təqsirləndirilən şəxs Həsən Adilova 20 min manat qaytarıb. Bundan sonra iş məhkəməyə göndərilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinən təqsirləndirilən şəxs 3 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum olunmaqla 4 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib. Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş cəza 2 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Xarici investorların Rusiyaya viza alması asanlaşdırılacaq

"Apple" "iPhone 17 Plus"ı sələflərindən daha kiçik edəcək

Xalq artistinin klinikasına qarşı ittiham - 2000 manat cərimələnə bilər

Xalq artistinin klinikasına qarşı ittiham - 2000 manat cərimələnə bilər

Aİ-nin hələ də Rusiya qazına ehtiyacı var

"Microsoft" "Windows"un pirat istifadəçiləri üçün yeni məhdudiyyət tətbiq etdi

“Coca-Cola” “Coffee Aliance” MMC-ni məhkəməyə verdi

Yapon həkimlər "Google"u məhkəməyə verdi

Xaricdə nə qədər rusiyalı frilanserin çalışdığı məlum oldu

"Araş Estetik" məhkəməyə verildi

Avropa "Türk axını" ilə Rusiyadan rekord həcmdə qaz alıb

"Qala Group" cərimələnir

Çin xarici investisiyaları ölkədə saxlaya bilmir

Keçmiş işçisi “Pepsi” şirkətini məhkəməyə verdi

"Şahdağ Group"a protokol yazıldı

Ursula fon der Leyen AB pullarının ABŞ-a axmasından şikayətləndi

Şirkətlə “Ankara Məktəbi” arasında qalmaqal

"Bakcell"in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşdü (FOTO)

Forbes ən yoxsul 10 rus milyarderinin adını açıqladı

“Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilib - FƏRMAN

Bakı Türk Liseyinin 2024-cü il buraxılış uğuru

ARDNF-nin dövlət büdcəsinə transfertləri 2 dəfə artıb

MN-nin 9,3 milyonunu mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxundu

Xınalığa dolu düşüb - VİDEO

Gecikdirilmiş 35 min manatdan çox vəsait işçilərə ödənilib - RƏSMİ

Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib

Neft Fondunun aktivləri 57 mlrd. dolları ötüb

Şoran torpaqlar əkin üçün yararlı hala salınacaq

MM-in komitə sədri uşaqların I sinfə müsahibə ilə qəbul olunmasından narazıdır

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin