BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8055
  • 1 Rusiya rublu
    0.018
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1122
24389

Mədəniyyət Nazirliyi sistemində həyata keçirilən islahatların tərkib hissəsi kimi strateji kommunikasiya siyasətinin nazirliyin struktur qurumları, tabe müəssisə və təşkilatlarında effektiv şəkildə həyata keçirilməsi və sosial media fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə “Kommunikasiya meneceri” layihəsi təqdim olunub.

Nazirlikdən Valyuta.az-a verilən xəbərə görə, layihə çərçivəsində nazirliyin regional mədəniyyət idarələrində çalışan əməkdaşlardan hər bir idarə üzrə bir nəfər PR, media və kommunikasiya fəaliyyətinə məsul nümayəndə – kommunikasiya meneceri kimi fəaliyyətini davam etdirəcək.

Nazirliyin regional mədəniyyət idarələri üzrə kommunikasiya menecerləri ictimaiyyətə təqdim olunur: Pərvanə Muradzadə (Bakı), Leyla Dadaşova (Sumqayıt), Fərid Musayev (Xaçmaz), Əkbərli Nurtən (İsmayıllı), Elvin Qarayev (Şəki), Ramil Əhmədov (Kürdəmir), Leyla Bayramova (Ağstafa), Tamam Orucova (Şəmkir), Fərid Məmmədli (Gəncə), Əhliyyət Əliyev (Bərdə), İlkin Mamedov (Ağcabədi), Natəvan Ağayeva (Ağdaş), Anar Rəhimli (Sabirabad), Kürçaylı Məmmədov (Biləsuvar), Ceyhun Bəşirov (Masallı), Əli Abasov (Lənkəran).

Yuxarıda adları qeyd olunan menecerlər media subyektləri ilə, ictimaiyyətlə əlaqələr üzrə məsul nümayəndə olaraq çalışdığı regional idarənin tədbir və layihələrinin mediada işıqlandırılmasını, idarənin fəaliyyəti barədə ictimaiyyətin məlumatlandırılmasını və bundan irəli gələn digər vəzifələrin yerinə yetirilməsini, eləcə də sosial media fəaliyyətinin təşkilini təmin edəcək.

Qeyd edək ki, layihə mədəniyyətimizin, mədəniyyət sahəsində nazirliyin, aidiyyəti müəssisə və təşkilatların fəaliyyəti, aparılan islahatlar, əlamətdar hadisə, yenilik və uğurlar barədə ölkə ictimaiyyətinin, ənənəvi mətbu imkanlarla yanaşı, müasir üsul və vasitələrlə, operativ formada məlumatlandırılması, media subyektləri ilə, ictimaiyyətlə əlaqələrin səmərəli şəkildə qurulması və nəticə etibarilə dövlət-cəmiyyət münasibətlərinin, dövlət qurumlarına vətəndaş etimadının yüksəldilməsinə xidmət edir.

Məlumat üçün bildiririk ki, kommunikasiya menecerlərinin peşəkar inkişafını dəstəkləmək məqsədilə ADA Universitetinin "İctimai əlaqələr və medianın əsasları" adlı təlim kursunda onların iştirakı nazirlik tərəfindən adıçəkilən layihə çərçivəsində təmin edilib. Təlim kursu “Ünsiyyət və netvörkinq bacarıqları”, “Ənənəvi və sosial media ilə işləmək bacarıqları”, “Kommunikasiya planının qurulması”, “Media işçiləri üçün əsas nitq və yazı bacarıqları”, “İctimaiyyətlə əlaqələr fəaliyyətində iş bölgüsü” mövzularını əhatə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Strimer” şirkəti meriyanı məhkəməyə verdi

Ürək çatışmazlığınızın olub-olmadığını yeriyərkən öyrənəcəksiniz

"KVESTBAKU" məhkəmə qarşısında

Siqaretlə bağlı yeni qanun qəbul olundu, dərhal cəza gələcək

Yeni hazırlanmış 7 dərslik istifadəyə veriləcək

“Bakıinşaatsənaye” 1500 manat cərimələnə bilər

"Xəzər TV" məhkəməyə verildi

"iPhone 16 Pro" necə olacaq? - Həvəskarları sevindirəcək üç xüsusiyyət

Dünya Göz Klinikasından maddi ziyan tələbi

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edilir

Dövlət qurumu ilə şirkət arasında icarə mübahisəsi

"Avromed" cərimələndi

"An Construction"a protokol yazıldı

Şirkətlər əmanətlərini "Unibank"dan geri çəkir - 38 milyon manat azalma

Keçmiş işçisi “Azza”dan əmək haqqı tələb edir

Kənd təsərrüfatının xarici toxum sortlarından asılılığını necə azaltmaq olar? (ŞƏRH)

“Kapital Bank” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb ®

Bayden Çindən polad və alüminiuma daha yüksək tariflər tələb edir

Hansı sahibkarların vergi borcu silinə bilər? (ŞƏRH)

3 ayda xaricdən 80 milyon dollarlıq dənli bitki almışıq - 50 milyondan çox azalma

Azərbaycanda sığorta sektorunun ÜDM-də 1 faizlik payını necə artırmaq olar?

Rabitəbank 2024-cü ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb ®

Rusiya şirkətləri Çin banklarının qadağalarından necə yayınır?

Qazaxda Aqrar Biznes Festivalı keçirildi (FOTOLAR)

Azərbaycanda zərgərlik məmulatları bahalaşır - Qiymətlər necədir?

“Her action in Art” festivalı: İncəsənətdə qadın toxunuşlarının vurğulandığı bir ay ®

Azərbaycan startapı ən yaxşı startaplar siyahısında

Müharibə veteranı adı almış fiziki şəxslərə hansı vergi güzəşti tətbiq olunur?

“Azərbaycan Sənaye Bankı”nın mənfəəti azalıb, 10 milyon depozit itirib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin