BAKU Azərbaycan
23.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8257
  • 1 Rusiya rublu
    0.0186
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1225
46353

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhər Lokal Gəlirlər Baş İdarəsi Əlisəfazadə Anar Əlisəfa oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə əlaqədar olaraq  məhkəməyə müraciət edib.

Yeniavaz.com xəbər verir ki, Vergi Xidmətinin müraciəti Bakı Kommersiya Məhkəməsinin hakimi Günay Namazova tərəfindən araşdırılacaq.

Məlumat üçün bildirək ki, təxminən 2 ay əvvəl İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Əlisəfazadə Anar Əlisəfa oğlunun rəhbərlik etdiyi “Sea Breeze Shıkh” MMC-yə (VÖEN – 1601203301) qarşı da məhkəmə iddiası qaldırıb.

Bildirilirdi ki, nazirlik “Sea Breeze Shıkh” MMC-ni icarə müqaviləsi üzrə mübahisələrlə əlaqədar məhkəməyə verib. Bu iddia üzrə araşdırma isə Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynov tərəfindən aparılacaq.

Onu da bildirək ki, Anar Əlisəfazadə 2020-ci ildə keçirilən sonuncu parlament seçkilərində 32 saylı Suraxanı üçüncü seçki dairəsindən namizədliyini irəli sürüb. Daha sonra seçkinin nəticələri ilə razılaşamyan digər namizədlərlə birgə MSK-ya müraciət edərək seçkinin nəticələrinin ləğvini tələb edib.

Anar Əlisəfazadə MSK-ya təqdim etdiyi tərcümeyi-halında özünü “Airtrips.az” MMC-nin (VÖEN- 1303699561) qanuni təmsilçisi kimi təqdim edib.

Məlumat üçün onu da bildirək ki, Anar Əlisəfazadə adları qeyd olunan şirkətlərdən başqa 2016-cı ildə dövlət qeydiyyatına alınan “Aircell” MMC-nin (VÖEN – 1503124491) və 2017-ci ildə dövlət qeydiyyatına alınan “Saffcell” MMC-nin (VÖEN – 1503833691) qanuni təmsilçisi olub.

Anar Əlisəfazadə hazırda bu şirkətlərdən yalnız “Sea Breeze Shıkh” MMC-nin qanuni təmsilçisidir. Digər şirkətlərin qanuni təmsilçisi və hüquqi ünvanları dəyişib. “Aircell” MMC-nin adı dəyişdirilərək “Erochain SC” MMC olub.

Nazirliyin məhkəməyə verdiyi Anar Əlisəfazadənin adı 2020-ci ildə Şöhrət Salmanov adlı proqramçı ilə aralarında yaşanan maliyyə qalmaqalında da keçib.

Şöhrət Salmanov iddia edib ki, “Airtrips” və “Aircell” şirkətinin direktoru Əlisəfazadə Anar Əlisəfa oğlu ona müraciət edərək “aircenter.az” və “cij.az” saytlarının hazırlanması üçün sifariş verib. Onun sözlərinə görə, Anar Əlisəfazadə sayt hazır olduqdan sonra nəzərdə tutulan xidmət haqqını ödəməyib.

Qeyd edək ki, iddiada adı keçən hər iki saytın – “aircenter.az” və “cij.az” domeinlərinin sahibi Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin sədri Fərid Şəfiyevdir. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi 2019-cu ildə yaradılan dövlət qurumudur. “Aircenter.az” saytı da bu mərkəzin rəsmi saytı kimi fəaliyyət göstərir. Fərid Şəfiyev 2009-2014-cü illərdə Azərbaycanın Kanadada, 2014-2019-cu illərdə isə Çexiyada fövqəladə və səlahiyyətli səfiri olub. O, həmçinin Beynəlxalq Mülki Aviasiya Təşkilatı yanında da Azərbaycan Respublikasının daimi nümayəndəsi olub.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycana gələn turistlər daha çox nədən narazıdırlar? - VİDEO

Çin qaz idxalını 21 %-ə yaxın artırıb

“Azersky-2” üçün 1,6 milyon manat ayrıldı

Bu rayona yeni rəis müavini təyin edildi

Gürcüstan turistlər üçün ölkəyə giriş şərtlərini dəyişir

Gürcüstan turistlər üçün ölkəyə giriş şərtlərini dəyişir

Azərbaycanda tanınmış müəllim vəfat etdi (FOTO)

Azərbaycanda institusional investorların məlumat bazası yaradılacaq

Sabah Bakının bir sıra yollarında hərəkət məhdudlaşdırılacaq

Keşlə bazarı sökülür? - Rəsmi açıqlama

Bakıda 23 dərəcə isti olacaq

Pulunuzu boş yerə xərcləməkdən bezmisiniz? Qənaətin 10 qaydası

150 nəfərə Prezident mükafatları verildi (SƏRƏNCAM)

Prezident bu mədəniyyət xadimlərinə təqaüd ayırdı (SİYAHI)

Hitlerə qarşı döyüşən neçə azərbaycanlı sağdır?

İcra başçısının müavini vəfat etdi

İcra başçısının müavini vəfat etdi

Sosial şəbəkələr vasitəsilə yüz minlərlə manat ölkədən belə çıxarılır - ARAŞDIRMA

NASA qara dəlikdə səyahətin videosunu yayımlayıb

Azərbaycan neftinin qiyməti cüzi artıb

Bakıda minlərlə sakin sərnişin avtobusu sarıdan əziyyət çəkir - Video

Aprel ayı dünyada bir ilkə imza atıb

Faşizm üzərində qələbədən 79 il ötür

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri

Mütəxəssislər xəbərdarlıq edirlər: Süni intellekt sosial nizamı məhv edə bilər

Dünyanın ən bahalı futbol klubları açıqlandı

Dünyanın ən bahalı futbol klubları açıqlandı

BSU yarım milyona başa gələcək hansı tədbirləri keçirəcək?

Belarus XİN: Qərb sanksiyaların köməyi ilə ölkədə böhran yaratmağa çalışır

"Araş Estetik"dən maddi ziyan tələbi

Alimlər Qırmızı dənizin dibində dəhşətli kəşf etdilər - Ölümcül hovuz

Dünyanın ən güclü superkompüterlərindən biri hərracda satılıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin