BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8497
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1603
39945

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 136-cı maddəsində işçilərin əsas və əlavə məzuniyyətlərinin müddətlərinin cəmlənərək hesablanması qaydasından bəhs edilir.

Valyuta.az xəbər verir ki, qanunvericiliyin bu tələbini  “AZLIFT PRO” QSC-nin İnsan resursları şöbəsinin rəhbəri Ramin Hacıyev şərh edir: 

Əmək Məcəlləsinin 136-cı maddəsinin 2-ci hissəsinə əsasən, işçinin eyni vaxtda bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş iki və daha çox əlavə məzuniyyət hüququ olduqda, onun əsas məzuniyyətinə daha çox müddətli bir əlavə məzuniyyət birləşdirilir. Təcrübədə bir çox hallarda işçinin həm əmək stajına görə, həm də əmək şəraitinə görə əlavə məzuniyyət hüququ olduğu təqdirdə, həmin məzuniyyətlərdən yalnız biri (ən çox olanı) əsas məzuniyyətə birləşdirilir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 iyun 2003-cü il tarixli qərarına əsasən, Əmək Məcəlləsinin 115 və 116-cı maddələrində nəzərdə tutulan iki və daha çox əlavə məzuniyyət hüququ olduqda, bu maddələrin ayrılıqda hər biri üzrə əldə edilən daha çox müddətli bir əlavə məzuniyyət işçinin əsas məzuniyyətinə birləşdirilir.

Yuxarıda qeyd olunanları misallarla izah edək:

Misal 1: Qaynaqçı vəzifəsində çalışan şəxsin 21 təqvim günü əsas, 4 təqvim günü əmək stajına, 6 və 12 təqvim günü isə əmək şəraitinə görə əlavə məzuniyyət hüququ var. Bu halda işçinin əmək stajına görə olan əlavə məzuniyyəti (4 gün) və əmək şəraitinə görə daha çox olan bir əlavə məzuniyyəti (12 gün) əsas məzuniyyətə birləşdirilərək verilməlidir. Beləliklə, işçinin bir iş ilinə görə 37 təqvim günü əmək məzuniyyəti hüququ vardır:

21 + 12 + 4 = 37 gün.

Misal 2: Mühəndis vəzifəsində çalışan işçinin 30 təqvim günü əsas məzuniyyət, 4 təqvim günü əmək stajına görə, 6 təqvim günü isə əmək şəraitinə görə əlavə məzuniyyət hüququ var. Bu halda işçinin əmək stajına görə olan əlavə məzuniyyəti (4 gün) və əmək şəraitinə görə əlavə məzuniyyəti (6 gün) əsas məzuniyyətə birləşdirilərək verilməlidir. Beləliklə, işçinin bir iş ilinə görə 40 təqvim günü əmək məzuniyyəti hüququ vardır:

30 + 4 + 6 = 40 gün.

Misal 3: Vergi orqanlarında çalışan vəzifəli şəxsin 30 təqvim günü əsas, 6 təqvim günü əmək stajına, 10 təqvim günü isə vergi orqanlarında xidmət illərinə görə əlavə məzuniyyət hüququ var. Bu halda işçinin əmək stajına görə əlavə məzuniyyətlərindən ən çox olanı (10 gün) əsas məzuniyyətə birləşdirilərək verilməlidir. Beləliklə, onun bir iş ilinə görə 40 təqvim günü əmək məzuniyyəti hüququ vardır:

30 + 10 = 40 gün.

Onu da deyək ki, İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsinə əsasən, işçinin məzuniyyət hüququnun pozulması vəzifəli şəxslərin inzibati məsuliyyətə cəlb edilməsinə səbəb olur. (Vergilər.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Pərakəndə satış təşkil edən sahibkar kassa aparatı quraşdırmalıdırmı?

Gümüş istehsalında 20 faizlik azalma – Rəqəmlər

Xamis Seyranova vəzifə verildi

Bizneslərdə marketinqin cavab verməli olduğu 3 sual

İşinizi tərk etməli olduğunuzu göstərən 10 əlamət

Gürcüstandan Azərbaycana gətirilən toyuq əti yararsız çıxıb

Bakıdakı universitetləri hansı şəhərlərə köçürmək olar?

Müsahibəyə getdiyimiz şirkəti necə araşdırmalıyıq?

“Xaqani” bağı belə olacaq (FOTO)

Birinci vitse-prezident seçkilərə qədər İran Prezidentinin səlahiyyətlərini icra edəcək

Mərkəzi Bankda yeni təyinat

Mərkəzi Bankda yeni təyinat

Bitcoin və Etherium bahalaşıb - Kriptovalyutaların qiymətləri

Bakının iki qəsəbəsində qaz olmayacaq

Tehran Fond Birjası İbrahim Rəisinin ölüm xəbərindən sonra fəaliyyətini dayandırıb

"Azerspace-1" peykinin sığortası bu şirkətə həvalə edilir - 1,5 milyon manat ödəniləcək

Çin uçan avtomobilin satış tarixini AÇIQLADI

Avro bahalaşdı - Məzənnə

Bu gündən Bakıdakı əsas körpülərdən biri BAĞLANIR

Lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır

İranın Qırmızı Aypara Cəmiyyəti: Prezident və helikopterin bütün sərnişinləri həlak olub

İrsi ürək xəstəliyi olan insanlar üçün idman təhlükəsizdirmi?

Yanvar-martda daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı açıqlanıb

Z nəsli Y nəslindən daha çox maliyyə çətinlikləri yaşayır - ARAŞDIRMA

Ölkəmizdə elektromobillərin sayı artır - AÇIQLAMA

Dövlət sektorunda işçilərin sayı azalıb – RƏQƏMLƏR

İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi

Övladlığa verilən uşaqların sayı açıqlandı

“ChatGPT” insanların görünüşünə də şərh verəcək

Bank kartına bilinməyən hesabdan pul köçürüləndə nə etməliyik?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin