BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
8594

Ölkədə pandemiyanın yayılması, xarici dövlətlərlə sərhədlərin bağlanması, bir sıra iş yerlərinin fəaliyyətini qismən və ya tam məhdudlaşdırması nəticəsində insanların maddi rifahında yaranan geriləmə ölkədəki bir çox sahələr kimi turizm sektoru üçün də arzuedilməz oldu.

Turizm sektorundakı mövcud vəziyyət, problemlər, gələcəyə dair proqnoz və planlarla bağlı Azərbaycan Turizm Assosiasiyasının (AzTA) İdarə Heyətinin sədri Əhməd Qurbanovla müsahibəni təqdim edirik:

- Hazırda pandemiyanın təsirləri fonunda turizm şirkətlərinin vəziyyətini necə xarakterizə etmək olar?

- Hazırda turizm sektoru dünyada və ölkəmizdə dayanma həddinə gəlib çatıb. Daha sərt karantin rejiminin tətbiq olunduğu dövrlərdə sərhədlərin bağlı olması, bölgələrə gediş-gəlişin dayandırılması turizm şirkətlərininin fəaliyyətlərinin dayanmasına səbəb oldu. Hazırkı vəziyyətdə karantin rejimi bir az yumşaldılıb. İnsanlar artıq bəzi yerlərə gedib istirahət edə bilirlər. Bu baxımdan turizm şirkətləri və otellər bir qədər ayaqda qalmağa nail ola bilir. Lakin bu vəziyyət tam qənaətbəxş deyil. Turizm şirklətlərinin vəziyyəti çox ağırdır. Turizm şirkətləri qazanc əldə edə bilmirlər. Otellərdə yeni qaydalar tətbiq olunur və onlar turizm şirkətləri ilə işləmək istəmirlər. Bu isə şirkətlərə daha çox zərbə vurur. Otellər birbaşa özləri müştərilərlə əlaqə saxlayırlar. Biletlər baha olduğundan insanlar səfər etmək istəmir və ya özləri onlayn şəkildə bilet alırlar.

Bütün bunlar turizm şirkətlərinə böyük zərbə vurur. Bu baxımdan hazırda ölkəmizdə turizmin vəziyyəti ağır olaraq davam edir. Daxili turizmin bir az canlanmasını müşahidə etsək də, əvvəlki illərlə müqayisədə bu göstərici insanların daha yaxşı yaşamasına kifayət etmir.

- Turizm şirkətlərində işçi ixtisarına yol verilirmi?

- Hazırda şirkətlərin kadrlarını itirməsini müşahidə edirik. İşçilər özləri sahə dəyişikliyinə meyl edirlər. Bir qism şirkətlərin bağlanması səbəbilə, bir qism isə artıq iqtisadi olaraq tab gətirə bilmədiyindən başqa sahələrə üz tutur. Onların da yenidən turizmə qayıtması çətin olacaq. Artıq başqa bir sahədə ixtisaslaşıb o sahəyə öyrəşən işçi geri dönmək istəməyəcək. Bu isə gələcəkdə turizm şirkətlərində, otellərdə, ümumiyyətlə turizm sənayesində kadr qıtlığına səbəb olacaq.

- Bir sıra xarici ölkələrə reyslərin açılması Azərbaycanın turizm sektorunda canlanma yaradıbmı?

- Xarici ölkələrə bəzi reyslərin açılması sektorda müəyyən dərəcədə canlanma yaradır. Bəzi insanların Azərbaycandan xaricə getməsinə təsadüf olunur. Xaricdən isə bura turist gəlmir. Martın birindən Gürcüstan reysi açıldı. Lakin biletlərin baha olması insanların Gürcüstanda istirahət etməsinə maneə olur. Çünki belə olan halda bir nəfərin Gürcüstana 5 günlük normal bir səfər edib qayıtması üçün 2 000 manatdan yuxarı pul xərcləməsi lazımdır. Bu isə istirahət məqsədilə Gürcüstana gedənlər üçün yüksək məbləğdir. Adətən insanlar ucuz olduğu və öz maşınları ilə rahat səyahət edə bildikləri üçün Gürcüstana üz tuturlar.

Martın 19-dan Azərbaycanın "Buta Airways" Gürcüstanın paytaxtı Tbilisiyə və əks istiqamətdə xüsusi reyslər həyata keçirəcək. Bu reyslər bir qədər ucuz olacaq. Ümumilikdə yeni reyslərin açılmasının turizm sektorunda tam canlanma yaratdığını demək düz olmaz. Hazırda xarici ölkələrə səfər edənlərin əksəriyyəti iş məqsədilə gedənlərdir. Çox az sayda insan ola bilər ki, istirahət məqsədilə xaricə getsin.

- Turizm şirkətlərinin fəaliyyətinə dəstək məqsədilə Assosiasiya tərəfindən hansı addımlar atılır?

- Azərbaycan Turizm Assosiasiyası olaraq bir neçə layihə üzərində işləyirik. Layihələrimizə də hər zaman turizm şirkətlərinin cəlb edilməsində maraqlıyıq. Şirkətlərlə danışıqlar aparırıq, onların da təklif və tösiyyələrini dinləyirik və lazımi qurumlara çatdırmağa çalışırıq. Bu gün üçün əsas vacib məsələ turizm şirkətlərinin vəziyyətinin yaxşılaşdırılması, ictimaiyyətə çatdırılması ilə bağlı işlərin görülməsidir.

- Gələcəkdə sektorun inkişafı ilə bağlı hansı layihələrin həyata keçirilməsi planlaşdırılır?

- Gələcəklə bağlı layihələrimizin turizmin inkişafına daha çox töhfə verəcəyini düşünürük. Bunlardan ən əsası “Qarabağ Azərbaycandır” layihəsidir. Bir neçə aydır bu layihə üzərində işləyirik. Bunun üçün işçi qrupu da yaratmışıq. Burda bir neçə marşrutların işlənməsi nəzərdə tutulur ki, gələcəkdə vətən müharibəsinin necə keçdiyi turistlərə anlaşıqlı olsun. Bu konsepsiya Qarabağın yeni marşrut növlərinin təsdiq olunması, turistlərə Qarabağdakı abidələri göstərməyi nəzərdə tutan bir konsepsiyadır. Hazırda yeni marşrutların hansı ərazilərdən keçməli olduğunu, hansı bölgələrdə tarixi abidələrin mövcudluğunu araşdırırıq. Eyni zamanda gələcəkdə Qarabağda hansı turizm növlərinin tətbiq olunması məsələləri təhlil edilir və layihə tam hazır olduqda lazımi qurumlara təqdim olunacaq.

- Bu il üçün ölkənin turizm sektoru üzrə proqnozlar nələrdən ibarətdir?

- Düşünürəm ki, ilin ortasına, hətta ilin sonuna qədər ölkədə daxili turizmin inkişafını görəcəyik. Yay aylarında bu proses daha da canlanacaq. İnsanlar yay tətillərində xaricə gedə bilmədikləri üçün əsasən ölkəmizin bölgələrində istirahət etməyə üz tutacaqlar. Çox güman ki, xarici ölkələrə yeni reyslərin də açılmasını müşahidə edəcəyik. Ümid edirik ki, vaksinləşmə tam tətbiq edildikdən sonra turistlərin sayı artacaq.

//Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İranın Qırmızı Aypara Cəmiyyəti: Prezident və helikopterin bütün sərnişinləri həlak olub

İrsi ürək xəstəliyi olan insanlar üçün idman təhlükəsizdirmi?

Yanvar-martda daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı açıqlanıb

Z nəsli Y nəslindən daha çox maliyyə çətinlikləri yaşayır - ARAŞDIRMA

Ölkəmizdə elektromobillərin sayı artır - AÇIQLAMA

Dövlət sektorunda işçilərin sayı azalıb – RƏQƏMLƏR

İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi

Övladlığa verilən uşaqların sayı açıqlandı

“ChatGPT” insanların görünüşünə də şərh verəcək

Bank kartına bilinməyən hesabdan pul köçürüləndə nə etməliyik?

İpoteka ilə mənzil alınarkən ƏDV-nin bir hissəsinin geri qaytarılması qaydası necədir?

Əhalinin ticarət şəbəkələrində xərclədiyi vəsaitin məbləği açıqlanıb

Türkiyənin ilk yerli elektromobili gələn il Avropa bazarına çıxarılacaq

Tıxaclı yollar bu avtomobillərin sahiblərini böyük məbləğdə ziyana sala bilər (VİDEO)

Soyuq may ayında qiyməti ilə “isindirən” kafelər: Vəziyyət nə zaman düzələcək? - VİDEO

Bu yolda yarımdairə ləğv edilir (VİDEO)

Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon

Prezident: Bizim energetika sahəsində çox böyük planlarımız var

Bakıda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak etdi

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirildi (YENİLƏNİB)

Sərhəddə İlham Əliyevlə İbrahim Rəisi arasında görüş keçirildi (YENİLƏNİB)

Sabahın hava proqnozu

Təhsil eksperti: "Hər il 10 minə yaxın tələbə diplom ala bilmir"

Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək...

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

İşǝmuzd əməkhaqqının hesablanması qaydası

10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO

Kasıbın maşını olmayacaq?

Bu məhsulun satışından qazandığımız gəlir 16 dəfə azalıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin