BAKU Azərbaycan
22.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8497
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1603
42348

Valyuta.az xəbər verir ki, bəzi səfirliklərdən viza alınması ilə bağlı səyahət blogerləri Sahib və Əsmər (travellers_aivazovs) sosial şəbəkə hesabında paylaşım ediblər.

1. Çexiya - Heç vaxt multi viza verməsə də, ən tez viza verən bu səfirlikdir. Müraciətdən 3-4 iş günü sonrası cavab artıq bəlli olur və demək olar ki, sənədlər qaydasında olarsa, rədd cavabı vermir.

2. Xorvatiya - Müraciət edirsiniz və 40 iş günü sonrası cavab çıxır.

3. Fransa - Sənədlər qaydasındadırsa, asan viza verir, amma ən çox viza rüsumu da bu səfirlikdədir. Əlavə olaraq, vizanızı (sənədi) evə çatdırırlar və hər kəs üçün ayrıca çatdırılma ödənişi edirsiniz. Məsələn, bir evdə 3 nəfər üçün müraciət olunubsa, hər üç şəxs ayrı çatdırılma ödənişi edir.

4. İtaliya - Görüş günü son zamanlar asan olsa da, rədd cavabı alma riskiniz böyükdür. Son zamanlar bəzən sənədlər yerində olsa belə rədd cavabı olur. Əlavə olaraq, sizə arayış verən şəxsin şəxsiyyət vəsiqəsini də tələb edirlər.

5. İsveçrə - Bura ən çox viza keçmişinə fikir verən səfirlikdir. Müraciət etsəniz, aldığınız bütün vizaların kopyasınıda aparın. Amma bu qaydasında olsa, ən çox multi viza verən səfirliklərdəndir.

6. Macarıstan - Son zamanlar gün almaq belə çətinləşib. Buradan viza almaq əvvəlki qədər asan deyil. Cavab hətta uçuş günü belə çıxa bilir.

7. Almaniya – 5 ilə 15 iş günü ərzində cavab çıxır. İş, təhsil və s. ilə bağlı viza daha asan olur, lakin yenə də çətin səfirlik deyil. Viza almaq şansınız 80%-dir.

8. Birləşmiş Krallıq - Hər ay evə nə qədər pul xərclədiyinizi belə soruşan, ərizə forması ən uzun olan, çox ehtiyatlı və diqqətli olması lazım olan səfirlikdir. Məncə, ilk viza üçün uyğun yer deyil.

İlk olaraq vizanı asan verən ölkələrdən alın. 2-3 asan ölkədən də götürə bilərsiz, amma əgər mümkün olsa, həmişə eyni səfirliyə müraciət edin. Bu şansınızı daha da artıracaq.

2024-cü ilin yanvar ayında dövlət büdcəsində 1 milyard 742 milyon manatlıq profisit (artıqlıq) yaranıb.

Valyuta.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu artıqlıq ümumi daxili məhsulun 19,1 faizi qədər olub.

Bildirilib ki, Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən 2024-cü ilin yanvar ayında dövlət büdcəsinin gəlirləri 3 milyard 465 milyon manat, xərcləri 1 milyard 723 milyon milyon manat təşkil edib.

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Qəzalı çoxmərtəbəli binaların söküntüsü niyə gecikir?

"Çudo Peçka"nın dövlətə 157 min manat vergi borcu var

Bu küçədə hərəkət məhdudlaşdırılacaq

Azərbaycan nümayəndə heyəti FAO-nun Avropa Regional Konfransının 34-cü sessiyasında iştirak edib

Azərbaycanda bir nəfərə məxsus dörd şirkət bağlandı

DİN: "İki gündə kartlardan 40 min AZN-ə yaxın pul oğurlanıb"

Xankəndiyə prokuror təyin edilib

Xankəndiyə prokuror təyin edilib

Mədəniyyət Nazirliyində yeni təyinat

Mədəniyyət Nazirliyində yeni təyinat

“Lifttəmir” İstehsalat Birliyində nöqsanlar aşkarlanıb

Ağdamda subartezian quyularının bərpasına başlanılır

Kredit götürən şəxs dünyasını dəyişərsə, vərəsələri hansı halda borcu qaytarmaya bilər?

Yağış sahələrə ziyan vurdu – Çiyələyin qiyməti bahalaşdı

Xaricə şəkər satışından gəlirimiz 5 milyon dollar azalıb

Cəbrayılın dörd kəndinə birinci mərhələdə 3 min 193 sakin köçürüləcək

Kapital Bank-ın nağd kredit lotereyasının 1-ci tirajının qalibləri bəlli oldu ®

Cavanşir körpüsünün sökülməsi ilə bağlı iki avtobusun hərəkəti dəyişdirilib, parklanma yerləri ləğv edilib

Cavanşir körpüsünün sökülməsi ilə bağlı iki avtobusun hərəkəti dəyişdirilib, parklanma yerləri ləğv edilib

Beynəlxalq İnsan Resursları Günüdür – Onlar şirkətlər üçün niyə bu qədər əhəmiyyətlidir?

Xocalıya qayıdacaq sakinlərə hansı sürprizlər hazırlanır? (VİDEO)

40 min manat mayası olan ASC ləğv olunur

Azərbaycanda bir sıra bankların depozit portfeli azalıb – Siyahı

Sabah Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq

Pərakəndə satış təşkil edən sahibkar kassa aparatı quraşdırmalıdır?

Gümüş istehsalında 20 faizlik azalma – Rəqəmlər

Xamis Seyranova vəzifə verildi

Bizneslərdə marketinqin cavab verməli olduğu 3 sual

İşinizi tərk etməli olduğunuzu göstərən 10 əlamət

Gürcüstandan Azərbaycana gətirilən toyuq əti yararsız çıxıb

Bakıdakı universitetləri hansı şəhərlərə köçürmək olar?

Müsahibəyə getdiyimiz şirkəti necə araşdırmalıyıq?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin