BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8497
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1603
26483

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il Azərbaycanda hotellərin 84,3 faizi istifadəsiz qalıb.

Belə ki, 2022-ci ildə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə cəmi 15,7 faiz səviyyəsində olub. 2021-ci ildə isə bu göstərici 11,1 faiz təşkil edib.

Məsələ ilə bağlı Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi oxu.az-a açıqlamasında bildirib ki, mövcud statistika heç də ürəkaçan deyil:

“Qeyd etdiyiniz rəqəmlərin aşağı olmasının səbəblərini araşdırmaq üçün son illərin gəlmə turizm göstəricilərinə nəzər yetirmək kifayət edir. Belə ki, əgər 2019-cu ildə ölkəyə gələn əcnəbi və vətəndaşlığı olmayanların sayı 3 167 904 nəfər olduğu halda, 2020-ci ildə, pandemiyanın pik vaxtında 795 760 nəfərə qədər azalıb. Bunun səbəbləri, təbii ki, aydındır – COVID-19 pandemiyasının yayılması səbəbilə qapanmalar, sərhədlərin bağlanması, viza problemləri, uçuşların bahalaşması və sair kimi mənfi amillər. 2021-ci ildə bu rəqəm bir qədər də azalaraq 790 062 nəfər, 2022-ci ildə isə sürətlə artaraq 1 602 600 nəfər təşkil edib. Bu isə artıq 103 faiz artımdır”.

Müsahibimiz diqqətə çatdırıb ki, hotel sahəsi və ümumilikdə qonaqpərvərlik sənayesi mövcud vəziyyətdə gəlmə turizmindən asılıdır:

“Mehmanxana və mehmanxana tipli müəssisələrin statistikasından göründüyü kimi, 2019-cu ildə yerləşdirilmiş yerli vətəndaşların sayı 603 026 nəfər təşkil edib, 2020-ci ildə ümumilikdə turizm fəaliyyətlərinin ləngiməsi, dayanması fonunda onların sayı 401 430 nəfər olub, 2021-ci ildə bu rəqəm 900 560 nəfərə qədər artıb.

Yəni ötən ilin eyni dövrü ilə müqayisədə 124,34 faiz artım var. 2022-ci ildə isə mehmanxana və mehmanxana tipli müəssisələrdə yerləşdirilmiş yerli vətəndaşların sayı yenə də azalaraq 620 131 nəfərə enib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə -31,14 faiz təşkil edib.

Açıqladığım rəqəmlərin arxasında son illər ərzində baş vermiş qapanmalar, xarici səfərlərin azalması və nəticədə daxili turizmin inkişafı kimi amillərin dayandığını qeyd etmək istərdim”.

Samir Dübəndi əlavə edib ki, ölkə üzrə fəaliyyət göstərən 712 yerləşmə vasitəsinin 243 obyekti Bakı şəhərində yerləşir:

“Bu, ümumi sayın 34,13 faizini təşkil edir. Hesab edirəm ki, burada əsas göstəricilərdən biri kimi mehmanxanaların sayı ilə yanaşı, onların təsnifatı, hansı kateqoriyaya aid olmaları da əsas amil kimi nəzərdən keçirilməlidir.

Rəqəmlərdən göründüyü kimi, pandemiyanın mənfi nəticələrinin turizm və qonaqpərvərlik sənayesini geri atmasına baxmayaraq, hazırda biz bərpa dövrünü yaşayırıq və hazırkı inkişaf dinamikası müsbət perspektivlər haqqında danışmağa əsas yaradır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Kredit götürən şəxs dünyasını dəyişərsə, vərəsələri hansı halda borcu qaytarmaya bilər?

Yağış sahələrə ziyan vurdu – Çiyələyin qiyməti bahalaşdı

Xaricə şəkər satışından gəlirimiz 5 milyon dollar azalıb

Cəbrayılın dörd kəndinə birinci mərhələdə 3 min 193 sakin köçürüləcək

Kapital Bank-ın nağd kredit lotereyasının 1-ci tirajının qalibləri bəlli oldu ®

Cavanşir körpüsünün sökülməsi ilə bağlı iki avtobusun hərəkəti dəyişdirilib, parklanma yerləri ləğv edilib

Cavanşir körpüsünün sökülməsi ilə bağlı iki avtobusun hərəkəti dəyişdirilib, parklanma yerləri ləğv edilib

Beynəlxalq İnsan Resursları Günüdür – Onlar şirkətlər üçün niyə bu qədər əhəmiyyətlidir?

Xocalıya qayıdacaq sakinlərə hansı sürprizlər hazırlanır? (VİDEO)

40 min manat mayası olan ASC ləğv olunur

Azərbaycanda bir sıra bankların depozit portfeli azalıb – Siyahı

Sabah Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq

Pərakəndə satış təşkil edən sahibkar kassa aparatı quraşdırmalıdır?

Gümüş istehsalında 20 faizlik azalma – Rəqəmlər

Xamis Seyranova vəzifə verildi

Bizneslərdə marketinqin cavab verməli olduğu 3 sual

İşinizi tərk etməli olduğunuzu göstərən 10 əlamət

Gürcüstandan Azərbaycana gətirilən toyuq əti yararsız çıxıb

Bakıdakı universitetləri hansı şəhərlərə köçürmək olar?

Müsahibəyə getdiyimiz şirkəti necə araşdırmalıyıq?

“Xaqani” bağı belə olacaq (FOTO)

Birinci vitse-prezident seçkilərə qədər İran Prezidentinin səlahiyyətlərini icra edəcək

Mərkəzi Bankda yeni təyinat

Mərkəzi Bankda yeni təyinat

Bitcoin və Etherium bahalaşıb - Kriptovalyutaların qiymətləri

Bakının iki qəsəbəsində qaz olmayacaq

Tehran Fond Birjası İbrahim Rəisinin ölüm xəbərindən sonra fəaliyyətini dayandırıb

"Azerspace-1" peykinin sığortası bu şirkətə həvalə edilir - 1,5 milyon manat ödəniləcək

Çin uçan avtomobilin satış tarixini AÇIQLADI

Avro bahalaşdı - Məzənnə

Bu gündən Bakıdakı əsas körpülərdən biri BAĞLANIR

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin