BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8497
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1603
23220

Azərbaycanda yay istirahətinin və bölgələrə səyahətin ən qızğın vaxtıdır. Hazırda bölgələrdə, xüsusilə də turizm sahəsində məşhur olan rayonlarda əksər istirahət mərkəzləri və otellər müştərilərlə doludur.

Bəzi yerlərdə bu vəziyyət qiymət artımına və xidmətin aşağı düşməsinə də səbəb olur.

Sosial şəbəkə istifadəçiləri bölgələrdə qarşılaşdığı halları açıqlayıblar:

“Həftəsonu yaxın dostumuzun xeyir işi ilə əlaqədar Qəbələdə 2 günlük qalmalı olduq. Bu zaman gördüyüm bəzi nüansları qeyd edəcəm.

1. Qiymətlər kəllə-çarx 

Son zamanlar gələn xarici qonaqlara fokuslu hər şeyin qiymətini 1-ə 2 qaldırıblar. «Köşəm» adlı məşhur restorana getmişik, restoranda xidmət səviyyəsi sıfırın belə altında idi. Səhər yeməyi menyusunda seçilənlərin bəziləri olmasa da qiyməti 2 nəfər üçün 40 azn idi. Daha sonra hələ işçi ilə administrator arasında hər ağızdan bir avaz səslənməsimi deyim, işçinin administratorun dediyini səhv çıxarmasımı deyim, bizi də ərəb hesab edib çayları əlavə vurmalarımı deyim, bilmirəm. Türklər demiş bir sözlə – rəzalət.

Ev qiymətləri əl yandırır. Adi 2 gecəlik hovuzlu ev qiymətləri 1000 AZN-ə qədər gəlib çıxır. Bu qiymətə ölkə xaricində hoteldə istirahət etmək daha uyğundur.

2. Təmizlik və keyfiyyət

Spa/hovuz xidmətlərindən istifadə üçün 5 ulduzlu «Riverside» hotelini seçdik ki, biraz həm dincələk, həm də əylənək. Təəssüf ki, burada da heç xoş ab-hava olmadı. Ümumilikdə geyim üçün yerləri çox darısqal və narahat idi.

Hovuza nəzarət edən olmadığı üçün paltarlı girən qonaqlar çox pis mənzərə ilə qarşıladı məni. Daha sonra xidmətlərdən istifadə zamanı geyim üçün xalatı, Türk hamamı üçün sabunu, kisəni əldə etmək kifayət qədər uzun zaman alırdı. Su buxarı hamamı hissəsindən isə kəskin kanalizasiya qoxusu gəlməsi məni bu 5 ulduzlu məkana sıfır xal verməyə səbəb verdi.

3. Düzənsiz satış və əyləncə məntəqələri

Tam olaraq düzənsiz, «kimin əlinə nə keçdi» şəklində qurulan satış məntəqələri adamı çox yorur. Nohurgöl ətrafında salınan əyləncə yeri məni ümumilikdə çox kədərləndirdi. Bir zamanlar tam olaraq göl mənzərəsindən həzz almaq, çadır atıb kamp qurmaq üçün gəldiyimiz yerləri indi kafe/restoranlar basıb. Hamısı da iç-içə və səliqəsiz formada. Gül kimi təbiəti vəhşicəsinə istismar edirlər.

Ümumi olaraq təbiət olaraq yaxşı olsa da xidmət olaraq kifayət qədər aşağı, qiymət olaraq isə bir o qədər yuxarıdır”.

Mənbə: fed.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Xocalıya qayıdacaq sakinlərə hansı sürprizlər hazırlanır? (VİDEO)

40 min manat mayası olan ASC ləğv olunur

Azərbaycanda bir sıra bankların depozit portfeli azalıb – Siyahı

Sabah Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq

Pərakəndə satış təşkil edən sahibkar kassa aparatı quraşdırmalıdır?

Gümüş istehsalında 20 faizlik azalma – Rəqəmlər

Xamis Seyranova vəzifə verildi

Bizneslərdə marketinqin cavab verməli olduğu 3 sual

İşinizi tərk etməli olduğunuzu göstərən 10 əlamət

Gürcüstandan Azərbaycana gətirilən toyuq əti yararsız çıxıb

Bakıdakı universitetləri hansı şəhərlərə köçürmək olar?

Müsahibəyə getdiyimiz şirkəti necə araşdırmalıyıq?

“Xaqani” bağı belə olacaq (FOTO)

Birinci vitse-prezident seçkilərə qədər İran Prezidentinin səlahiyyətlərini icra edəcək

Mərkəzi Bankda yeni təyinat

Mərkəzi Bankda yeni təyinat

Bitcoin və Etherium bahalaşıb - Kriptovalyutaların qiymətləri

Bakının iki qəsəbəsində qaz olmayacaq

Tehran Fond Birjası İbrahim Rəisinin ölüm xəbərindən sonra fəaliyyətini dayandırıb

"Azerspace-1" peykinin sığortası bu şirkətə həvalə edilir - 1,5 milyon manat ödəniləcək

Çin uçan avtomobilin satış tarixini AÇIQLADI

Avro bahalaşdı - Məzənnə

Bu gündən Bakıdakı əsas körpülərdən biri BAĞLANIR

Lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır

İranın Qırmızı Aypara Cəmiyyəti: Prezident və helikopterin bütün sərnişinləri həlak olub

İrsi ürək xəstəliyi olan insanlar üçün idman təhlükəsizdirmi?

Yanvar-martda daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı açıqlanıb

Z nəsli Y nəslindən daha çox maliyyə çətinlikləri yaşayır - ARAŞDIRMA

Ölkəmizdə elektromobillərin sayı artır - AÇIQLAMA

Dövlət sektorunda işçilərin sayı azalıb – RƏQƏMLƏR

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin