BAKU Azərbaycan
15.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8257
  • 1 Rusiya rublu
    0.0186
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1225
43014

2022-ci ildə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sahibkarlara vergi güzəştləri verən "Startap" şəhadətnaməsi almış “Boost” MMC–nin əsas fəaliyyət sahəsi marketinq və inflüenser marketinq xidmətinin göstərilməsidir.

Valyuta.Az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında MMC-nin rəhbəri Əhməd İbrahimov bildirib.

Onun sözlərinə görə, son illər sosial media insanların həyatının bir parçasına çevrildiyindən insanlara hər hansı məlumatı çatdırmaqda ən effektiv yol sosial media kanalları olub. Bu səbəbdən şirkətin təqdim etdiyi xidmətlər əsasən sosial media marketinqidir.

Startap şəhadətnaməsi almaqla müəyyən imtiyazlara sahib olduğunu, KOBİA tərəfindən xüsusi dəstək gördüyünü deyən Ə.İbrahimov bildirib ki, bununla yanaşı, Nazirlər Kabinetinin qərarı əsasında 3 il ərzində bir sıra vergi güzəştləri əldə edilib.

“Boost” platforması artıq 2 ilə yaxındır fəaliyyət göstərir. Hazırda platformamızda 300-ə yaxın inflüenser yer alır və bu rəqəm daim artmaqdadır. Platformamız üzərindən biznes sahibləri rahatlıqla, maddi olaraq daha münasib şərtlərlə və zəmanətli baxış sayı nəticələri ilə marketinq kampaniyaları həyata keçirə bilərlər. Ən böyük uğurumuz isə əməkdaşlıq etdiyimiz müştərilərimizin yenidən bizimlə çalışmaq üçün geridönüş etməsidir. Həyata keçirdiyimiz əməkdaşlıq davamlı və uzunmüddətli olub. Bazarda isə zəmanətli baxış sayı və dəqiq hesabatlar təqdim edən yeganə inflüenser marketinq platformasıyıq”,

- MMC rəhbəri vurğulayıb.

Şirkət rəhbəri həmçinin qeyd edib ki, “Boost” MMC öz fəaliyyətində müasir texnologiyalardan da istifadə edir:

“Belə ki, təqdim edilən platforma sayəsində, biznes sahibləri birbaşa inflüenser axtarmaqla və ya onlarla əlaqə saxlamaqla vaxtını sərf etmir və sadəcə “Boost” platforması üzərindən həyata keçirmək istədikləri kampaniya haqqında məlumatı təqdim edirlər. Digər işlər isə “Boost” platforması tərəfindən həyata keçirilir. Avtomatlaşdırılmış müasir texnoloji həllər sayəsində sözügedən tələblər əsasında platforma tərəfindən inflüenserlərin auditoriyası və paylaşım edilən məzmunlar analiz edilərək ən uyğun olan inflüenserlər seçilir. Veb-səhifəyə (www.boost.az) keçid edilərək platforma haqqında daha ətraflı məlumat əldə etmək mümkündür”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

BSU yarım milyona başa gələcək hansı tədbirləri keçirəcək?

Belarus XİN: Qərb sanksiyaların köməyi ilə ölkədə böhran yaratmağa çalışır

"Araş Estetik"dən maddi ziyan tələbi

Alimlər Qırmızı dənizin dibində dəhşətli kəşf etdilər - Ölümcül hovuz

Dünyanın ən güclü superkompüterlərindən biri hərracda satılıb

"Azerstar" MMC-yə protokol tərtib olundu

"Microsoft" ABŞ kəşfiyyatı üçün internetsiz işləyən Al modeli yaratdı

BVF: ABŞ dolları dünya ticarətində dominant mövqeyini qoruyub saxlayır

Gömrük Komitəsindən AAYDA-ya ittiham

İsveçrənin əksər şirkətləri Rusiya ilə işləməyə davam edir

Kosmik Cihazqayırma Təcrübi Zavodu məhkəmə qarşısında

Türkiyə ilə azad ticarət: Ukrayna NK 15 ildir üzərində çalışılan sazişin ratifikasiyasını dəstəklədi

İnşaat şirkətləri arasında lizinq qalmaqalı

Türkiyə-Azərbaycan biznes forumu başlayıb - FOTO

Bakı Sağlamlıq Mərkəzi vətəndaşa maddi ziyan vurub?

"Uber" rüblük zərər açıqladı, səhmləri kəskin ucuzlaşdı

Əfsanəvi "Nokia 3210" rəsmən geri döndü

ABŞ Al sahəsində Çinə qarşı yeni sanksiyalar hazırlayır

İlham Əliyevin COP29-a dəvət məktubu Ərdoğana təqdim olundu

Türkiyənin yeni maliyyə hədəfi - İnflyasiyanı bir rəqəmli səviyyəyə endirmək...

İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirildi (FOTO)

AZTV-nin keçmiş işçisi ƏƏSMN-ni məhkəməyə verdi

Elon Maskın adından istifadə edən saxta kripto-birja qapadıldı

BFB-nin dövriyyəsi 2 dəfədən çox artıb

Azərbaycanda əyləc bəndlərinin istehsal həcmi artırılacaq

Hacı İbrahim Nehrəmlinin şirkətindən məhkəməyə şikayət

Bu yol təmirə bağlanır

Britaniya rus mülklərinin diplomatik statusunu ləğv edir

Kapital Bank-la avtomobil arzunuza çatmaq daha asandır ®

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin