BAKU Azərbaycan
15.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8257
  • 1 Rusiya rublu
    0.0186
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1225
41210

“Hazırda dövlət ödənişlərin nağdsız qaydada aparılması üçün müxtəlif tədbirlər görür. Biz də dövlətə bu sahədə yardım göstərməyə çalışırıq”.

Bunu “vergiler.az”a //trendbazar.az/ onlayn alış-veriş platformasını yaratmış və buna görə Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) “Startap” şəhadətnaməsi almış "Trendbazar" MMC-nin rəhbəri Tural Taib bildirib.

Müasir dünyada onlayn alış-verişin geniş yayıldığını deyən T.Taib Azərbaycanda da bu tendensiyanın artması məqsədilə yerli sahibkarlar, alqı-satqı ilə məşğul olan insanlar üçün belə bir platforma yaratmaq qərarına gəldiyini söyləyib. Onun sözlərinə görə, platformanın yaradılmasında əsas məqsəd yerli istehsal və idxal bazarının inkişafına yardım etməkdir. Platformada yalnız idxalçı şirkətlər öz məhsullarını nümayiş etdirmirlər, mağaza sahibləri, hətta VOEN-i olan vətəndaşlar da mallarını bu platforma vasitəsilə sata bilərlər: “Hazırda vətəndaşlarımız xarici ölkələrdən məhsul sifarişləri verirlər. Biz istəyirik ki, xaricdən mal gətirən sahibkarlarımız o malları təkcə öz mağazalarında satmasınlar, virtual mağaza yaradaraq Azərbaycanın hər bir yerinə satış edə bilsinlər. Bizim platformada məhsul sata bilmək üçün sahibkar orada qeydiyyatdan keçməli, onun VOEN-i və bank hesabı olmalıdır. Bu tələblərə cavab verən sahibkar “Trendbazar”ın daxilində virtual mağaza açır. Platformada bütün sahələr üzrə məhsullar - geyimlər, kənd təsərrüfatı avadanlıqları, avtomobillər, aksesuarlar, tikinti və inşaat, gözəllik və sağlamlıq məhsulları və s. satılır. Platformada 700-ə yaxın "ana" və "bala" kateqoriya var. Platformada satıcılar üçün pərakəndə və topdansatış, daxili auksion kimi funksiyalar var. Alıcılar üçün isə elan sistemi var. Alıcı öz əlindəki malı elan kimi yerləşdirə bilər, ancaq VOEN-i, bank hesabı olmadığı üçün onu bir satıcı kimi sata bilməz. VOEN-i olan sahibkarlar isə, birbaşa olaraq, onlayn satışla məşğul ola bilərlər. Əsas məqsədimiz odur ki, yerli bazarımız güclənsin və sahibkarlar əllərindəki malı platforma vasitəsilə bütün Azərbaycan ərazisində sata bilsinlər”.

T.Taib əlavə edib ki, platforma yeni olduğu üçün burada alıcı və satıcı kimi qeydiyyatdan keçənlərin sayı hələlik çox deyil. Alıcı kimi qeydiyyatdan keçənlərin sayı 1000 nəfəri ötüb, təsdiqlənmiş satıcıların sayı isə 20-dən çoxdur: “Biz şərait yaratmışıq ki, sahibkarlar, biznesmenlər özləri sayta daxil olub istədikləri formada satış həyata keçirsinlər. Biz platformada “azad zona” yaratmışıq ki, sahibkarlar burada öz məhsullarını müstəqil formada sata, məhsullarını reklam edə bilsinlər. Bizim üstünlüyümüz daha geniş platforma olmağımızdadır, sahibkarlara veb üzərindən canlı dəstək göstəririk, “Qaynar xətt”imiz var”.

Startapçı əlavə edib ki, hazırda dünyanın bir çox ölkələrində sahibkarlar öz məhsullarını satmaq üçün innovativ üsullardan istifadə edirlər. Azərbaycanda isə sahibkarların əksəriyyətinin innovativ texnologiya haqda məlumatı çox azdır: “Buna görə istəyirik ki, komandalar yaradaraq onları mağazalara göndərək və sahibkarları bu platforma barədə məlumatlandıraq. Hazırda bunun üçün planlar hazırlayırıq. Bundan başqa, hazırda müştərilərə məhsullar "Azərpoçt" vasitəsilə göndərilir. Biz isə istəyirik ki, kuryer sistemi yaradaq və istəyən şəxslər sistemimizdə qeydiyyatdan keçərək “Trendbazar” məhsullarının ünvanlara çatdırılması üçün kuryerliklə məşğul ola bilsinlər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

BSU yarım milyona başa gələcək hansı tədbirləri keçirəcək?

Belarus XİN: Qərb sanksiyaların köməyi ilə ölkədə böhran yaratmağa çalışır

"Araş Estetik"dən maddi ziyan tələbi

Alimlər Qırmızı dənizin dibində dəhşətli kəşf etdilər - Ölümcül hovuz

Dünyanın ən güclü superkompüterlərindən biri hərracda satılıb

"Azerstar" MMC-yə protokol tərtib olundu

"Microsoft" ABŞ kəşfiyyatı üçün internetsiz işləyən Al modeli yaratdı

BVF: ABŞ dolları dünya ticarətində dominant mövqeyini qoruyub saxlayır

Gömrük Komitəsindən AAYDA-ya ittiham

İsveçrənin əksər şirkətləri Rusiya ilə işləməyə davam edir

Kosmik Cihazqayırma Təcrübi Zavodu məhkəmə qarşısında

Türkiyə ilə azad ticarət: Ukrayna NK 15 ildir üzərində çalışılan sazişin ratifikasiyasını dəstəklədi

İnşaat şirkətləri arasında lizinq qalmaqalı

Türkiyə-Azərbaycan biznes forumu başlayıb - FOTO

Bakı Sağlamlıq Mərkəzi vətəndaşa maddi ziyan vurub?

"Uber" rüblük zərər açıqladı, səhmləri kəskin ucuzlaşdı

Əfsanəvi "Nokia 3210" rəsmən geri döndü

ABŞ Al sahəsində Çinə qarşı yeni sanksiyalar hazırlayır

İlham Əliyevin COP29-a dəvət məktubu Ərdoğana təqdim olundu

Türkiyənin yeni maliyyə hədəfi - İnflyasiyanı bir rəqəmli səviyyəyə endirmək...

İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirildi (FOTO)

AZTV-nin keçmiş işçisi ƏƏSMN-ni məhkəməyə verdi

Elon Maskın adından istifadə edən saxta kripto-birja qapadıldı

BFB-nin dövriyyəsi 2 dəfədən çox artıb

Azərbaycanda əyləc bəndlərinin istehsal həcmi artırılacaq

Hacı İbrahim Nehrəmlinin şirkətindən məhkəməyə şikayət

Bu yol təmirə bağlanır

Britaniya rus mülklərinin diplomatik statusunu ləğv edir

Kapital Bank-la avtomobil arzunuza çatmaq daha asandır ®

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin