BAKU Azərbaycan
15.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8257
  • 1 Rusiya rublu
    0.0186
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1225
40725

Bu günlərdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) daha 5 KOB subyektinə “Startap” şəhadətnaməsi verib ki, bununla da  onların sayı 123-ə çatıb. Yeni “Startap” şəhadətnaməsi almış KOB subyektlərindən biri də qida zənciri prosesini optimallaşdıran platforma və mobil tətbiq hazırlayan "Alfa Hospitality" MMC-dir.

Valyuta.az xəbər verir ki, bir sıra Qərb ölkələrində buna bənzər layihələrin olduğunu deyən MMC-nin direktoru Naib Əhmədzadə bildirib ki, dünyada sırf onların yaratmaq istədikləri kimi layihə yoxdur. Təxminən 2 aya hazır olacaq bu platforma qida zəncirinin bütün üzvlərini bir araya toplayacaq və burada təxminən 6-7 adda xidmət təqdim ediləcək: “Bu platforma imkan verəcək ki, biz məhsulu 2-ci əldən deyil, 1-ci əldən alaq. Fermerlər öz məhsullarını vasitəçilərsiz, təqdim edəcəyimiz platforma vasitəsilə birbaşa olaraq hotellərə, restoranlara, böyük holdinqlərə sata biləcəklər”.

N.Əhmədzadə əlavə edib ki, istifadəçilər platforma vasitəsilə qida məhsullarının qiymətlərini analiz edə biləcəklər: “İstifadəçilər evdən marketlərdəki məhsulların qiymətlərinin analizlərini apara biləcəklər. Platforma istehlakçılara fərdi aylıq siyahı yaratmaq imkanı verir və onlar bu siyahı əsasında aylıq qida büdcəsi yaratmaq imkanı əldə edə biləcəklər. Vətəndaş öz büdcəsini və istehlak etmək istədiyi qidaların adlarını qeyd etdikdən sonra platforma həmin büdcəyə uyğun reseptlər təqdim edir və müvafiq qiymət büdcəsi çıxarır, bununla yanaşı, yaxınlıqdakı hansı marketlərdən məhsul ala biləcəyinə kömək edir”.

Startapçı qeyd edib ki, qida sahəsi ilə əlaqəli olan insanlar platformada hesablarını yaradıb xidmətlərini sata, istifadəçilər isə bu xidmətlərdən yararlana bilərlər: "Məsələn, Qurban bayramında insanlar heyvan kəsdirib onu aztəminatlı ailələrə paylamaq istəyirlər. Bizim platforma bu məsələdə də yardımçı ola bilər. Bunun üçün aztəminatlı şəxslər bizim platformada qeydiyyatdan keçməklə qurban kəsənlə əlaqə qurmaq imkanı əldə edə biləcəklər”.

N.Əhmədzadə bildirib ki, platforma qida israfının aradan qaldırılması məqsədilə həll yolları təqdim etməyi nəzərdə tutur. Bunun üçün istifadəçilərə "food banking" sistemi təqdim ediləcək: "Hər birimiz şahidik ki, toylardan sonra nə qədər qida tullantıları yaranır. Restoranlar istifadə edilməyən həmin qidaları ehtiyacı olan şəxslərə ucuz qiymətlərə sata biləcəklər".

© Vergilər.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

BSU yarım milyona başa gələcək hansı tədbirləri keçirəcək?

Belarus XİN: Qərb sanksiyaların köməyi ilə ölkədə böhran yaratmağa çalışır

"Araş Estetik"dən maddi ziyan tələbi

Alimlər Qırmızı dənizin dibində dəhşətli kəşf etdilər - Ölümcül hovuz

Dünyanın ən güclü superkompüterlərindən biri hərracda satılıb

"Azerstar" MMC-yə protokol tərtib olundu

"Microsoft" ABŞ kəşfiyyatı üçün internetsiz işləyən Al modeli yaratdı

BVF: ABŞ dolları dünya ticarətində dominant mövqeyini qoruyub saxlayır

Gömrük Komitəsindən AAYDA-ya ittiham

İsveçrənin əksər şirkətləri Rusiya ilə işləməyə davam edir

Kosmik Cihazqayırma Təcrübi Zavodu məhkəmə qarşısında

Türkiyə ilə azad ticarət: Ukrayna NK 15 ildir üzərində çalışılan sazişin ratifikasiyasını dəstəklədi

İnşaat şirkətləri arasında lizinq qalmaqalı

Türkiyə-Azərbaycan biznes forumu başlayıb - FOTO

Bakı Sağlamlıq Mərkəzi vətəndaşa maddi ziyan vurub?

"Uber" rüblük zərər açıqladı, səhmləri kəskin ucuzlaşdı

Əfsanəvi "Nokia 3210" rəsmən geri döndü

ABŞ Al sahəsində Çinə qarşı yeni sanksiyalar hazırlayır

İlham Əliyevin COP29-a dəvət məktubu Ərdoğana təqdim olundu

Türkiyənin yeni maliyyə hədəfi - İnflyasiyanı bir rəqəmli səviyyəyə endirmək...

İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirildi (FOTO)

AZTV-nin keçmiş işçisi ƏƏSMN-ni məhkəməyə verdi

Elon Maskın adından istifadə edən saxta kripto-birja qapadıldı

BFB-nin dövriyyəsi 2 dəfədən çox artıb

Azərbaycanda əyləc bəndlərinin istehsal həcmi artırılacaq

Hacı İbrahim Nehrəmlinin şirkətindən məhkəməyə şikayət

Bu yol təmirə bağlanır

Britaniya rus mülklərinin diplomatik statusunu ləğv edir

Kapital Bank-la avtomobil arzunuza çatmaq daha asandır ®

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin