BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
38916

Maska “Bluetooth”la telefona qoşulur, maskanı çıxarmadan rahat danışa bilirsiniz - Azərbaycanlı gəncin Amerikadakı startapı

Azərbaycanlı gənc Amerikada “Keen Mask” adlı ağıllı maska startapı üzərində çalışır. Maska sözünü gördükdə, eşitdikdə ilk ağıla pandemiya dönəmi gəlir. Cuma Tahirovun isə ağlına bu ideya pandemiya dönəmindən əvvəl gəlib. Ətrafında maskadan istifadəyə ehtiyac duyulan sahələrdə çalışan insanlar olduğuna görə, Cuma istifadəni rahatlatmaq üçün ağıllı maska yaratmağı düşünüb.

Gənc startapçı Cuma Tahirov Valyuta.az-a ağıllı maska layihəsi barədə danışdı:

“İdeyanın tam start götürməsi, təkcə ideya olaraq qalmaması və bunun üçün səylərin daha da artdığı dönəm pandemiya zamanı oldu. Həmin dönəm mənim üçün şərait yaratdı ki, layihəni həyata keçirim. Bir sıra investorlarla görüşdüm və Azərbaycan Beynəlxalq Bankının inkubasiya proqramına üzv oldum”. 

Bəs ağıllı maska adi maskalardan nə ilə fərqlənir? Cuma, ağıllı maskaların özəlliklərini sadaladı:

“Pandemiya dönəmində insanların vaksin olunub-olunmaması, onların bu virusa nə vaxtsa yoluxub-yoluxmaması kimi informasiyalar QR kod vasitəsilə oxunurdu və məlumatlar tam olaraq əks olunurdu. Ağıllı maskaların da üzərində QR kod funksiyası əlavə edilib. O məlumatları o Qr kodla öyrənmək olacaq. Maskanı üzündən çıxarmadan rahat danışa bilmək üçün maskaya mikrofon əlavə edilib. Bundan əlavə, maskadan istifadə zamanı asanlıqla “Bluetooth” vasitəsilə mobil və digər cihazlara qoşularaq telefon danışıqlarını rahatlıqla edə bilərlər. “Keen Mask” yenilənə bilən filtri sayəsində uzunmüddət istifadə oluna bilir. Bu isə tibbi maskaların təbiətə vurduğu zərəri daha da azaldır".

Cuma bildirir ki, Amerikada mələk investorlar onun startapına maraq göstərirlər:

“1 Noyabr 2021-ci il tarixində, Əczaçılar Klubu İctimai Birliyi və “Keen Mask” MMC (layihə ilə eyniadlı şirkət) arasında anlaşma memorandumu imzalanıb. İlkin investisiya olaraq Azərbaycandakı mələk investordan çox da böyük olmayan məbləğdə yatırım almışıq. Hazırda Amerikada mələk investorlarla, istehsalçılarla görüşlər keçirilir, bir sıra startap tədbirlərində iştirak edirəm. İlkin və gələcək istehsal ilə bağlı RUSHPCB inc. ilə də bu ilin sentyabr ayında anlaşma memorandum imzalanıb. İlkin istehsal olaraq bazar tələbatını müəyyən etmək məqsədilə 100 ədəd istehsal planlaşdırılır”.

Nuray

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İrsi ürək xəstəliyi olan insanlar üçün idman təhlükəsizdirmi?

Yanvar-martda daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı açıqlanıb

Z nəsli Y nəslindən daha çox maliyyə çətinlikləri yaşayır - ARAŞDIRMA

Ölkəmizdə elektromobillərin sayı artır - AÇIQLAMA

Dövlət sektorunda işçilərin sayı azalıb – RƏQƏMLƏR

İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi

Övladlığa verilən uşaqların sayı açıqlandı

“ChatGPT” insanların görünüşünə də şərh verəcək

Bank kartına bilinməyən hesabdan pul köçürüləndə nə etməliyik?

İpoteka ilə mənzil alınarkən ƏDV-nin bir hissəsinin geri qaytarılması qaydası necədir?

Əhalinin ticarət şəbəkələrində xərclədiyi vəsaitin məbləği açıqlanıb

Türkiyənin ilk yerli elektromobili gələn il Avropa bazarına çıxarılacaq

Tıxaclı yollar bu avtomobillərin sahiblərini böyük məbləğdə ziyana sala bilər (VİDEO)

Soyuq may ayında qiyməti ilə “isindirən” kafelər: Vəziyyət nə zaman düzələcək? - VİDEO

Bu yolda yarımdairə ləğv edilir (VİDEO)

Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon

Prezident: Bizim energetika sahəsində çox böyük planlarımız var

Bakıda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak etdi

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirildi (YENİLƏNİB)

Sərhəddə İlham Əliyevlə İbrahim Rəisi arasında görüş keçirildi (YENİLƏNİB)

Sabahın hava proqnozu

Təhsil eksperti: "Hər il 10 minə yaxın tələbə diplom ala bilmir"

Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək...

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

İşǝmuzd əməkhaqqının hesablanması qaydası

10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO

Kasıbın maşını olmayacaq?

Bu məhsulun satışından qazandığımız gəlir 16 dəfə azalıb

LinkedIn platformasının tələbələr üçün hansı üstünlükləri var?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin