BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
36127

SABAH.HUB İnnovasiya Mərkəzi və sürətlə inkişaf edən startaplara sərmayə qoyan vençur kapitalı fondunun idarəedici şirkəti olan “White Hill Capital” arasında əməkdaşlıq memorandumu imzalanıb. 

Valyuta.az xəbər verir ki, fondun yaradılması məqsədi tərəfdaşlığı daha da genişləndirmək üçün Mərkəzi Asiya, Türkiyə və MENA regionunda startap müəssisələrin dəstəklənməsi və maliyyələşdirilməsidir. Yeni yaradılacaq dəstək fondunun formalaşdıracağı ümumi məbləğ 30 milyon dollara qədər olacaqdır.

Memorandumun imzalanması prosesində hər iki tərəfin səlayyətli nümayəndələri öz fikirlərini səsləndiriblər.

SABAH.HUB İnnovasiya Mərkəzinin İdarəedici direktoru Rəhim Bayramlı bildirib: “White Hill Capital”ın Qazaxıstanda oynadığı rolu və regional vençur kapitalı səhnəsinə olan bağlılıq və dəstəyini yüksək qiymətləndiririk. Dünya Bankının sponsorluq etdiyi qurum kimi, “White Hill Capital” yeni başlayan şirkətləri dəstəkləyərkən ən yüksək peşəkar və etik standartları saxlamağa məsuldur. Bu Anlaşma memorandumu SABAH.HUB İnnovasiya Mərkəzi və “White Hill Capital” arasında mükəmməl iş əlaqəsini, eləcə də paylaşılan prioritet sahələrdə tam və birgə dəstəyimizi vurğulayır”.

“White Hill Capital”-ın idarəedici tərəfdaşı Aslan Sultanov bildirib: “Həm Qazaxıstanda, həm də Azərbaycanda vençur kapitalı bazarları getdikcə daha çox diqqəti cəlb etdikcə, təşəbbüskar sahibkarların sayı durmadan artdıqca və biz bu ilk uğurları bütün maraqlı tərəflərimiz, o cümlədən investorlarımız və yerli icmalar üçün nəticələrə çevirmək üçün işimizi davam etdirdikcə, tərəfdaşlıqlar vacibdir. Yeni anlaşma memorandumunu imzalamaqla biz, “White Hill Capital” olaraq, SABAH.HUB-ı nümunə göstərərək, təsirli sərmayələr qoymaq üzrə davamlı öhdəliyini alqışlayırıq”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İrsi ürək xəstəliyi olan insanlar üçün idman təhlükəsizdirmi?

Yanvar-martda daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı açıqlanıb

Z nəsli Y nəslindən daha çox maliyyə çətinlikləri yaşayır - ARAŞDIRMA

Ölkəmizdə elektromobillərin sayı artır - AÇIQLAMA

Dövlət sektorunda işçilərin sayı azalıb – RƏQƏMLƏR

İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi

Övladlığa verilən uşaqların sayı açıqlandı

“ChatGPT” insanların görünüşünə də şərh verəcək

Bank kartına bilinməyən hesabdan pul köçürüləndə nə etməliyik?

İpoteka ilə mənzil alınarkən ƏDV-nin bir hissəsinin geri qaytarılması qaydası necədir?

Əhalinin ticarət şəbəkələrində xərclədiyi vəsaitin məbləği açıqlanıb

Türkiyənin ilk yerli elektromobili gələn il Avropa bazarına çıxarılacaq

Tıxaclı yollar bu avtomobillərin sahiblərini böyük məbləğdə ziyana sala bilər (VİDEO)

Soyuq may ayında qiyməti ilə “isindirən” kafelər: Vəziyyət nə zaman düzələcək? - VİDEO

Bu yolda yarımdairə ləğv edilir (VİDEO)

Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon

Prezident: Bizim energetika sahəsində çox böyük planlarımız var

Bakıda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak etdi

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirildi (YENİLƏNİB)

Sərhəddə İlham Əliyevlə İbrahim Rəisi arasında görüş keçirildi (YENİLƏNİB)

Sabahın hava proqnozu

Təhsil eksperti: "Hər il 10 minə yaxın tələbə diplom ala bilmir"

Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək...

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

İşǝmuzd əməkhaqqının hesablanması qaydası

10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO

Kasıbın maşını olmayacaq?

Bu məhsulun satışından qazandığımız gəlir 16 dəfə azalıb

LinkedIn platformasının tələbələr üçün hansı üstünlükləri var?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin