BAKU Azərbaycan
27.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8227
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1249
45107

Azərbaycanda yeni tikilən pivəlik arpa emalı zavodunda ilk istehsala payız aylarında başlanması nəzərdə tutulur.

Valyuta.az xəbər verir ki, bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına “Azərşəkər” MMC-nin İdarə Heyətinin sədri Anar Mehdiyev deyib. Onun sözlərinə görə, 2023-cü ildə təməli qoyulmuş “Promalt” arpa emalı müəssisəsinin qurulması layihəsi üzrə layihələndirmə işləri bitib və inşaat prosesinə start verilib. İlkin müqavilələr imzalanıb və həmin layihəyə uyğun olaraq, zavodun ehtiyatında olan pivəlik arpa əkinləri 2023-cü ildə uğurla tamamlanıb: “Qürurla deyə bilərəm ki, şirkətimiz ilk dəfə özünün maksimum həcmdə payızlıq əkinlərini icra edib. O əkinlərin içində, əlbəttə, “Promalt” layihəsinin arpa ehtiyacları da var. Bizim hədəfimiz arpa biçini zamanı zavodun ehtiyacı olan pivəlik arpanın tədarükünü tam həcmdə bitirməkdir”.

A.Mehdiyev qeyd edib ki, bütün işlər layihənin icra qrafikinə uyğun aparılır. Həm ilk istehsalın, həm də xammal tədarükünün tam vaxtında başa çatması hədəflənib. Layihə qrafikinə görə, xammal tədarükü iyul ayında bitməlidir: “İlk istehsal üçün emalı payız aylarında başlamaq hədəflənib ki, hazırda buna doğru gedirik. Almaniya və Türkiyədə zavod üçün avadanlıqların istehsalı, demək olar ki, bitib və onların Azərbaycana nəql olunması üçün hazırlıq işlərinə başlayırıq. Zavodun işçi heyətinin yığılması prosesinə də start verilib”.

A.Mehdiyev deyib ki, zavodun ilkin istehsal gücünün 13 min ton arpa emalı olması nəzərdə tutulur. Bunun 11 min tonundan malt-səməni əldə etmək planlaşdırılır.

MMC direktorunun sözlərinə görə, başlıca hədəfləri daxili bazarda idxalı əvəzləmək və ehtiyacı qarşılamaqdır. Növbəti dövrlərdə isə ixrac imkanları nəzərdən keçiriləcək. Zavodun fəaliyyəti tam olaraq alkoqollu və alkoqolsuz pivənin istehsalına yönəldiləcək: “Lakin bu məhsulun digər sahələrdə istifadəsinə də maraq göstərilir. Qənnadı və çörəkbişirmə sahələrində zavodun məhsuluna tələbat var”.

A.Mehdiyev əlavə edib ki, yaxın gələcəkdə zavodun illik istehsal gücünün 17 min tona çatdırılması planlaşdırılır. Bununla daxili bazarın təlabatının ödənilməsi ilə yanaşı, ixrac imkanları da genişlənmiş olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu tikinti materialları bahalaşacaq

Smartfonlar Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - TAM SİYAHI

Girişində “7/24” yazılan bəzi apteklər gecələr niyə işləmir?

Genişzolaqlı internetin sürəti 38 % artıb

Bakının 7 kilometrliyində evlər kütləvi satışa çıxarıldı - Ucuz qiymətə...

“Məcburi köçkünlər qayıtdıqca bu mənzillərin qiyməti enəcək” – Mühüm açıqlama

Bazar günü Bakıda 31 dərəcə isti olacaq

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Elektrikli Gelendvagen Mercedes-Benz G580 təqdim olundu

“Titanik”in ən zəngin sərnişininin cəsədindən çıxarılan qızıl cib saatı hərraca çıxarılıb

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi (FOTO)

Bu ərazilər tezliklə plana düşəcək

Bakıda ailə ilə şam yeməyi 200 manata başa gəlir

Rusiyadan miqrantlarla bağlı açıqlama

Azərbaycan neftinin qiyməti 90 dolları ötüb

Buğdanın qiyməti niyə ucuzlaşır? (ŞƏRH)

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Dünyanın damı"nın radioaktiv çirklənməsinin mənbəyi tapıldı

Tibbi arayışların elektronlaşması nə vəd edir? (AÇIQLAMA)

Tibbi arayışların elektronlaşması nə vəd edir? (AÇIQLAMA)

ABŞ Ukraynaya ən böyük hərbi yardım paketi ayırıb

BTC ilə daşınan neftin həcmi açıqlanıb

Formula-1 tarixinin ən böyük müqaviləsi

“Qərb Ulduzu” hansı təhrifə yol verib?

Rəhbərlik “TikTok”un satılıb satılmayacağı haqda açıqlama verdi

ABŞ Rusiya aktivləri ilə bağlı: "Tam müsadirə doğrudur, lakin başqa variantlar da var"

Rabitəbank rəhbərliyi bank sistemində yeni texnologiyaların tətbiqi sahəsi ilə tanış olub ®

Turistlər artıq Finlandiyaya səyahət etməyi sevmirlər

"Gazprom" daxili bazara rekord qaz tədarük edib

Rabitəbank rəhbərliyi ABŞ-də işgüzar səfərdə olub ®

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin