BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8497
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1603
37887

Almaniyanın Berlin şəhərində SOCAR ilə “Uniper” şirkəti arasında enerji sektorunda davamlı tərəfdaşlığı təşviq edən Əlaqələndirmə komitəsinin 8-ci iclası keçirilib.

Valyuta.az xəbər verir ki, SOCAR-ın və “Uniper” şirkətinin rəhbər şəxslərdən ibarət nümayəndə heyətlərinin iştirak etdiyi iclasda Cənub Qaz Dəhlizinin genişləndirilməsi istiqamətində atılan addımlar, SOCAR-da insan resurslarının inkişafı sahəsində əldə olunan nailiyyətlər, “Uniper”in yeni strategiyası və biznes maraqları müzakirə olunub. Eyni zamanda, Azərbaycanda enerji keçidi ilə bağlı görülən işlər və SOCAR-ın gələcək layihələri ilə bağlı təqdimat edilib.

Tədbirdə Azərbaycanın Almaniyadakı səfirinin, SOCAR və “Uniper” şirkətlərinin rəhbər şəxslərinin çıxışları dinlənilib, enerji sənayesinin inkişafına dair fikir və təcrübə mübadiləsi aparılıb.

İclasda tədbirin şirkətlər arasında əməkdaşlıq əlaqələrin genişləndirilməsi, enerji məsələləri və nəzərdə tutulan layihələr üzrə müzakirələrin aparılması baxımından mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Tədbir çərçivəsində SOCAR ilə “Uniper” şirkəti arasında “2024-cü il üzrə Əməkdaşlıq Proqramı” imzalanıb.

Qeyd edək ki, beynəlxalq enerji şirkəti olan “Uniper” qlobal müstəvidə çevik və aşağı karbonlu enerji həlləri üzrə ixtisaslaşıb. 2013-cü ildə Avropanın enerji təchizatının təhlükəsizliyinin və şaxələndirilməsinin gücləndirilməsi məqsədilə “Uniper” və SOCAR şirkətləri arasında uzunmüddətli qaz tədarükünə dair müqavilə imzalanıb. 2016-cı ildə enerji səmərəliliyinin inkişafı məqsədilə yaradılmış müəssisə bu əməkdaşlığın inkişafına xidmət edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Kapital Bank-ın nağd kredit lotereyasının 1-ci tirajının qalibləri bəlli oldu ®

Cavanşir körpüsünün sökülməsi ilə bağlı iki avtobusun hərəkəti dəyişdirilib, parklanma yerləri ləğv edilib

Cavanşir körpüsünün sökülməsi ilə bağlı iki avtobusun hərəkəti dəyişdirilib, parklanma yerləri ləğv edilib

Beynəlxalq İnsan Resursları Günüdür – Onlar şirkətlər üçün niyə bu qədər əhəmiyyətlidir?

Xocalıya qayıdacaq sakinlərə hansı sürprizlər hazırlanır? (VİDEO)

40 min manat mayası olan ASC ləğv olunur

Azərbaycanda bir sıra bankların depozit portfeli azalıb – Siyahı

Sabah Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq

Pərakəndə satış təşkil edən sahibkar kassa aparatı quraşdırmalıdır?

Gümüş istehsalında 20 faizlik azalma – Rəqəmlər

Xamis Seyranova vəzifə verildi

Bizneslərdə marketinqin cavab verməli olduğu 3 sual

İşinizi tərk etməli olduğunuzu göstərən 10 əlamət

Gürcüstandan Azərbaycana gətirilən toyuq əti yararsız çıxıb

Bakıdakı universitetləri hansı şəhərlərə köçürmək olar?

Müsahibəyə getdiyimiz şirkəti necə araşdırmalıyıq?

“Xaqani” bağı belə olacaq (FOTO)

Birinci vitse-prezident seçkilərə qədər İran Prezidentinin səlahiyyətlərini icra edəcək

Mərkəzi Bankda yeni təyinat

Mərkəzi Bankda yeni təyinat

Bitcoin və Etherium bahalaşıb - Kriptovalyutaların qiymətləri

Bakının iki qəsəbəsində qaz olmayacaq

Tehran Fond Birjası İbrahim Rəisinin ölüm xəbərindən sonra fəaliyyətini dayandırıb

"Azerspace-1" peykinin sığortası bu şirkətə həvalə edilir - 1,5 milyon manat ödəniləcək

Çin uçan avtomobilin satış tarixini AÇIQLADI

Avro bahalaşdı - Məzənnə

Bu gündən Bakıdakı əsas körpülərdən biri BAĞLANIR

Lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır

İranın Qırmızı Aypara Cəmiyyəti: Prezident və helikopterin bütün sərnişinləri həlak olub

İrsi ürək xəstəliyi olan insanlar üçün idman təhlükəsizdirmi?

Yanvar-martda daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı açıqlanıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin