BAKU Azərbaycan
16.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
43525

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2017-ci ildə Böyük Britaniyanı vaksinlərin effektivliyi sayəsində qızılcadan azad ölkə elan edib. Lakin hazırda ölkədə son 10 il ərzində qızılcanın ən geniş yayılması müşahidə olunur. Bu isə virusun yayılmasının qarşısını almaq üçün səhiyyə sistemləri tərəfindən təxirəsalınmaz tədbirlərin görülməsini tələb edir.

Valyuta.az AZƏRTAC-a istinadən xəbər verir ki, Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyinin (UKHSA) son məlumatları qızılcaya yoluxma hallarının təhlükəli statistikasını əks etdirir: vur-tut bir həftə ərzində 118 yeni yoluxma qeydə alınıb. Bu rəqəmlər bütün təsdiqlənmiş yoluxmaların sayını 650-yə çatdıraraq, hətta 2013-cü ildə sonuncu yayılma dövründəki səviyyəni üstələyir. Xüsusilə kritik vəziyyət Midlendsdədir, burada Birmingem yayılma episentrinə çevrilib. Yoluxmaların sayının artımı Londonda da qeydə alınıb.

UKHSA-nın məlumatına görə, yoluxma hallarının 66 faizinin 10 yaşınadək uşaqlar arasında qeydə alındığı, eləcə də MMR peyvəndləməsinin (qızılca, epidemik parotit (qulaqdibi xəstəliyi) və məxmərək) miqyasının azalması nəzərə alınarsa, o halda yayılma müxtəlif yaş qruplarını əhatə edib və Birmingemdə 40 yaşlı bir kişi qızılcadan həyatını itirib.

Böyük Britaniya Milli Səhiyyə Xidməti (NHS) qızılcanın yayılmasına kampaniya ilə reaksiya verib. Kampaniya valideynləri uşaqlarını peyvəndləməyə səsləyir, çünki 16 yaşınadək 3,4 milyondan çox uşaq virusdan müdafiə olunmayıb. Bundan başqa bəzi regionlarda 25 yaşınadək şəxslərə MMR vaksininin hər iki dozası təklif olunur.

Böyük Britaniyada qızılca yayılması az təsadüf edilən hal deyil. ÜST fevral ayında Avropanın bir çox ölkəsində yoluxma hallarını əhəmiyyətli şəkildə artması barədə xəbər vermişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İrsi ürək xəstəliyi olan insanlar üçün idman təhlükəsizdirmi?

Yanvar-martda daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı açıqlanıb

Z nəsli Y nəslindən daha çox maliyyə çətinlikləri yaşayır - ARAŞDIRMA

Ölkəmizdə elektromobillərin sayı artır - AÇIQLAMA

Dövlət sektorunda işçilərin sayı azalıb – RƏQƏMLƏR

İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi

Övladlığa verilən uşaqların sayı açıqlandı

“ChatGPT” insanların görünüşünə də şərh verəcək

Bank kartına bilinməyən hesabdan pul köçürüləndə nə etməliyik?

İpoteka ilə mənzil alınarkən ƏDV-nin bir hissəsinin geri qaytarılması qaydası necədir?

Əhalinin ticarət şəbəkələrində xərclədiyi vəsaitin məbləği açıqlanıb

Türkiyənin ilk yerli elektromobili gələn il Avropa bazarına çıxarılacaq

Tıxaclı yollar bu avtomobillərin sahiblərini böyük məbləğdə ziyana sala bilər (VİDEO)

Soyuq may ayında qiyməti ilə “isindirən” kafelər: Vəziyyət nə zaman düzələcək? - VİDEO

Bu yolda yarımdairə ləğv edilir (VİDEO)

Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon

Prezident: Bizim energetika sahəsində çox böyük planlarımız var

Bakıda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak etdi

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirildi (YENİLƏNİB)

Sərhəddə İlham Əliyevlə İbrahim Rəisi arasında görüş keçirildi (YENİLƏNİB)

Sabahın hava proqnozu

Təhsil eksperti: "Hər il 10 minə yaxın tələbə diplom ala bilmir"

Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək...

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

İşǝmuzd əməkhaqqının hesablanması qaydası

10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO

Kasıbın maşını olmayacaq?

Bu məhsulun satışından qazandığımız gəlir 16 dəfə azalıb

LinkedIn platformasının tələbələr üçün hansı üstünlükləri var?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin