BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8497
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1603
7468

"Ölkəyə idxal etdiyimiz cihazların, qanunla tənzimlənən sövdələşmə qiymətləri olduğu halda, gömrük süni şəkildə, heç bir qanuni dayağı olmadan qiymətləri qaldırır".

Valyuta.Az xəbər verir ki, bu sözləri yeniavaz.com-a açıqlaması zamanı sahibkar, “Mesa Group” MMC-nin rəhbəri Məftun Xəlilov deyib. 

O bildirib ki, dəfələrlə fərdi funksiyalı kosmetoloji aparatı ölkəyə 980 dollara gətirdikləri halda, ötən ilin 4 noyabrında eyni cihazın hər biri üçün Hava Nəqliyyatında Baş Gömrük İdarəsi onlardan 3 min dollar tələb edib: 

“Səbəbini soruşduqda isə bildirdilər ki, bu qiymət gömrük haqqında qanununaəsasən ehtiyyat üsulu ilə tənzimlənir. Gömrük haqqında qanunun 17-ci maddəsində deyilir ki, ölkəyə gətirilən malların gömrük dəyəri, aşağıdakı üsullarla təyin olunur, hansı ki, bunlardan birincisi sövdələşmə qiymətidir. Ehtiyyat üsul bunların ən sonuncusudur. Həmin 17-ci maddədə belə bir bənd də var ki, malın dəyərinin hesablanması üçün əsas üsul sövdələşmə qiymətidir. Bu üsulla təyin olunmazsa digər üsullara keçə bilərsiniz. Gömrük orqanı isə qanunun dediyi əsas üsuldan istifadə etmir, birbaşa keçir ehtiyyat üsula. Etiraz etdim. Dedilər ki, ekspertiza rəyi gətir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasına müraciət elədim. Ekspertiza təxminən 60 gündən sonra belə rəy verdi ki, malın Azərbaycanda satış dəyəri 5 min manatdır. Ekspertizanı təqdim etmişəm gömrük orqanına, mənə deyir ki, gəl malın dəyərini 1700 dollardan hesablayaq. Deyirəm bəs 3 min dolları haradan çıxartmışdın?

İldə ən azı 600-700 min manat dövlət büdcəsinə vergi ödəyirəm. Onlarla insan mənim müəssisəmdən evinə çörək aparır. Bəs dövlət niyə mənim müəssisəmin bağlanmasında maraqlıdır? Niyə mənə süni maneələr yaradırsınız?”.

Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsindən yeniavaz.com-a bildirilib ki, “Mesa Group” MMC və ya xarici ticarət fəaliyyəti ilə məşğul olan hər hansı şəxsə qarşı qərəzli yanaşmadan söhbət gedə bilməz:

“Gömrük orqanlarının həyata keçirdiyi nəzarət tədbirləri nəticəsində  Çin Xalq Respublikasından ölkə ərazisinə gətirilən və gözəllik salonlarında istifadə edilən fərdi funksiyalı kosmetoloji aparatların eyni və eynicinsli olmasına, eyni funksiyaları yerinə yetirməsinə baxmayaraq, gömrük rəsmiləşdirilməsi zamanı müxtəlif şirkətlər tərəfindən fərqli qiymətlərlə bəyan olunması müəyyən edilib. Qanunvericiliyin tələblərinin yerinə yetirilməsinin təmin edilməsi, dövlət büdcəsinə ödənilməli olan gömrük vergi və rüsumlarından yayınmanın qarşısının alınması məqsədilə  Gömrük Tarifi Haqqında Qanunun tələbləri əsas götürülərək ölkə ərazisinə idxal edilən bu qəbildən mallar barədə daha dərindən araşdırma aparılır.

"Mesa Group” MMC tərəfindən idxal olunan, kosmetoloji sahədə istifadə edilən lazer epilyasiya aparatları da müvafiq araşdırma məqsədilə gömrük əməkdaşları tərəfindən saxlanılıb və bu barədə yük sahibinə məlumat verilib. Onu da qeyd edək ki, “Mesa Group” MMC tərəfindən idxal edilən bu mallar tibbi avadanlıq deyil. Belə ki, əvvəllər də “Mesa Group” MMC tərəfindən idxal olunan kosmetoloji aparatlar Çin Xalq Respublikasından digər sahibkarlara satılan eyni və ya eynicinsli malların qiymətləri ilə müqayisədə kəskin fərqlə, yəni aşağı qiymətə bəyan edilib və şübhə doğurduğundan bu barədə sahibkar elə o zaman da məlumatlandırılıb. Üstəlik, gömrükçülərin malın dəyəri ilə bağlı yaranan şübhələrini səlahiyyətli dövlət qurumları da təsdiq edib. 
5 noyabr 2020-ci il tarixində “Mesa Group” MMC tərəfindən idxal olunan  10 ədəd kosmetoloji aparatın dəyərinin müəyyən edilməsi məqsədilə sahibkarın yazılı müraciəti əsasında Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə rəsmi qaydada müraciət edilib  və cavab olaraq şirkət tərəfindən 1 ədədi 998 ABŞ dolları dəyərində bəyan edilən lazer aparatına 5000 AZN orta bazar qiyməti müəyyən olunub. Ekspertizanın verdiyi rəy Hava Nəqliyyatında Baş Gömrük İdarəsində əsas götürülüb, qanunvericiliyə uyğun olaraq gömrük rüsum və vergiləri hesablanaraq ödənilməsi təmin edilib.  

Onu da qeyd edək ki, digər sahibkar idxal etdiyi eynicinsli malı gömrük orqanına 04 fevral 2021-ci il tarixində 2598 ABŞ dolları dəyərində bəyan edib. Aparılan araşdırmalardan da aydın görünür ki, “Mesa Group” MMC və ya xarici ticarət fəaliyyəti ilə məşğul olan hər hansı şəxsə qarşı qərəzli yanaşmadan söhbət gedə bilməz. Məqsəd ölkənin iqtisadi təhlükəsizliyinin qorunması, daxili bazarın tənzimlənməsi, xarici iqtisadi fəaliyyət iştirakçıları üçün bərabərhüquqlu rəqabət mühitinin formalaşdırılması, gömrük ödənişlərindən yayınmanın qarşısının alınmasıdır. Gömrük orqanları hər zaman qanuni ticarətin yanındadır, idxal-ixrac əməliyyatlarının asan, sürətli və ən əsası şəffaf şəkildə həyata keçirilməsi üçün bütün zəruri addımları atır”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Lifttəmir” İstehsalat Birliyində nöqsanlar aşkarlanıb

Ağdamda subartezian quyularının bərpasına başlanılır

Kredit götürən şəxs dünyasını dəyişərsə, vərəsələri hansı halda borcu qaytarmaya bilər?

Yağış sahələrə ziyan vurdu – Çiyələyin qiyməti bahalaşdı

Xaricə şəkər satışından gəlirimiz 5 milyon dollar azalıb

Cəbrayılın dörd kəndinə birinci mərhələdə 3 min 193 sakin köçürüləcək

Kapital Bank-ın nağd kredit lotereyasının 1-ci tirajının qalibləri bəlli oldu ®

Cavanşir körpüsünün sökülməsi ilə bağlı iki avtobusun hərəkəti dəyişdirilib, parklanma yerləri ləğv edilib

Cavanşir körpüsünün sökülməsi ilə bağlı iki avtobusun hərəkəti dəyişdirilib, parklanma yerləri ləğv edilib

Beynəlxalq İnsan Resursları Günüdür – Onlar şirkətlər üçün niyə bu qədər əhəmiyyətlidir?

Xocalıya qayıdacaq sakinlərə hansı sürprizlər hazırlanır? (VİDEO)

40 min manat mayası olan ASC ləğv olunur

Azərbaycanda bir sıra bankların depozit portfeli azalıb – Siyahı

Sabah Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq

Pərakəndə satış təşkil edən sahibkar kassa aparatı quraşdırmalıdır?

Gümüş istehsalında 20 faizlik azalma – Rəqəmlər

Xamis Seyranova vəzifə verildi

Bizneslərdə marketinqin cavab verməli olduğu 3 sual

İşinizi tərk etməli olduğunuzu göstərən 10 əlamət

Gürcüstandan Azərbaycana gətirilən toyuq əti yararsız çıxıb

Bakıdakı universitetləri hansı şəhərlərə köçürmək olar?

Müsahibəyə getdiyimiz şirkəti necə araşdırmalıyıq?

“Xaqani” bağı belə olacaq (FOTO)

Birinci vitse-prezident seçkilərə qədər İran Prezidentinin səlahiyyətlərini icra edəcək

Mərkəzi Bankda yeni təyinat

Mərkəzi Bankda yeni təyinat

Bitcoin və Etherium bahalaşıb - Kriptovalyutaların qiymətləri

Bakının iki qəsəbəsində qaz olmayacaq

Tehran Fond Birjası İbrahim Rəisinin ölüm xəbərindən sonra fəaliyyətini dayandırıb

"Azerspace-1" peykinin sığortası bu şirkətə həvalə edilir - 1,5 milyon manat ödəniləcək

Çin uçan avtomobilin satış tarixini AÇIQLADI

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin