BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8497
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1603
10070

“Xəzər adaları” “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin balansına keçdikdən sonra layihənin gələcək fəaliyyət istiqaməti və tələb olunan investisiyaların araşdırılmasına başlanılıb.

Valyuta.Az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq ASC-dən məlumat verilib.

Məlumatda bildirilib ki, bununla yanaşı özəl investorların layihəyə cəlb olunması məqsədilə bir sıra xarici investorlarla danışıqlara başlanılıb və müzakirələr aparılıb.

“Layihə haqqında müəyyən məlumatlar investorlara təqdim olunub, lakin mövcud pandemiya şəraiti işlərin gedişatına müəyyən mənfi təsir göstərib. Belə ki, investorların Azərbaycana gələrək əraziyə yerində baxış keçirməsində pandemiya səbəbi ilə əlaqədar müəyyən çətinliklər yaranıb”.

Qeyd edilib ki, bu problemlər aradan qaldırıldıqdan sonra investorlarla danışıqlar davam etdiriləcək və görüşlər təşkil edilərək, əraziyə baxış keçiriləcək.

Əlavə olaraq bildirilib ki, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı ardıcıl tədbirlərin davamı kimi, Təhvil-Təslim Komissiyasının 10 aprel 2019-cu il tarixli 21 saylı qərarı ilə “Avesta Konserni” MMC-yə məxsus olmuş, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsinin şimal-şərq hissəsində 500 hektar torpaq sahəsinin istifadə hüququ və onun üzərində yerləşən inşası başa çatmamış tikililər (“Yeni şəhər” kompleksi) “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin balansına verilib.

Xatırladaq ki, “Xəzər adaları” hazırda tikintisi ləğv edilib, Bakıdan 25 km cənubda yerləşən, 41 adadan ibarət və 3 min hektar sahəni əhatə edəcək süni arxipelaq şəhəri kimi nəzərdə tutulub.

Layihə “Avesta” şirkətinin təşəbbüsü nəticəsində ortaya qoyulub. Dəyəri 100 milyard dolları təşkil edirdi. Burada 1 milyon nəfərin yaşaması üçün şəhər salınması planlaşdırılırdı. Eləcə də 150 məktəb, 50 xəstəxana, bir neçə park, ticarət mərkəzləri, mədəniyyət mərkəzləri, institut kampusları, Formula-1 trası və “Azerbaijan Tower”ın (Azərbaycan qülləsi‎) tikilməsi nəzərdə tutulurdu. Layihənin 2020-2025-ci illərdə başa çatması gözlənilirdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Xamis Seyranova vəzifə verildi

Bizneslərdə marketinqin cavab verməli olduğu 3 sual

İşinizi tərk etməli olduğunuzu göstərən 10 əlamət

Gürcüstandan Azərbaycana gətirilən toyuq əti yararsız çıxıb

Bakıdakı universitetləri hansı şəhərlərə köçürmək olar?

Müsahibəyə getdiyimiz şirkəti necə araşdırmalıyıq?

“Xaqani” bağı belə olacaq (FOTO)

Birinci vitse-prezident seçkilərə qədər İran Prezidentinin səlahiyyətlərini icra edəcək

Mərkəzi Bankda yeni təyinat

Mərkəzi Bankda yeni təyinat

Bitcoin və Etherium bahalaşıb - Kriptovalyutaların qiymətləri

Bakının iki qəsəbəsində qaz olmayacaq

Tehran Fond Birjası İbrahim Rəisinin ölüm xəbərindən sonra fəaliyyətini dayandırıb

"Azerspace-1" peykinin sığortası bu şirkətə həvalə edilir - 1,5 milyon manat ödəniləcək

Çin uçan avtomobilin satış tarixini AÇIQLADI

Avro bahalaşdı - Məzənnə

Bu gündən Bakıdakı əsas körpülərdən biri BAĞLANIR

Lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır

İranın Qırmızı Aypara Cəmiyyəti: Prezident və helikopterin bütün sərnişinləri həlak olub

İrsi ürək xəstəliyi olan insanlar üçün idman təhlükəsizdirmi?

Yanvar-martda daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı açıqlanıb

Z nəsli Y nəslindən daha çox maliyyə çətinlikləri yaşayır - ARAŞDIRMA

Ölkəmizdə elektromobillərin sayı artır - AÇIQLAMA

Dövlət sektorunda işçilərin sayı azalıb – RƏQƏMLƏR

İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi

Övladlığa verilən uşaqların sayı açıqlandı

“ChatGPT” insanların görünüşünə də şərh verəcək

Bank kartına bilinməyən hesabdan pul köçürüləndə nə etməliyik?

İpoteka ilə mənzil alınarkən ƏDV-nin bir hissəsinin geri qaytarılması qaydası necədir?

Əhalinin ticarət şəbəkələrində xərclədiyi vəsaitin məbləği açıqlanıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin