BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8497
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1603
9245

Son vaxtlar İnternetdə yeni sosial şəbəkə - yalnız dəvətnamə ilə giriş əldə edilə bilən səsli söhbət xidməti – “Clubhouse” haqqında çoxsaylı müzakirələr aparılır. 

Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov Valyuta.az-a açıqlamasında, bu tətbiqin təhlükəsizlik risklərindən danışıb. 

Onun sözlərinə görə, “Clubhouse” müxtəlif mövzularda səsli çıxışlar üçün otaqlar yaratmağa imkan verən bir tətbiqdir: 

“Bu sosial şəbəkədə qeydiyyatdan keçmiş iştirakçılar sadəcə söhbətləri dinləmək və ya özünü söhbətin bir hissəsi kimi hiss etmək üçün onlara qoşula bilərlər. Təəssüf ki, kiber cinayətkarlar artıq xidmət ətrafında yaranmış ajiotajdan istifadə etməyə başlayıblar və hələ beta sınaq mərhələsində olan tətbiqin özü də mükəmməl deyil”. 

“Clubhouse” tətbiqinin hələ Android-də mövcud olmadığını deyən mütəxəssis diqqətə çatdırıb ki, bunu xatırlamaq və hətta rəsmi tətbiq mağazalarında yerləşdirilə biləcək saxta tətbiqlərə etibar etməmək lazımdır:

“Fevral ayından etibarən tədqiqatçılar tətbiqdə bir neçə məxfilik problemi barədə məlumat təqdim ediblər. Tətbiq müəllifləri səhvləri düzəltməyə söz veriblər, lakin özlərinin də davamlı olaraq meydana çıxa biləcəyini etiraf etdikləri neçə proqram boşluğunun hələ də qaldığını söyləmək çətindir. İstifadəçilər yalnız ictimaiyyətə açıq şəkildə yayımlamağa hazır olduqları məlumatları paylaşa biləcəklərini yadda saxlamalıdır”. 

Onun sözlərinə görə, tətbiqdə qeydiyyatdan keçdikdən sonra sizdən kontakt siyahısına giriş təmin etməyiniz istəniləcək: 

“Bunu etmək elə də vacib deyil, amma kimi isə sosial şəbəkəyə dəvət etmək istəsəniz, bunu etməyə məcbur olacaqsınız. Bununla da, tətbiq müəllifləri bu cür məlumatları hər hansı bir podratçıdan tutmuş marketinq qurumlarına və hüquq-mühafizə orqanlarına qədər çox geniş olan üçüncü tərəf dairəsinə ötürmək hüququnu məxfilik siyasətinin bir hissəsi olaraq özündə saxlayır”. 

M.Məmmədov, “Clubhouse”da tam hüquqlu bir hesab təsdiqlənməsi imkanının olmadığını da diqqətə çatdırıb: 

“İstənilən şəxs özünü tanınmış biri kimi göstərə bilər. Belə hallar zərərsiz görünə bilər, amma bu problemin daha da ciddiləşməyəcəyi anlamına gəlmir. Kiber cinayətkarlar uzun müddətdir ki, məşhurların həm gerçək, həm də saxta hesablarını öz məqsədləri üçün istifadə edirlər - məsələn, onların adından saxta viktorinalar keçirirlər. Ona görə də ayıq-sayıq olmaq vacibdir. Hətta əgər bir tanışınız belə cəlbedici bir layihədə iştirak etməyi təklif edirsə, onu başqa mənbələrdən yoxlamaq daha yaxşı olar". 

Ekspert sonda, “Qorunmaya diqqət yetirin - Android üçün “Clubhouse” adı altında gizlənmiş zərərli proqram təminatının cihazınıza daxil olmasına imkan verməyəcək etibarlı bir təhlükəsizlik həllini quraşdırın” – deyə xüsusi vurğulayıb.

Zeynəb Vəkil

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Xaricə şəkər satışından gəlirimiz 5 milyon dollar azalıb

Cəbrayılın dörd kəndinə birinci mərhələdə 3 min 193 sakin köçürüləcək

Kapital Bank-ın nağd kredit lotereyasının 1-ci tirajının qalibləri bəlli oldu ®

Cavanşir körpüsünün sökülməsi ilə bağlı iki avtobusun hərəkəti dəyişdirilib, parklanma yerləri ləğv edilib

Cavanşir körpüsünün sökülməsi ilə bağlı iki avtobusun hərəkəti dəyişdirilib, parklanma yerləri ləğv edilib

Beynəlxalq İnsan Resursları Günüdür – Onlar şirkətlər üçün niyə bu qədər əhəmiyyətlidir?

Xocalıya qayıdacaq sakinlərə hansı sürprizlər hazırlanır? (VİDEO)

40 min manat mayası olan ASC ləğv olunur

Azərbaycanda bir sıra bankların depozit portfeli azalıb – Siyahı

Sabah Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq

Pərakəndə satış təşkil edən sahibkar kassa aparatı quraşdırmalıdır?

Gümüş istehsalında 20 faizlik azalma – Rəqəmlər

Xamis Seyranova vəzifə verildi

Bizneslərdə marketinqin cavab verməli olduğu 3 sual

İşinizi tərk etməli olduğunuzu göstərən 10 əlamət

Gürcüstandan Azərbaycana gətirilən toyuq əti yararsız çıxıb

Bakıdakı universitetləri hansı şəhərlərə köçürmək olar?

Müsahibəyə getdiyimiz şirkəti necə araşdırmalıyıq?

“Xaqani” bağı belə olacaq (FOTO)

Birinci vitse-prezident seçkilərə qədər İran Prezidentinin səlahiyyətlərini icra edəcək

Mərkəzi Bankda yeni təyinat

Mərkəzi Bankda yeni təyinat

Bitcoin və Etherium bahalaşıb - Kriptovalyutaların qiymətləri

Bakının iki qəsəbəsində qaz olmayacaq

Tehran Fond Birjası İbrahim Rəisinin ölüm xəbərindən sonra fəaliyyətini dayandırıb

"Azerspace-1" peykinin sığortası bu şirkətə həvalə edilir - 1,5 milyon manat ödəniləcək

Çin uçan avtomobilin satış tarixini AÇIQLADI

Avro bahalaşdı - Məzənnə

Bu gündən Bakıdakı əsas körpülərdən biri BAĞLANIR

Lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır

İranın Qırmızı Aypara Cəmiyyəti: Prezident və helikopterin bütün sərnişinləri həlak olub

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin