BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8497
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1603
8568

İqtisadçı Natiq Cəfərli: "təbii ki, rüsum artarsa, qiymətlər də artacaq"

Azərbaycanda avtomobil parkın yenilənməsi ilə bağlı layihələr müzakirə olunur.
“Azərbaycanda Xarici Ticarətin Gömrük Statistikası” adlı konfransda çıxış edərkən Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev bildirib ki, müzakirə mövzusu yeni nəqliyyat vasitələrinin gömrük rüsumlarının aşağı salınması və ya alternativ nəqliyyat vasitələrinə, xüsusilə də söhbət benzinlə işləməyən digər nəqliyyat vasitələrinə üstünlük verilməsi ilə bağlı layihələrdən gedir.

"Burada istehsalı 5 ildən yuxarı olan nəqliyyat vasitələrinin ölkəyə gətirilməməsi və ya gətirilərsə belə, onlara olan vergi rüsumlarının artırılmasından gedir ki, köhnə avtomobillərin idxal ehtimalı az olsun",- deyə komitə sədri bildirib.

Valyuta.az xəbər verir ki, iqtisadçı Natiq Cəfərli Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, təbii ki, rüsum artarsa, qiymətlər də artacaq. Onun fikrincə, bu sahədə “zopa siyasətinə” son qoyulmalı və stimullaşdırıcı tədbirlərə üstünlük verilməlidir.

“Burada sitimullaşdırıcı addımlar olmalıdır. İllərdir biz təklif edirik ki, əgər ölkənin avtomobil parkının yenilənməsini istəyirsinizsə, ekologiya ilə bağlı məsələ sizi doğrudan da narahat edirsə, hibrid, elektrik avtomobillərinin sıfır vergi ilə ölkəyə daxil olmasına imkan verin. Belə olan zaman həmin qaydalar effekli ola bilər.

Bu praktika bir çox ölkələrdə var. Amma paralel olaraq hibrid, elektrik avtomobillərinin sıfır rüsum və sıfır vergi ilə ölkəyə gətirilməsinə icazə verilməlidir. Belə bir stimullaşdırıcı qərar qəbul olunarsa, o zaman, Azərbaycanda avtoparkın yenilənməsi, müasirləşməsi, ekoloji standartlara cavab verməsi asanlaşar. Əgər doğrudan da hökumətin və Gömrük Komitəsinin əsas hədəfi ekoloji problemlərdirsə, bunun həlli üçün paralel addımlar atılmalıdır”.

İqtisadçının sözlərinə görə, köhnə maşınların rüsumunu qaldırmaq bunun həll yolu deyil.

“Bu zaman avtopark yenidən köhnələcək. Bu günə qədər xarab olub həyətlərdə qalmış maşınları insanlar düzəldəcəklər. Nəticədə daha köhnə, təhlükəli maşınlar yollara qayıdacaq. Bu qərarın başqa nəticə verəcəyini düşünmürəm. Nə qədər çox bahalaşma olacaqsa, insanlar bir o qədər köhnə maşınlara yönələcək. Rüsum artacaqsa, daha köhnə və ucuz maşınları ölkəyə gətirməyə çalışacaqlar. Bu da ölkə avtoparkının daha da korlanmasına, ekoloji problemlərin artmasına səbəb olacaq. Lakin bu qərarla yanaşı hibrid, elektrik avtomobillərinin vergi və rüsumu sıfıra endirilərsə, o zaman bunun effektini görəcəyik.  Bir neçə ilə Azərbaycanda hibrid, elektrik avtomobillərinin sayı artacaq və ekoloji problemlərin həllində də ciddi irəliləyişə nail olacağıq”,- deyə bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Pərakəndə satış təşkil edən sahibkar kassa aparatı quraşdırmalıdırmı?

Gümüş istehsalında 20 faizlik azalma – Rəqəmlər

Xamis Seyranova vəzifə verildi

Bizneslərdə marketinqin cavab verməli olduğu 3 sual

İşinizi tərk etməli olduğunuzu göstərən 10 əlamət

Gürcüstandan Azərbaycana gətirilən toyuq əti yararsız çıxıb

Bakıdakı universitetləri hansı şəhərlərə köçürmək olar?

Müsahibəyə getdiyimiz şirkəti necə araşdırmalıyıq?

“Xaqani” bağı belə olacaq (FOTO)

Birinci vitse-prezident seçkilərə qədər İran Prezidentinin səlahiyyətlərini icra edəcək

Mərkəzi Bankda yeni təyinat

Mərkəzi Bankda yeni təyinat

Bitcoin və Etherium bahalaşıb - Kriptovalyutaların qiymətləri

Bakının iki qəsəbəsində qaz olmayacaq

Tehran Fond Birjası İbrahim Rəisinin ölüm xəbərindən sonra fəaliyyətini dayandırıb

"Azerspace-1" peykinin sığortası bu şirkətə həvalə edilir - 1,5 milyon manat ödəniləcək

Çin uçan avtomobilin satış tarixini AÇIQLADI

Avro bahalaşdı - Məzənnə

Bu gündən Bakıdakı əsas körpülərdən biri BAĞLANIR

Lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır

İranın Qırmızı Aypara Cəmiyyəti: Prezident və helikopterin bütün sərnişinləri həlak olub

İrsi ürək xəstəliyi olan insanlar üçün idman təhlükəsizdirmi?

Yanvar-martda daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı açıqlanıb

Z nəsli Y nəslindən daha çox maliyyə çətinlikləri yaşayır - ARAŞDIRMA

Ölkəmizdə elektromobillərin sayı artır - AÇIQLAMA

Dövlət sektorunda işçilərin sayı azalıb – RƏQƏMLƏR

İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi

Övladlığa verilən uşaqların sayı açıqlandı

“ChatGPT” insanların görünüşünə də şərh verəcək

Bank kartına bilinməyən hesabdan pul köçürüləndə nə etməliyik?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin