BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8497
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1603
8528

ABŞ və Böyük Britaniya Rusiyanın kimyəvi silahdan istifadəsi ilə əlaqədar bu ölkə barəsində əlavə sanksiyaların tətbiqinin imkanını müzakirə edir.

Bu barədə mənbələrə istinadən “Bloomberg” bildirib.

Agentliyin məlumatına görə, rəsmi Vaşinqton və London Rusiya biznesmenlərinə qarşı məhdudiyyətlərdən sanksiyaların müxtəlif variantlarına qədər imkanlarını nəzərdən keçirir.

Mənbələr qeyd edir ki, Britaniya Kimyəvi Silahların Qadağan olunması Təşkilatı (OPCW) vasitəsi ilə hərəkət edərək təşkilatı Moskvaya təzyiq göstərməyə çağıracaq.

Agentliyə bildirilib ki, ABŞ kimyəvi silah istifadədən imtina edəcəyinə dair zəmanətə razı olmadığı və ya kimyəvi silahların güman edildiyi obyektlərə girişə razılıq verməyəcəyi təqdirdə Rusiya Federasiyasına qarşı ikinci, daha geniş sanksiyalar paketi tətbiq etmək niyyətindədir.

Martın 2-də Avropa Birliyi və ABŞ Aleksey Navalnı işi ilə bağlı Rusiyaya qarşı sanksiyalar tətbiq edib. Sonra Birləşmiş Ştatların Ticarət Nazirliyi sanksiyalar siyahısına düşmüş təşkilatların siyahısını yayıb.

ABŞ-ın sanksiyalar siyahısına Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov, Cəzaların İcrası Federal Xidmətinin rəhbəri Aleksandr Kalaşnikov, baş prokuror İqor Krasnov, müdafiə nazirinin müavini Pavel Popov, müdafiə nazirinin digər müavini Aleksey Krivoruçko, Kreml Administrasiyası rəhbərinin birinci müavini Sergey Kirienko və Kremlin Daxili Siyasət İdarəsinin rəhbəri Andrey Yarinin adları salınıb.

//Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Lifttəmir” İstehsalat Birliyində nöqsanlar aşkarlanıb

Ağdamda subartezian quyularının bərpasına başlanılır

Kredit götürən şəxs dünyasını dəyişərsə, vərəsələri hansı halda borcu qaytarmaya bilər?

Yağış sahələrə ziyan vurdu – Çiyələyin qiyməti bahalaşdı

Xaricə şəkər satışından gəlirimiz 5 milyon dollar azalıb

Cəbrayılın dörd kəndinə birinci mərhələdə 3 min 193 sakin köçürüləcək

Kapital Bank-ın nağd kredit lotereyasının 1-ci tirajının qalibləri bəlli oldu ®

Cavanşir körpüsünün sökülməsi ilə bağlı iki avtobusun hərəkəti dəyişdirilib, parklanma yerləri ləğv edilib

Cavanşir körpüsünün sökülməsi ilə bağlı iki avtobusun hərəkəti dəyişdirilib, parklanma yerləri ləğv edilib

Beynəlxalq İnsan Resursları Günüdür – Onlar şirkətlər üçün niyə bu qədər əhəmiyyətlidir?

Xocalıya qayıdacaq sakinlərə hansı sürprizlər hazırlanır? (VİDEO)

40 min manat mayası olan ASC ləğv olunur

Azərbaycanda bir sıra bankların depozit portfeli azalıb – Siyahı

Sabah Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq

Pərakəndə satış təşkil edən sahibkar kassa aparatı quraşdırmalıdır?

Gümüş istehsalında 20 faizlik azalma – Rəqəmlər

Xamis Seyranova vəzifə verildi

Bizneslərdə marketinqin cavab verməli olduğu 3 sual

İşinizi tərk etməli olduğunuzu göstərən 10 əlamət

Gürcüstandan Azərbaycana gətirilən toyuq əti yararsız çıxıb

Bakıdakı universitetləri hansı şəhərlərə köçürmək olar?

Müsahibəyə getdiyimiz şirkəti necə araşdırmalıyıq?

“Xaqani” bağı belə olacaq (FOTO)

Birinci vitse-prezident seçkilərə qədər İran Prezidentinin səlahiyyətlərini icra edəcək

Mərkəzi Bankda yeni təyinat

Mərkəzi Bankda yeni təyinat

Bitcoin və Etherium bahalaşıb - Kriptovalyutaların qiymətləri

Bakının iki qəsəbəsində qaz olmayacaq

Tehran Fond Birjası İbrahim Rəisinin ölüm xəbərindən sonra fəaliyyətini dayandırıb

"Azerspace-1" peykinin sığortası bu şirkətə həvalə edilir - 1,5 milyon manat ödəniləcək

Çin uçan avtomobilin satış tarixini AÇIQLADI

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin