BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8497
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1603
8429

"Yanvar-fevral ayları ərzində vergi və dövlət sosial sığorta ödənişləri üzrə daxilolmaların proqnozdan xeyli çox olması kölgə iqtisadiyyatının miqyasının kiçilməsi, şəffaf fəaliyyət göstərən müəssisə və təşkilatların sayının artması ilə bağlıdır”. 

Bunu, cari ilin yanvar-fevral aylarında vergi və dövlət sosial sığorta ödənişlərinin həcminin artması səbəblərini saytımıza şərh edən İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Ruslan Atakişiyev bildirib. 

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Facebook” "Twitter" hesabında ilk 2 ayda daxil olan vergi və dövlət sosial sığorta ödənişləri ilə bağlı paylaşım edib. Nazir bildirib ki, ilkin nəticələr Azərbaycanda biznesin pandemiyadan sonrakı bərpa dövrünə daxil olduğunu göstərir: 

"İlkin məlumata əsasən, vergi daxilolmaları proqnozlara nisbətən 118,7% icra olunub. Qeyri-neft sektorundan əlavə daxilolmalar 84,7 mln. manat təşkil edib".

Bu ilin yanvar-fevral aylarında icbari dövlət sosial sığorta ödənişləri üzrə daxilolmaların əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,8% artdığını da bildirən nazir əlavə edib ki, proqnozdan əlavə daxilolma 65,4 mln. manat təşkil edib.

R.Atakişiyev hesab edir ki, vergilərin və sosial sığorta ödənişlərinin artmasına şəffaflaşdırma böyük kömək edib: 

"Şəffaflaşdırma dövriyyənin genişlənməsinə və vergi, sosial sığorta ödənişlərinin məbləğinin artmasına imkan yaradır. Sahibkarlıq subyektlərinin təxminən 30 faizi qeyri-rəsmi fəaliyyət göstərib, heç bir yerdə qeydiyyatda olmayıb. Yaxud, elə müəssisələr var ki, əməliyyatlarının bir hissəsini rəsmiləşdirir, digər hissəsi qeyri-rəsmi olur. Rəsmiləşdirilməyən hissənin qeydiyyata alınması ilə əlaqədar vergi və sosial sığorta ödənişlərində artım müşahidə edilir. 

Pandemiya dövründə iqtisadiyyatda artım olmasa da, gəlirlərini gizli saxlayanların bir hissəsinin rəsmiləşdirilməsi göstərilərdə müsbət dinamikanın yaranmasına kömək edib”. 

Ekspert icbari ödənişlərdə növbəti aylarda artım dinamikasının davam edəcəyini gözləyir: 

"Həm şəffaflaşdırma istiqamətində aparılan tədbirlər, həm də məhdudiyyətlərin yumşaldılması göstəricilərin yaxşılaşmasına kömək edəcək”. //Sfera.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Mədəniyyət Nazirliyində yeni təyinat

Mədəniyyət Nazirliyində yeni təyinat

“Lifttəmir” İstehsalat Birliyində nöqsanlar aşkarlanıb

Ağdamda subartezian quyularının bərpasına başlanılır

Kredit götürən şəxs dünyasını dəyişərsə, vərəsələri hansı halda borcu qaytarmaya bilər?

Yağış sahələrə ziyan vurdu – Çiyələyin qiyməti bahalaşdı

Xaricə şəkər satışından gəlirimiz 5 milyon dollar azalıb

Cəbrayılın dörd kəndinə birinci mərhələdə 3 min 193 sakin köçürüləcək

Kapital Bank-ın nağd kredit lotereyasının 1-ci tirajının qalibləri bəlli oldu ®

Cavanşir körpüsünün sökülməsi ilə bağlı iki avtobusun hərəkəti dəyişdirilib, parklanma yerləri ləğv edilib

Cavanşir körpüsünün sökülməsi ilə bağlı iki avtobusun hərəkəti dəyişdirilib, parklanma yerləri ləğv edilib

Beynəlxalq İnsan Resursları Günüdür – Onlar şirkətlər üçün niyə bu qədər əhəmiyyətlidir?

Xocalıya qayıdacaq sakinlərə hansı sürprizlər hazırlanır? (VİDEO)

40 min manat mayası olan ASC ləğv olunur

Azərbaycanda bir sıra bankların depozit portfeli azalıb – Siyahı

Sabah Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq

Pərakəndə satış təşkil edən sahibkar kassa aparatı quraşdırmalıdır?

Gümüş istehsalında 20 faizlik azalma – Rəqəmlər

Xamis Seyranova vəzifə verildi

Bizneslərdə marketinqin cavab verməli olduğu 3 sual

İşinizi tərk etməli olduğunuzu göstərən 10 əlamət

Gürcüstandan Azərbaycana gətirilən toyuq əti yararsız çıxıb

Bakıdakı universitetləri hansı şəhərlərə köçürmək olar?

Müsahibəyə getdiyimiz şirkəti necə araşdırmalıyıq?

“Xaqani” bağı belə olacaq (FOTO)

Birinci vitse-prezident seçkilərə qədər İran Prezidentinin səlahiyyətlərini icra edəcək

Mərkəzi Bankda yeni təyinat

Mərkəzi Bankda yeni təyinat

Bitcoin və Etherium bahalaşıb - Kriptovalyutaların qiymətləri

Bakının iki qəsəbəsində qaz olmayacaq

Tehran Fond Birjası İbrahim Rəisinin ölüm xəbərindən sonra fəaliyyətini dayandırıb

"Azerspace-1" peykinin sığortası bu şirkətə həvalə edilir - 1,5 milyon manat ödəniləcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin