BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8497
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1603
7460

Azərbaycanda üçüncü ildir ki, pensiyaçıların sayında azalma müşahidə edilir. İlkin məlumatlara əsasən 2020-ci ildə pensiyaçıların sayı 1,25 milyon nəfər olub ki, bu da 2019-cu illə müqayisədə 20 min nəfər azdır.

Rəsmi məlumatlara görə, pensiyaçıların sayı 2017-ci ilin sonunda 1,318 milyon nəfərə yüksəlib. 2018-ci ilin yekununda pensiyaçıların sayı 1,29 milyon nəfərə, 2019-cu ilin sonunda 1,27 milyona, 2020-ci ilin sonunda 1,25 milyon nəfərə qədər azalıb.

Azərbaycanda ən çox pensiyaçı 2005-ci ilin sonunda olub. Həmin tarixdə 1,399 milyon pensiyaçı var idi.

Bəs, pensiyaçıların sayının azalmasına səbəb nədir və bu dinamika hansı dövrə qədər davam edə bilər?

Sfera.az saytına açıqlama verən İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini, iqtisadçı-ekspert Rövşən Ağayev deyib ki, pensiyaçıların sayının azalması pensiyaçıxma yaşının artırılması ilə bağlıdır.

Ekspert xatırladıb ki, hər il pensiya yaşı 6 ay uzadılır. Belə ki, qanunvericiliyə əsasən 2021-ci ilin iyunun 30-na kimi kişilərdə, 2026-cı ilin ikinci yarısına kimi isə qadınlarda hər il pensiya yaşı 6 ay artırılır.

R.Ağayevin fikrincə bu dəyişiklik pensiya çıxanların sayına təsir edir və gözləyə bilərik ki, 2027-ci ilə qədər pensiyaçıların sayı azalsın.

Amma pensiyaçıların sayına doğum və gözlənilən ömür uzunluğu göstəricilərinin də təsir etdiyini deyən R.Ağayev pensiya çıxanların sayındakı dəyişikliyi proqnozlaşdırmaq üçün bu amillərin nəzərə alınmasının vacib olduğunu vurğulayıb:

"Hazırda qadınlar 62 yaşında pensiyaya çıxır. Bu yaşda olanlar 1959-cu ildə anadan olan şəxslərdir. 2027-ci ildə 1962-ci ildə doğulan qadınlar pensiya çıxacaq. Ola bilər ki, 1959-cu ildə doğulanların sayı azdır, amma 1962-ci ildə doğulanların sayı çoxdur.

Doğulanların sayındakı artım hesabına pensiyaçıların sayında azalma olmaya bilər. Ona görə də 2027-ci ilə qədər pensiyaçıların sayının azalacağına tam əmin olmaq çətindir”.

Ekspert bildirib ki, Azərbaycanda pensiyaçıların ümumi əhaliyə nisbəti baxımından vəziyyət çox yaxşıdır:

"İnkişaf etmiş ölkələrdə pensiyaçıların sayının əhali sayına nisbəti 20-35 faiz intervalında dəyişir. Həmin ölkələrdə uzunömürlülüyün olması və doğumun aşağı olması pensiyaçıların sayını artırır. Azərbaycanda bu göstərici yaxşıdır. Ölkəmizdə əhalinin 12,5 faizi pensiyaçıdır”.

R.Ağayev hesab edir ki, Azərbaycanda pensiyaçıya düşən işləyənlərin sayı baxımından vəziyyət ağırdır:

"Bizdə rəsmi statistikaya əsasən 1,7 milyona yaxın muzdlu işçi var. Hər pensiyaçıya 1,36 işləyən düşür. Bu, çox pis göstəricidir. İnkişaf etmiş ölkələrdə hər pensiyaçıya 3-4 işləyən düşür. Çünki həmin ölkələrdə leqal məşğulluğun səviyyəsi çox yüksəkdir. Azərbaycanda leqal məşğulluqla bağlı vəziyyət kritikdir, hələ də gizli işləyənlərin sayı çoxdur”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Xamis Seyranova vəzifə verildi

Bizneslərdə marketinqin cavab verməli olduğu 3 sual

İşinizi tərk etməli olduğunuzu göstərən 10 əlamət

Gürcüstandan Azərbaycana gətirilən toyuq əti yararsız çıxıb

Bakıdakı universitetləri hansı şəhərlərə köçürmək olar?

Müsahibəyə getdiyimiz şirkəti necə araşdırmalıyıq?

“Xaqani” bağı belə olacaq (FOTO)

Birinci vitse-prezident seçkilərə qədər İran Prezidentinin səlahiyyətlərini icra edəcək

Mərkəzi Bankda yeni təyinat

Mərkəzi Bankda yeni təyinat

Bitcoin və Etherium bahalaşıb - Kriptovalyutaların qiymətləri

Bakının iki qəsəbəsində qaz olmayacaq

Tehran Fond Birjası İbrahim Rəisinin ölüm xəbərindən sonra fəaliyyətini dayandırıb

"Azerspace-1" peykinin sığortası bu şirkətə həvalə edilir - 1,5 milyon manat ödəniləcək

Çin uçan avtomobilin satış tarixini AÇIQLADI

Avro bahalaşdı - Məzənnə

Bu gündən Bakıdakı əsas körpülərdən biri BAĞLANIR

Lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır

İranın Qırmızı Aypara Cəmiyyəti: Prezident və helikopterin bütün sərnişinləri həlak olub

İrsi ürək xəstəliyi olan insanlar üçün idman təhlükəsizdirmi?

Yanvar-martda daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı açıqlanıb

Z nəsli Y nəslindən daha çox maliyyə çətinlikləri yaşayır - ARAŞDIRMA

Ölkəmizdə elektromobillərin sayı artır - AÇIQLAMA

Dövlət sektorunda işçilərin sayı azalıb – RƏQƏMLƏR

İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi

Övladlığa verilən uşaqların sayı açıqlandı

“ChatGPT” insanların görünüşünə də şərh verəcək

Bank kartına bilinməyən hesabdan pul köçürüləndə nə etməliyik?

İpoteka ilə mənzil alınarkən ƏDV-nin bir hissəsinin geri qaytarılması qaydası necədir?

Əhalinin ticarət şəbəkələrində xərclədiyi vəsaitin məbləği açıqlanıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin