BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8497
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1603
7420

Kənd Təsərrüfatı Nazirliyində "Azərbaycan Respublikasında heyvandarlığın inkişafı ilə bağlı 2020-ci ilin yekunları və 2021-ci ildə qarşıda duran vəzifələr” mövzusunda onlayn müşavirə keçirilib. 

Onlayn müşavirədə kənd təsərrüfatı naziri İnam Kərimov, Nazirliyin Aparatı və tabeli qurumlarının əməkdaşları, Heyvandarlıq və Südçülük Assosiasiyalarının rəhbərləri, heyvandarlıq sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələri və sahibkarlar iştirak edib.

Tədbirdə qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biri kimi elan edilib. Bildirilib ki, aqrar sahənin, o cümlədən heyvandarlığın inkişafı üçün dövlət tərəfindən sistemli dəstək tədbirləri həyata keçirilir. Son illərdə dövlət başçısının verdiyi tapşırıqlar, "Azərbaycan Respublikasında 2019-2023-cü illərdə heyvandarlığın inkişaf etdirilməsinə və örüş-otlaq ərazilərinin səmərəli istifadə olunmasına dair Dövlət Proqramı”nın icrası ilə bağlı görülmüş işlər öz bəhrəsini verib.

Həyata keçirilən tədbirlər nəticəsində 2019-cu il ilə müqayisədə 2020-ci ildə heyvandarlıq məhsullarının istehsalında 3,1 faiz artım qeydə alınıb. Ötən il diri çəkidə ət istehsalı 3,1 faiz, süd istehsalı 1,9 faiz, yumurta 4,3 faiz, yun istehsalı 0,2 faiz artıb.

Müşavirədə ölkədə heyvandarlığın inkişafı məqsədilə qarşıya qoyulan vəzifələrə, məhsuldarlığın artırılması üçün həyata keçiriləcək tədbirlərə toxunulub. Tədbirdə  ölkədə heyvandarlığın və örüş-otlaq ərazilərinin mövcud vəziyyəti ilə bağlı fikirlər bölüşülüb, bu istiqamətdə görülmüş işlərlə bağlı hesabatlar dinlənilib. Həmçinin, Ölkə Prezidenti tərəfindən verilən tapşırığa uyğun olaraq işğaldan azad olunmuş rayonlarda heyvandarlıq sahəsinin inkişaf perspektivləri ilə bağlı müzakirələr aparılıb.

Tədbirdə heyvandarlıqda yem təminatı, innovativ yemləndirmənin əhəmiyyəti, heyvanların identikləşdirilməsi, qeydiyyatı və Elektron Məlumat Bazasının yaradılması, seleksiya-damazlıq işlərinin təşkili, heyvanların sığortalanması, ixtisaslaşmış ətlik iribuynuzlu heyvandarlıq təsərrüfatlarının yaradılmasının vacibliyi, yerli genofonda aid olan cinslərin saxlanması və artırılması üzrə kompleks tədbirlərin həyata keçirilməsi, heyvan xəstəliklərinin müalicə və profilaktikası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Müzakirələrin sonunda bu formatda görüşlərin davam etdiriləcəyi bildirilib, qaldırılan məsələlərin operativ həlli üçün müvafiq tapşırıqlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Kredit götürən şəxs dünyasını dəyişərsə, vərəsələri hansı halda borcu qaytarmaya bilər?

Yağış sahələrə ziyan vurdu – Çiyələyin qiyməti bahalaşdı

Xaricə şəkər satışından gəlirimiz 5 milyon dollar azalıb

Cəbrayılın dörd kəndinə birinci mərhələdə 3 min 193 sakin köçürüləcək

Kapital Bank-ın nağd kredit lotereyasının 1-ci tirajının qalibləri bəlli oldu ®

Cavanşir körpüsünün sökülməsi ilə bağlı iki avtobusun hərəkəti dəyişdirilib, parklanma yerləri ləğv edilib

Cavanşir körpüsünün sökülməsi ilə bağlı iki avtobusun hərəkəti dəyişdirilib, parklanma yerləri ləğv edilib

Beynəlxalq İnsan Resursları Günüdür – Onlar şirkətlər üçün niyə bu qədər əhəmiyyətlidir?

Xocalıya qayıdacaq sakinlərə hansı sürprizlər hazırlanır? (VİDEO)

40 min manat mayası olan ASC ləğv olunur

Azərbaycanda bir sıra bankların depozit portfeli azalıb – Siyahı

Sabah Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq

Pərakəndə satış təşkil edən sahibkar kassa aparatı quraşdırmalıdır?

Gümüş istehsalında 20 faizlik azalma – Rəqəmlər

Xamis Seyranova vəzifə verildi

Bizneslərdə marketinqin cavab verməli olduğu 3 sual

İşinizi tərk etməli olduğunuzu göstərən 10 əlamət

Gürcüstandan Azərbaycana gətirilən toyuq əti yararsız çıxıb

Bakıdakı universitetləri hansı şəhərlərə köçürmək olar?

Müsahibəyə getdiyimiz şirkəti necə araşdırmalıyıq?

“Xaqani” bağı belə olacaq (FOTO)

Birinci vitse-prezident seçkilərə qədər İran Prezidentinin səlahiyyətlərini icra edəcək

Mərkəzi Bankda yeni təyinat

Mərkəzi Bankda yeni təyinat

Bitcoin və Etherium bahalaşıb - Kriptovalyutaların qiymətləri

Bakının iki qəsəbəsində qaz olmayacaq

Tehran Fond Birjası İbrahim Rəisinin ölüm xəbərindən sonra fəaliyyətini dayandırıb

"Azerspace-1" peykinin sığortası bu şirkətə həvalə edilir - 1,5 milyon manat ödəniləcək

Çin uçan avtomobilin satış tarixini AÇIQLADI

Avro bahalaşdı - Məzənnə

Bu gündən Bakıdakı əsas körpülərdən biri BAĞLANIR

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin