
26.04.2025 / 16:56
Nazir onu qərargah rəisi təyin etdi
69345
Fövqəladə Hallar Nazirliyində kadr dəyişikliyi olub.
Valyuta.az "Manset.az"a istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəis müavini, polkovnik İntiqam Axundlu həmin xidmətin qərargah rəisi vəzifəsinə təyin olunub.
Qeyd edək ki, xidmətin əvvəlki rəisi, general-leytenant Etibar İsmayılov bir müddət öncə təqaüdə göndərilib. Hazırda onu müvəqqəti olaraq FHN-in Mülki Müdafiə Qoşunlarının “N” saylı hərbi hissəsinin alay komandiri, polkovnik Xaliq Hüseynov əvəz edirdi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.