BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8303
  • 1 Rusiya rublu
    0.0186
  • 1 Türkiyə lirəsi
    0.0526
  • 1 İngiltərə funt sterlinqi
    2.1341
45858

Yeni qaydalara əsasən, artıq yaşı 15 ildən yuxarı olan avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcək. Taksilərlə bağlı yeni qaydaların açıqlanmasından sonra bu sahədə ən çox istifadə edilən "prius”ların qiymətinin kəskin ucuzlaşacağı barədə xəbərlər yayılır. Həmçinin son günlərdə bu maşınların kütləvi şəkildə satışa çıxarıldığı ilə bağlı paylaşımlar artıb. 

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərovun fikrincə, həmin maşınların qiymətlərinin kəskin enməsi halı mövcud deyil: "Prius”lar daha taksi fəaliyyətində istifadə olunmayacaq. Amma bu o demək deyil ki, bu maşınlar dövriyyədən ümumiyyətlə çıxarılır. Onlar ölkə daxilində yenə də istifadə olunacaqlar. Qiymətlərin kəskin enməsi sadəcə bir ajiotajdır. Reallıqda qiymətlərdə kəskin enmələr müşahidə edilmir. Məlum qərardan sonra sahibkarlar çalışırlar ki, istismarda olan nəqliyyat vasitələrini yeniləsinlər. Bu da normal addımdır”. 

E.Cəfərov həmçinin bildirdi ki, kütləvi şəkildə satışların olması avtomobil bazarımıza ciddi təsir göstərməyəcək: "Çünki ölkəmizin avtomobil bazarı çox fəaldır. Qiymətlər də bazar tərəfindən tənzimlənir. Bazarımıza dünyanın müxtəlif ölkələrindən maşınlar gətirilir. Daxildə də avtomobil istehsal olunur. Ona görə sahibkarlar hər hansı problem yaşamayacaqlar”. 

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının direktoru Eyyub Əliyev isə əks fikirdədir: "Bəli, "prius”ları ucuz qiymətə satışa qoyublar. Qısa müddətdə həmin maşınların qiyməti 13-14 min manatdan 8-9 min manata düşüb. Hətta deyə bilərik ki, yeni qaydalar qüvvəyə mindikdə qiymət bəlkə də 4-5 min manat civarında olacaq. Çünki taksi şirkətləri parklarında əsasən standartlara cavab verən avtomobillər olmasını istəyirlər. Ona görə standartlara uyğun olmayan maşınlar satışa çıxarılacaq. Bazarda təklif çox olanda isə qiymətlər ucuzlşaır”. 

E.Əliyevin fikrincə, bundan sonra insanlar yerli istehsal olan maşınlara üstünlük verəcəklər: "Prius” dediyimiz avtomobillər xaricdə istifadəyə yararsız olduğu üçün utilizasiyaya düşüb. Müxtəlif işbazlar da bundan istifadə edərək onları kütləvi şəkildə ölkəmizə gətiriblər. Avtomobil parkımızın 83 faizi köhnə maşınlardan təşkil olunub. Yeni qaydalar avtomobil parkımızın daha tez yenilənməsinə faydalı olacaq. Ümid edirəm ki, bu qərardan sonra daha istifadəyə yararsız maşınları ölkəmizə gətirməzlər. Düşünürəm ki, gələcəkdə yeni avtomobillərə maraq artacaq. Burada daha çox yerli istehsal avtomobillərə tələbatın olacağını müşahidə edə bilərik. Yəni Naxçıvan, Neftçala, Hacıqabulda yığılan avtomobillərə tələbat artacaq”.

Müsahibimizin sözlərinə görə, həm insanlarımız daha ucuz qiymətə avtomobil sahibi olacaq, həm də yerli şirkətlərin satışları artacaq: "Hazırda bu maşınların ucuz qiymətə satışa çıxarılması münasib qiymətə avtomobil əldə etmək istəyən şəxslər üçün sərfəlidir. Onlar daha ucuz qiymətə avtomobil sahibi olacaqlar. Avtomobil bazarımızda müxtəlif qiymətə "ikinci əl” nəqliyyat vasitələri mövcuddur. Xaricdən avtomobillərin rəsmi şəkildə idxalı ilə məşğul olan yerli şirkətlərimizin satışlarında da artımlar müşahidə ediləcək. Qaydalar avtomobil parkımızın yenilənməsi və ekoloji vəziyyətimizin daha da yaxşılaşması üçün zəmin hazırlayacaq”. 

E.Əliyev qeyd etdi ki, insanların yeni elektrikli avtomobillərə artan tələbini nəzərə alaraq müəyyən addımların atılmasına ehtiyac var: "Hazırda ekoloji avtomobillərə - elektrik və hibridlərə ilkin ödəniş 10 və 20 faiz nisbətindədir. Amma doqquz min manata avtomobilini satan şəxs həmin şərtlərə uyğun avtomobil tapa bilməyəcək. İnsanlar məcbur şəkildə yeni avtomobilləri kreditlə əldə edəcəklər. Kredit şərtlərində ilkin ödənişi 50 faiz yox, 15-20 faiz olsa, bu zaman avtomobilini satan şəxslər özlərini yeni maşınla təmin edə bilərlər”.

© Kaspi qəzeti 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycanlı jurnalist Harvardın məzunu oldu (FOTO)

Azərbaycanlı jurnalist Harvardın məzunu oldu (FOTO)

Azərbaycanda bağlanan şərab zavodu açılır?

Həcc ziyarərinə gedən bu şəxslər cərimələnəcək

Azərbaycanda lombarda 1 milyon manat investisiya qoyulub

Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb, Kəlbəcərə dolu düşüb

Türk lirəsi bahalaşdı - Məzənnə

Azərbaycanda bu ilin birinci rübündə gündəlik neft hasilatı göstəricisi açıqlanıb

Bu ərazilərdə qaz olmayacaq

Azərbaycan nefti ucuzlaşdı

Dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub

Avtomobil ehtiyat hissələrinin bahalaşması fonunda usta qiymətləri ucuzlaşıb - Araşdırma - Video

Maradonanın “Qızıl top”u hərraca çıxarılıb

Dünyanın ən varlı insanları hansı şəhərlərdə yaşayırlar? - Siyahı

Bu gün bu ərazilərdə qaz olmayacaq

Onlar 40 il əvvəl Azərbaycanda təhsil alıblar (FOTO)

Bazarlarda soğanın qiyməti ucuzlaşdı– Fermerlər narazıdır + Video

Ermənistan-Azərbaycan sərhədində zəlzələ olub

Ermənistan-Azərbaycan sərhədində zəlzələ olub

Günəşdə 10 güclü alışma baş verib

Kakaonun qiymətindəki kəskin ucuzlaşmanın səbəbi nədir?

ABŞ-dan “Huawei” şirkətinə böyük zərbə

Duma xüsusi hesablarda “xarici agent” müəlliflərinə ödənişləri dondurmağı planlaşdırır

“İstanbul Aptek”də əczaçılıq tələblərini pozan mallar satılıb?

Müdafiə tərəfi “yengəc kralı” Kanın hökmündən apellyasiya şikayəti verdi

Qaradağ Şüşə Zavodu gömrük qaydalarını pozub?

Aİ Rusiya təyyarələrinin uçuşlarına qarşı sanksiyaları sərtləşdirəcək - "Reuters"

“Kino” məhkəməyə verildi

Bu il ən çox satılan smartfonlar açıqlandı (SİYAHI)

Çin rekord sürətlə qızıl almağa davam edir

Dünyada neft bazarında ciddi qıtlıq yaşanır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin