BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8497
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1603
45654

Beynəlxalq Kosmik Stansiyadan (BKS) kosmosa göndərildiyi güman edilən parça ABŞ-ın Florida ştatında bir evin üzərinə düşüb.

Valyuta.az xəbər verir ki, sözügedən evin sahibi Alexandro Otero, ailəsinin yaşadıqlarından danışarkən, həmin vaxt tətildə olduğunu söyləyib. Zərərçəkən, "Onlar inanılmaz bir səs eşitdilər. Az qala oğluma dəyəcəkdi. Parça tavanda və döşəmədə deşik açdı" - deyib.

NASA-nın verdiyi açıqlamada martın səkkizində baş verən hadisə ilə bağlı araşdırmaya başlanıldığı açıqlanıb. NASA sözçüsü Coş Finç, təxminən bir kiloqram ağırlığında olan parçanın haradan gəldiyini müəyyənləşdirmək üçün Floridadakı Kennedi Kosmik Mərkəzində araşdırma apardıqlarını söylədi. Otero martın 15-də “X” hesabı vasitəsilə evin üstünə düşən parçanın şəklini də paylaşıb. Britaniyalı astrofizik Conatan Makdovell bildirib ki, parça BKS-in batareyasını dəyişdirmək üçün istifadə edilən 2,6 tonluq avadanlıqdan qopub düşmüş ola bilər.

EP-9 adlanan akkumulyator paleti BKS-də doqquz tükənmiş batareyadan ibarət idi. Batareyanın dəyişdirilməsindən sonra bu hissələrin idarə olunan şəkildə Yerə qaytarılması planlaşdırılırdı. Bununla belə, bəzi nasazlıqlar səbəbindən batareyalar qrafik üzrə göndərilə bilmədiyi üçün, NASA 2021-ci ilin martında onu orbitdən sərbəst düşməsi üçün BKS-dən ayırıb.
 
Otero, evinə dəyən zərərin ödənilməsi üçün səlahiyyətlilərdən xəbər gözlədiyini bildirdi. Missisipi Universitetindən Mişel Hanlon zərərin ödənilməsi prosesinin mürəkkəb ola biləcəyini deyib. Akademik bildirib ki, həmin hissənin xarici mənşəli olduğu müəyyənləşərsə, dəymiş ziyan istehsalçı ölkə tərəfindən ödənilməlidir. Populyar elmi sayt olan “Ars Technica”nın məlumatına görə, akkumulyatorlar NASA-ya məxsusdur, lakin həmin hissənin BKS-dən ayrılmasına imkan verən mexanizm Yaponiya tərəfindən istehsal edilib.

Elmir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Kapital Bank-ın nağd kredit lotereyasının 1-ci tirajının qalibləri bəlli oldu ®

Cavanşir körpüsünün sökülməsi ilə bağlı iki avtobusun hərəkəti dəyişdirilib, parklanma yerləri ləğv edilib

Cavanşir körpüsünün sökülməsi ilə bağlı iki avtobusun hərəkəti dəyişdirilib, parklanma yerləri ləğv edilib

Beynəlxalq İnsan Resursları Günüdür – Onlar şirkətlər üçün niyə bu qədər əhəmiyyətlidir?

Xocalıya qayıdacaq sakinlərə hansı sürprizlər hazırlanır? (VİDEO)

40 min manat mayası olan ASC ləğv olunur

Azərbaycanda bir sıra bankların depozit portfeli azalıb – Siyahı

Sabah Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq

Pərakəndə satış təşkil edən sahibkar kassa aparatı quraşdırmalıdır?

Gümüş istehsalında 20 faizlik azalma – Rəqəmlər

Xamis Seyranova vəzifə verildi

Bizneslərdə marketinqin cavab verməli olduğu 3 sual

İşinizi tərk etməli olduğunuzu göstərən 10 əlamət

Gürcüstandan Azərbaycana gətirilən toyuq əti yararsız çıxıb

Bakıdakı universitetləri hansı şəhərlərə köçürmək olar?

Müsahibəyə getdiyimiz şirkəti necə araşdırmalıyıq?

“Xaqani” bağı belə olacaq (FOTO)

Birinci vitse-prezident seçkilərə qədər İran Prezidentinin səlahiyyətlərini icra edəcək

Mərkəzi Bankda yeni təyinat

Mərkəzi Bankda yeni təyinat

Bitcoin və Etherium bahalaşıb - Kriptovalyutaların qiymətləri

Bakının iki qəsəbəsində qaz olmayacaq

Tehran Fond Birjası İbrahim Rəisinin ölüm xəbərindən sonra fəaliyyətini dayandırıb

"Azerspace-1" peykinin sığortası bu şirkətə həvalə edilir - 1,5 milyon manat ödəniləcək

Çin uçan avtomobilin satış tarixini AÇIQLADI

Avro bahalaşdı - Məzənnə

Bu gündən Bakıdakı əsas körpülərdən biri BAĞLANIR

Lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır

İranın Qırmızı Aypara Cəmiyyəti: Prezident və helikopterin bütün sərnişinləri həlak olub

İrsi ürək xəstəliyi olan insanlar üçün idman təhlükəsizdirmi?

Yanvar-martda daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı açıqlanıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin