BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8497
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1603
44941

Respublika ərazisində 1000-dən çox mineral bulaq var ki, onların da çox hissəsi dağlıq ərazilərin payına düşür. Buna baxmayaraq, ölkəmizin düzənlik sahəsində mineral bulaqlar da mövcuddur. Salyan rayonu ərazisində olan Babazanlı adlı yüksəklikdəki mineral bulaqlar da müalicəvi xarakter daşıyır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Babazanlı, Babazənən və Babazanan adları ilə tanınan məkan Kür çayının Xəzər dənizinə töküldüyü yerə yaxın ərazidə, hündürlüyü 42 metrə çatan yüksəklikdə yerləşir. Buradakı mineral su mənbələri bir çox xəstəliklərin müalicəsində olduqca faydalıdır. Xüsusilə baş ağrısı, oynaq ağrıları və digər ağrılara qarşı müalicədə bulağın effektli təsiri var. Mineral bulaqların mövcud olduğu yer rayon mərkəzindən 8 kilometrə yaxın məsafədə yerləşir. Həmin bulaqlardan biri də Ayranlıdır.

Tarixçi-tədqiqatçı Sahib Həsənovun sözlərinə görə, neft mənşəli Ayranlı bulağı illərdir yerin təkindən qaynayaraq çıxır. Xüsusilə yay aylarında ərazidə yerləşən digər müalicəvi isti sularda olduğu kimi, Ayranlı bulağa da üz tutanların sayı çox olur. Olduqca müalicəvi əhəmiyyətə malik bulağın suyu baş, oynaq ağrıları, radikulit və digər xəstəliklərə qarşı faydalıdır. Araşdırma və tədqiqat işləri aparılan zaman Ayranlı bulağının kimyəvi tərkibi öyrənilib, çox böyük müalicəvi əhəmiyyəti olduğu təsdiqlənib. Həmçinin alman geoloqu German Vilhelm Abixin XIX əsrin 60-cı illərində Qafqaza səfərindən sonra dərc etdiyi məqalədə də Babazanlı mineral bulaqları haqqında məlumatlar yer alıb. Ərazidə Ayranlı bulağı ilə yanaşı, Şır-şır, İstisu, Kükürdlü su adı ilə tanınan mineral bulaqlarda yerləşir.

Qeyd edək ki, Babazanlı dağlarında hidrogen-sulfidli, metanlı, xloridli və kalsiumlu isti və soyuq mineral su bulaqları var. Uzun müddət davam edən yay fəsli, mülayim isti iqlim şəraiti bu mineral sulardan ilin böyük hissəsində uğurla istifadə etməyə imkan verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Xocalıya qayıdacaq sakinlərə hansı sürprizlər hazırlanır? (VİDEO)

40 min manat mayası olan ASC ləğv olunur

Azərbaycanda bir sıra bankların depozit portfeli azalıb – Siyahı

Sabah Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq

Pərakəndə satış təşkil edən sahibkar kassa aparatı quraşdırmalıdır?

Gümüş istehsalında 20 faizlik azalma – Rəqəmlər

Xamis Seyranova vəzifə verildi

Bizneslərdə marketinqin cavab verməli olduğu 3 sual

İşinizi tərk etməli olduğunuzu göstərən 10 əlamət

Gürcüstandan Azərbaycana gətirilən toyuq əti yararsız çıxıb

Bakıdakı universitetləri hansı şəhərlərə köçürmək olar?

Müsahibəyə getdiyimiz şirkəti necə araşdırmalıyıq?

“Xaqani” bağı belə olacaq (FOTO)

Birinci vitse-prezident seçkilərə qədər İran Prezidentinin səlahiyyətlərini icra edəcək

Mərkəzi Bankda yeni təyinat

Mərkəzi Bankda yeni təyinat

Bitcoin və Etherium bahalaşıb - Kriptovalyutaların qiymətləri

Bakının iki qəsəbəsində qaz olmayacaq

Tehran Fond Birjası İbrahim Rəisinin ölüm xəbərindən sonra fəaliyyətini dayandırıb

"Azerspace-1" peykinin sığortası bu şirkətə həvalə edilir - 1,5 milyon manat ödəniləcək

Çin uçan avtomobilin satış tarixini AÇIQLADI

Avro bahalaşdı - Məzənnə

Bu gündən Bakıdakı əsas körpülərdən biri BAĞLANIR

Lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır

İranın Qırmızı Aypara Cəmiyyəti: Prezident və helikopterin bütün sərnişinləri həlak olub

İrsi ürək xəstəliyi olan insanlar üçün idman təhlükəsizdirmi?

Yanvar-martda daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı açıqlanıb

Z nəsli Y nəslindən daha çox maliyyə çətinlikləri yaşayır - ARAŞDIRMA

Ölkəmizdə elektromobillərin sayı artır - AÇIQLAMA

Dövlət sektorunda işçilərin sayı azalıb – RƏQƏMLƏR

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin