Azərbaycan şirkətləri xaricə satışdan neçə milyon qazanıb?
2024-cü ilin yanvar ayı üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda olan şirkətlər məlum olub.
Valyuta.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın fevral buraxılışına istinadən xəbər verir.
Bildirilib ki, ilk onluqda “MKT İstehsalat Kommersiya” MMC, “My Fruit” MMC, Muradova Sahibə Səlimət qızı, “P-Aqro” MMC, “Soil Boons” MMC, “Ümüd 059” MMC, “EA-Fruits” MMC, “Gözəl Təbiət” MMC, “Binə Aqro” QSC, “STP Global Cable” MMC şirkətləri yer alıblar.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə ARDNŞ-nın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar:
“Azərenerji” ATSC, “Socar Polymer” MMC, “Azəralüminium” MMC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan Hava Yolları” QSC, “İqlim Elmi-İstehsalat Müəssisəsi” MMC.
Bu ixracatçıların reytinqi ilə bağlı məlumatla təqdim olunan infoqrafikalardan tanış ola bilərsiniz.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay