BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
43323

"Ali təhsil müəssisələrinin qarşısında fəaliyyət göstərən dönərxanalarda satılan dönərlərin qiyməti ayranla birlikdə 1 manat 50 qəpikdir. Halbuki nəzərə alaq ki, ayranın öz qiyməti elə 30-40 qəpikdir"
 


Bunu ötən gün deputat Kamilə Əliyeva Milli Məclisin Səhiyyə Komitəsinin iclasında deyib. Həmçinin millət vəkili gənclərimizin qidalarına diqqət yetirmələrini tövsiyyə edib:
 
"Milli Məclisin komitə iclasında səsləndirdiyim fikirlərdə də qeyd etmişdim. Bildirmişdim ki, qanun layihəsində olan dəyişiklikə əlaqədar Universitetlərin qarşısında bir manat əlli qəpiyə dönər satılır. Üstəlik bu qiymətə dönərlərlə birlikdə ayran da təklif olunur. Dönərlərlə birlikdə ayranın qiymətlərini nəzərə alsaq üstəgəl çörəyin arasına ətlə birlikdə dönər üçün istifadə edilən inqredientlərin qiymətini hesablasaq belə çıxır ki, ət tələbələr üçün pulsuz başa gəlir. Bu obyektlər əti hardan neçəyə alırlar ki, dönəri bu qiymətə satırlar? Ətin alınmasına nəzarət varmı, sertifikatlarının olub- olmamasına kim nəzarət edir? Bu məsələləri Milli Məclisdə də qaldırmışdım. Sözügedən  məsələyə aydınlıq gətirilməsi nəzarətin gücləndirilməsi vacibdir. Bu vəzifədə tənzimləmə işlərinin aparılması da qida təhlükəsizliyi agentliyinin üzərinə düşür. 
 
Onu da qeyd edim ki, əsasən bu dönərlərdən şagirdlər və tələbələr istifadə edirlər. Ona görə də bu məsələyə daha çox nəzarət olunmalıdır".

© Moderator.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İrsi ürək xəstəliyi olan insanlar üçün idman təhlükəsizdirmi?

Yanvar-martda daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı açıqlanıb

Z nəsli Y nəslindən daha çox maliyyə çətinlikləri yaşayır - ARAŞDIRMA

Ölkəmizdə elektromobillərin sayı artır - AÇIQLAMA

Dövlət sektorunda işçilərin sayı azalıb – RƏQƏMLƏR

İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi

Övladlığa verilən uşaqların sayı açıqlandı

“ChatGPT” insanların görünüşünə də şərh verəcək

Bank kartına bilinməyən hesabdan pul köçürüləndə nə etməliyik?

İpoteka ilə mənzil alınarkən ƏDV-nin bir hissəsinin geri qaytarılması qaydası necədir?

Əhalinin ticarət şəbəkələrində xərclədiyi vəsaitin məbləği açıqlanıb

Türkiyənin ilk yerli elektromobili gələn il Avropa bazarına çıxarılacaq

Tıxaclı yollar bu avtomobillərin sahiblərini böyük məbləğdə ziyana sala bilər (VİDEO)

Soyuq may ayında qiyməti ilə “isindirən” kafelər: Vəziyyət nə zaman düzələcək? - VİDEO

Bu yolda yarımdairə ləğv edilir (VİDEO)

Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon

Prezident: Bizim energetika sahəsində çox böyük planlarımız var

Bakıda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak etdi

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirildi (YENİLƏNİB)

Sərhəddə İlham Əliyevlə İbrahim Rəisi arasında görüş keçirildi (YENİLƏNİB)

Sabahın hava proqnozu

Təhsil eksperti: "Hər il 10 minə yaxın tələbə diplom ala bilmir"

Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək...

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

İşǝmuzd əməkhaqqının hesablanması qaydası

10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO

Kasıbın maşını olmayacaq?

Bu məhsulun satışından qazandığımız gəlir 16 dəfə azalıb

LinkedIn platformasının tələbələr üçün hansı üstünlükləri var?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin