BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
43138

Son zamanlar geyim mağazalarında endirimlər hədsiz çoxalıb. Hətta kəskin endirim halları da görünür. Məsələn, dəyəri 30-40 manat ətrafında olan məhsulu 10-15 manata kimi endirimlə təklif edən mağazalar var. Bu dərəcədə yüksək endirimi sahibkarlar müxtəlif səbəblərlə əsaslandırırlar. Bəzisi, yeni mövsüm malların gəldiyi, bəzisi də, mağaza bağlandığı üçün ucuz satdığını qeyd edir. Bəs bu kəskin qiymət endirimi geyim mağazalarının gələcəyinə necə təsir edir? Mağazaların yüksək endirim etməsinin səbələri nələrdir?

Bu barədə Valyuta.az-a danışan Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının idarə heyətinin üzvü Elxan Mərdanlı bildirib ki, hər sezon məhsulunun endirimə başlanma tarixi var. Söhbət payız-qış kolleksiyasından gedirsə, Azərbaycan endirimlərə bir az gec başlayır: 
“Ümumi prosedur belədir ki, payız-qış məhsulları əsasən avqust ayının sonlarından etibarən bazara daxil olur. İlk olaraq payız kolleksiyasının bir hissəsi mağazalara gəlir. Bundan sonra payız kolleksiyasının tam forması, daha sonra isə qış kolleksiyasının ön hissəsi və tam hissəsi gəlir. Payız-qış kolleksiyası isə noyabr ayında endirimə daxil olmalıdır. Bu Avropa təcrübəsidir. Avropada insanlar payız-qış geyimlərini öncədən alırlar. Ancaq Avropada olan bayramlarla bizdə olan bayramlar üst-üstə düşmür və əlavə olaraq, bizim insanlar ehtiyacı olan zaman nələrisə əldə etməyi xoşlayırlar. Buna görə də, biz payız kolleksiyasını əsasən sentyabr ayının sonlarından etibarən bazara daxil edirik və endirimlər isə noyabr ayının sonlarından etibarən başlayır. Yəni endirimlərə bir az gec başlanılır. Hazırda mağazaların məhsullarını yüksək endirimə salaraq satmasının səbəbi odur ki, yaz kolleksiyası fevral ayının sonlarından etibarən bazara daxil olmağa başlayır. Mağazalar da payız-qış kolleksiyalarını satıb yeni kolleksiyanı vitrinlərə düzmək istəyir”.

“Sahibkarlar doğru satış strategiyası həyata keçirirlər”

E.Mərdanlı deyir ki, yeni kolleksiya gələn zaman mağazadan köhnə kolleksiyanı çıxarmaq lazımdır: “İnsanlar mağazaya daxil olub orada köhnə kolleksiyanı endirimdə görən zaman yeni kolleksiyanı alma tezliyi aşağı düşür. Artıq bir neçə ildir ki, doğru satış strategiyası həyata keçirilir və dünyada, əsasən də Avropada olan satış strategiyalarını tətbiq etməyə başlayırlar. Yeni kolleksiyalar mağazaya daxil olan zaman yüksək endirimdə olan məhsulları ya mağaza sahibləri satıb bitirirlər, ya da onları depoya yığırlar ki, yeni kolleksiyanı sata bilsinlər”.

“Yeni sezon məhsulları çox tez zamanda endirimli qiymətlərlə satılır”

E.Mərdanlı endirimlərin bir səbəbinin isə geyim sektorunda alıcılıq qabiliyyətinin zəif olmasını qeyd edib:

“Ölkəyə turist axını demək olar ki, yoxdur, yalnız yerli əhaliyə satış həyata keçirilir. Alıcılıq qabiliyyəti nə qədər aşağı düşürsə, alıcıları mağazalara cəlb etmək üçün o qədər də yüksək endirimlər olur. Yeni kolleksiya gələn zaman endirimsiz satış müddəti çox az olur. Çünki alıcılıq qabiliyyəti aşağıdır. Bu səbəbdən, qısa müddət sonra yeni kolleksiyaya endirim tətbiq edirlər”.

“Sahibkarlar sata bilmədiyi geyim məhsullarını geri qaytara bilərlər”

E.Mərdanlı vurğulayıb ki, sahibkarların endirimlə məhsulları satmağa çalışmalarının bir səbəbi də onların əldə qalan məhsulları geri qaytarmaq problemləri yaşamalarıdır: 
“Sahibkarlar mağazada qalan məhsulları çox vaxt endirimə salırlar, amma bu məhsulları aldıqları ölkəyə geri qaytara da bilərlər. Sahibkarlar bu qaytarma prosesində ona görə iştirak etmir ki, qanunvericilik buna böyük problem yaradır. Nazirlər Kabinetinin müvafiq qərarı var ki, müəyyən şərtlərlə geri qaytara bilər. Məsələn, qüsurlu olması və digər bu kimi hallarda qaytara və ödənilən rüsum geri alına bilər. Burada olan digər səbəblərin hamısını qarşılamaq sahibkar üçün mümkün deyil. Sahibkarlar geri qaytaran zaman rüsumlarını geri ala bilməyəcəyi üçün məhsullarını endirimə salır və dəyər-dəyməzə satmağa çalışır”.

“Vergi və rüsumlar hədsiz çoxdur”

Elxan Mərdanlı əlavə edib ki, sahibkarlar məhsulları kəskin endirimlə satan zaman zərər edirlər: 

“Sahibkarlar məhsulları endirimə daxil edən zaman təbii ki, ziyan çəkirlər. Çünki idxal etdikləri geyim məhsulları üçün verdikləri vergi və rüsumlar 40-42 faizə qədər gəlib çıxır. Ona görə, davamlı endirimlərlə işləmək də olmur. Bu hal varsa, müəyyən vaxtdan sonra mağazaların bağlanmasına səbəb olacaq”.

“Əlavə olaraq, xarici elektron mağazaların ölkəyə mal satmasına kifayət qədər şərait yaradılıb. Məsələn, “Trendyol” özü də qeyd edib ki, hər ay Azərbaycana 60 min paket göndərilir. Bu 60 min paketin birini 100 dollardan hesab edən zaman böyük məbləğlər edir. Bunların fiziki olaraq yoxlanılması da çox çətindir, çünki bu qədər paketi gömrükdə yoxlasalar, digər sahibkarların məhsulları aylarla gömrükdə qalar və bu, həqiqətən də yerli sahibkarlara qarşı böyük haqsızlıqdır” – deyə E.Mərdanlı bildirib.

“Yerli sahibkarlar üçün də müəyyən güzəştlər olmalıdır”

E.Mərdanlının sözlərinə görə, vətəndaşlar üçün “Trendyol”dan alınan məhsullara hansısa güzəşt varsa, yerli sahibkarlar üçün müəyyən güzəştlər edilməlidir: “Məsələn, gömrük rüsumlarının azaldılması, ƏDV-nin öncədən alınmaması lazımdır. Hesab edirəm ki, yerli sahibkarları qorumaq, qiymətləri daha da münasib etmək, onların məhsulun maya dəyərini çıxarmaq xatirinə endirimlə satışının qarşısını almaq üçün hökumət mütləq şəkildə sahibkarların ƏDV-nin öncədən ödənilməsinin qarşısını almaqla bağlı qanunvericiliyə dəyişiklik etməlidir”.

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İrsi ürək xəstəliyi olan insanlar üçün idman təhlükəsizdirmi?

Yanvar-martda daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı açıqlanıb

Z nəsli Y nəslindən daha çox maliyyə çətinlikləri yaşayır - ARAŞDIRMA

Ölkəmizdə elektromobillərin sayı artır - AÇIQLAMA

Dövlət sektorunda işçilərin sayı azalıb – RƏQƏMLƏR

İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi

Övladlığa verilən uşaqların sayı açıqlandı

“ChatGPT” insanların görünüşünə də şərh verəcək

Bank kartına bilinməyən hesabdan pul köçürüləndə nə etməliyik?

İpoteka ilə mənzil alınarkən ƏDV-nin bir hissəsinin geri qaytarılması qaydası necədir?

Əhalinin ticarət şəbəkələrində xərclədiyi vəsaitin məbləği açıqlanıb

Türkiyənin ilk yerli elektromobili gələn il Avropa bazarına çıxarılacaq

Tıxaclı yollar bu avtomobillərin sahiblərini böyük məbləğdə ziyana sala bilər (VİDEO)

Soyuq may ayında qiyməti ilə “isindirən” kafelər: Vəziyyət nə zaman düzələcək? - VİDEO

Bu yolda yarımdairə ləğv edilir (VİDEO)

Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon

Prezident: Bizim energetika sahəsində çox böyük planlarımız var

Bakıda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak etdi

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirildi (YENİLƏNİB)

Sərhəddə İlham Əliyevlə İbrahim Rəisi arasında görüş keçirildi (YENİLƏNİB)

Sabahın hava proqnozu

Təhsil eksperti: "Hər il 10 minə yaxın tələbə diplom ala bilmir"

Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək...

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

İşǝmuzd əməkhaqqının hesablanması qaydası

10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO

Kasıbın maşını olmayacaq?

Bu məhsulun satışından qazandığımız gəlir 16 dəfə azalıb

LinkedIn platformasının tələbələr üçün hansı üstünlükləri var?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin