BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8497
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1603
42972

14 yaşında milyonçu olan gənc uğur qazanmasına kömək edən 4 vacib vərdişini paylaşıb.

Valyuta.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Bildirilib ki, Nyu-Yorkda yaşayan argentinalı sahibkar Lukas Roitman hələ 14 yaşında ikən hazırladığı əlavə reallıq proqramı “Airhand” ilə milyonçu olub. 28 yaşlı gənc ABŞ-ın nüfuzlu universitetlərindən biri olan Stanfordda kompüter elmləri üzrə təhsil aldıqdan sonra texnologiya və robototexnika sahəsində təhsilini davam etdirib. Keçən il “Adia Robotics” adlı süni intellektlə dəstəklənən dron şirkətini texnologiya nəhəngi “Apple”a 55 milyon dollara satan sahibkar uğurunda mühüm rol oynayan 4 vərdişini paylaşıb.

1 - Qətiyyətli olun

Roitman, Stanfordda işlədiyi illərdə çətinliklər qarşısında təslim olmamağın vacibliyini başa düşdüyünü qeyd edib. Universitetdə dünya səviyyəsində təhsil alarkən bir çox çətinliklərlə də üzləşdiyini bildirən milyonçu, “Məsələ təkcə çətin anlarda dözümlü qalmaq deyil, həm də belə dövrlərdə inkişaf edib fürsətlərdən istifadə edə bilməkdir" deyib.

2 - Həmişə maraqlarınız olsun

Roitman, hər gün yeni məlumatlar öyrənməyə açıq olmasının onu karyerasında irəli apardığını və texnologiya dünyasında uğurlu olmasına kömək etdiyini bildirib:
“Texnologiya kimi daim inkişaf edən bir sahədə davamlı olaraq yeni şeylər öyrənmək lazımdır. Buna uyğunlaşma motivasiyası da bu impulslardan irəli gəlir”.

3 - Yenilik vacibdir

Texnologiya dünyasında təklif ediləcək unikal bir şeyin olmasının vacibliyinə diqqət çəkən milyonçu bunun gənc investorlara fərqli şəxsiyyət yaratmasına imkan verə biləcəyini ifadə edib:

“Rəqabətli bazarda yalnız innovasiyanız önə çıxa bilər. Gənclərin məlumatlara və bir çox qaynaqlara bənzərsiz çıxışı var. Bunları sınamalı və yeni şeylər öyrənməlidirlər”.

4 - Balans tapın

Roitman, iş və şəxsi həyat balansının müvəffəqiyyət üçün əvəzolunmaz olduğunu ifadə edib. O bildirib ki, gərgin iş qrafikinə baxmayaraq, fortepianoda ifa etməyə, salsa dərslərinə qatılmağa və qayaya dırmanmağa vaxt ayırır.

“Ailəm və dostlarımla keyfiyyətli vaxt keçirmək mənə hərtərəfli həyat sürməyin vacibliyini xatırlatmaqla məni möhkəm saxlayır. Balansı əldə etmək üçün etdiklərinizi sevə-sevə edin” – deyə, gənc milyonçu əlavə edib. 

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Pərakəndə satış təşkil edən sahibkar kassa aparatı quraşdırmalıdırmı?

Gümüş istehsalında 20 faizlik azalma – Rəqəmlər

Xamis Seyranova vəzifə verildi

Bizneslərdə marketinqin cavab verməli olduğu 3 sual

İşinizi tərk etməli olduğunuzu göstərən 10 əlamət

Gürcüstandan Azərbaycana gətirilən toyuq əti yararsız çıxıb

Bakıdakı universitetləri hansı şəhərlərə köçürmək olar?

Müsahibəyə getdiyimiz şirkəti necə araşdırmalıyıq?

“Xaqani” bağı belə olacaq (FOTO)

Birinci vitse-prezident seçkilərə qədər İran Prezidentinin səlahiyyətlərini icra edəcək

Mərkəzi Bankda yeni təyinat

Mərkəzi Bankda yeni təyinat

Bitcoin və Etherium bahalaşıb - Kriptovalyutaların qiymətləri

Bakının iki qəsəbəsində qaz olmayacaq

Tehran Fond Birjası İbrahim Rəisinin ölüm xəbərindən sonra fəaliyyətini dayandırıb

"Azerspace-1" peykinin sığortası bu şirkətə həvalə edilir - 1,5 milyon manat ödəniləcək

Çin uçan avtomobilin satış tarixini AÇIQLADI

Avro bahalaşdı - Məzənnə

Bu gündən Bakıdakı əsas körpülərdən biri BAĞLANIR

Lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır

İranın Qırmızı Aypara Cəmiyyəti: Prezident və helikopterin bütün sərnişinləri həlak olub

İrsi ürək xəstəliyi olan insanlar üçün idman təhlükəsizdirmi?

Yanvar-martda daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı açıqlanıb

Z nəsli Y nəslindən daha çox maliyyə çətinlikləri yaşayır - ARAŞDIRMA

Ölkəmizdə elektromobillərin sayı artır - AÇIQLAMA

Dövlət sektorunda işçilərin sayı azalıb – RƏQƏMLƏR

İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi

Övladlığa verilən uşaqların sayı açıqlandı

“ChatGPT” insanların görünüşünə də şərh verəcək

Bank kartına bilinməyən hesabdan pul köçürüləndə nə etməliyik?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin