BAKU Azərbaycan
19.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
42961

Fevralın 21-də Nizami Kino Mərkəzində İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası və Azərbaycan Türkiyə Özbəkistan İş Adamları Birliyinin tərəfdaşlığı ilə Adalia Agency - nin təşkil etdiyi “Sahibkarlıqda Media” Forumu keçirildi.

Forumun keçirilməsində məqsəd medianın sahibkarlıqda rolunun nə qədər yüksək olduğunu göstərmək, sahibkarlıq ilə media arasında dostluq körpüsünü qurmaq, eyni zamanda yerli sahibkarlar, iş adamları arasında biznes və əməkdaşlıq əlaqələrinin qurulması və ortaq layihələrin icra edilməsinə dəstək idi.

Forumun açılışında ilkin olaraq çıxış edən Milli Məclisin deputatı Aydın Hüseynov bildirib ki, sosial rifahın yüksəldilməsi iqtisadiyyatın digər sahələrinin, xüsusilə sahibkarlığın inkişafından keçir:

“Məlumdur ki, prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan iqtisadi siyasətin başlıca strategiyasında əsas məqsəd Azərbaycan vətəndaşlarının sosial rifahının yüksəldilməsidir. Sosial rifahın yüksəldilməsi iqtisadiyyatın digər sahələrinin, xüsusilə sahibkarlığın inkişafından keçir. Ölkə iqtisadiyyatında sahibkarlıq və onun subyektlərinin hüquqlarının qorunması, onların daha da geniş şəkildə iqtisadiyyatda təmsil olunması istiqamətində çox böyük işlər həyata keçirilir.

Bütün bunlarla yanaşı, media da əsas rola malikdir. Bugünkü medianın təsir dairəsi olduqca genişdir. Azad medianın inkişaf etdirilməsində dövlət dəstəyi daim hiss olunur. Hesab edirəm ki, həm sahibkarlığın, həm də medianın birgə fəaliyyəti daha da effektiv nəticə göstərir. Bütün nəaliyyətlərlə yanaşı, cəmiyyətdəki digər neqativlərin üzə çıxmasında, ictimailəşməsində medianın böyük rolu var. Həm cəmiyyət, həm də iqtisadiyyatımız üçün ən önəmli sahələrdən biridir”.

Millət vəkilinin sözlərinə görə, sahibkarlıq hər hansı fəaliyyəti həyata keçirirsə, media da o işin digər tərəfini işıqlandırır:

“Bu gün təşkil olunan tədbirin mövzusu çox maraqlı olmaqla yanaşı, həm sahibkarları, həm də medianı əhatə edir. Hazırda Azərbaycanda bu istiqamətdə böyük işlər görülür. Hər bir dövlətin inkişafı bilavasitə onun iqtisadiyyatı ilə bağlıdır. İqtisadiyyatı nə qədər güclü olarsa, dövlətlər bir o qədər güclü olar.

Düşünürəm ki, bu gün dünyamızı media idarə edir. Sahibkarlıq hər hansı işi görürsə, media da onun digər tərəfini işıqlandırır. Eyni zamanda, media dövlətin həyata keçiridiyi mühüm layihələr haqqında ictimaiyyəti məlumatlandırır. O mənada bu gün keçirilən tədbiri çox uğurlu hesab edirəm.

Ümumiyyətlə, son günlər davamlı olaraq müxtəlif forumlarda iştirak edirik. Mən keçirilən forumların önəmli və vacib olduğunu düşünürəm. Belə tədbirlər iş adamlarının tanınması və gənclərimizin inkişafı baxımından xüsusi önəm daşıyır. Ən çox diqqəti cəlb edən məsələlərdən biri də bu işlərdə gənclərin fəal olmalarıdır”.

“Adalia Agency”nin təşkilatçılığı ilə həyata keçirilən “Sahibkarlıqda Media” Forumunda çıxış edən layihənin rəhbəri Dilşad Əhədova isə çıxışında “Sahibkarlıqda Media” Forumunun təşkilində məqsəd sahibkarlıq və media subyektlərini bir araya gətirmək olduğunu bildirib:

“Forumun əvvəlindən sonuna kimi bizimlə olduğunuz üşün xüsusi təşəkkürümü bildirirəm. Şirkətimizin adı “Adalia”. Bu, italyan dilində “uğur böcəyi” deməkdir. Biz bu “uğur böcəyinin qanadları ilə gələcəkdə bir çox uğur əldə etmək, əməkdaşlıq etdiyimiz şirkətlərlə çox uzaq ölkələrə “uçmağı” niyyət edirik.

“Sahibkarlıqda Media” Forumunun təşkilində məqsədi daha çox insana çatmaqdır. Gördüyümüz kimi, sahibkarlarla media heç bir vaxt bu qədər birgə olmamışdı. Biz onları bir araya gətirmək qərarına gələrək, onların arasındakı körpüyə az da olsa, “qığılcım” ola bildik”.

Millət vəkili Müşfiq Cəfərov belə bir layihənin həyata keçirilməsinin vacibliyindən danışdı:

"Belə layihələrin həyata keçirilməsi təqdirəlayiq haldır. Təklif edərdim ki, burada üçüncü tərəf kimi tələbələrə də yer verilsin. Onların da müəyyən mənada dəstəyə ehtiyacı var". 

Millət vəkili Ceyhun Məmmədov Medianın cəmiyyətdə rolundan danışdı. Belə bir vacib ünsürün insanların həyatındakı roluna da toxundu: "Medianın cəmiyyətdəki rolu danılmazdır. Təbii ki, hər sahədə olduğu kimi bu sahəyə də dəstək mütləqdir. Belə bir layihənin həyata keçirilməsi ilə alqışa layiqdir".

 

"Adalia" media şirkətinin hazırladığı ölkə iqtisadiyyatının təkmilləşməsi və inkişafını özündə əks etdirən qısa video çarxı nümayiş edildi. 

Daha sonra spikerlər səhnədə yerlərini alaraq çıxış etdilər. 

Müzakirələrdən sonra şirkətin əməkdaşları və öz sahəsində uğur qazanmış, örnək xanımlara mükafatlar təqdim edildi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Birinci vitse-prezident seçkilərə qədər İran Prezidentinin səlahiyyətlərini icra edəcək

Mərkəzi Bankda yeni təyinat

Mərkəzi Bankda yeni təyinat

Bitcoin və Etherium bahalaşıb - Kriptovalyutaların qiymətləri

Bakının iki qəsəbəsində qaz olmayacaq

Tehran Fond Birjası İbrahim Rəisinin ölüm xəbərindən sonra fəaliyyətini dayandırıb

"Azerspace-1" peykinin sığortası bu şirkətə həvalə edilir - 1,5 milyon manat ödəniləcək

Çin uçan avtomobilin satış tarixini AÇIQLADI

Avro bahalaşdı - Məzənnə

Bu gündən Bakıdakı əsas körpülərdən biri BAĞLANIR

Lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır

İranın Qırmızı Aypara Cəmiyyəti: Prezident və helikopterin bütün sərnişinləri həlak olub

İrsi ürək xəstəliyi olan insanlar üçün idman təhlükəsizdirmi?

Yanvar-martda daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı açıqlanıb

Z nəsli Y nəslindən daha çox maliyyə çətinlikləri yaşayır - ARAŞDIRMA

Ölkəmizdə elektromobillərin sayı artır - AÇIQLAMA

Dövlət sektorunda işçilərin sayı azalıb – RƏQƏMLƏR

İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi

Övladlığa verilən uşaqların sayı açıqlandı

“ChatGPT” insanların görünüşünə də şərh verəcək

Bank kartına bilinməyən hesabdan pul köçürüləndə nə etməliyik?

İpoteka ilə mənzil alınarkən ƏDV-nin bir hissəsinin geri qaytarılması qaydası necədir?

Əhalinin ticarət şəbəkələrində xərclədiyi vəsaitin məbləği açıqlanıb

Türkiyənin ilk yerli elektromobili gələn il Avropa bazarına çıxarılacaq

Tıxaclı yollar bu avtomobillərin sahiblərini böyük məbləğdə ziyana sala bilər (VİDEO)

Soyuq may ayında qiyməti ilə “isindirən” kafelər: Vəziyyət nə zaman düzələcək? - VİDEO

Bu yolda yarımdairə ləğv edilir (VİDEO)

Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon

Prezident: Bizim energetika sahəsində çox böyük planlarımız var

Bakıda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak etdi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin