BAKU Azərbaycan
19.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
41395

Mətbuatın yazdığına görə, Xankəndidə fəaliyyət göstərmək istəyən sahibkarlara bir sıra güzəştlər olacaq. Nəzərdə tutulan güzəştlər isə bunlardır: Vergi güzəştləri, sosial güzəştlər, kommunal güzəştlər, 10 il müddətinə vergidən azad olma və s. 

Xankəndilə bağlı sahibkarlar üçün tətbiq edilməsi gözlənilən güzəştlər başa düşüləndir. Ərazinin inkişafı baxımından belə bir addımın atılması vacib elementdir. 

Amma qeyd edək ki, uzun illərdir sahibkarların bölgələrə marağının artırılması vacibliyindən danışılsa da, bu günə qədər iş adamları regionlara investisiya yatırmaq, hansısa bir istehsalat müəssisəsi yaratmağa o qədər də maraq göstərməyiblər. Nəticədə ölkənin iqtisadi potensialının 90 faizindən çoxu Bakı şəhəri və Abşeron yarımadasında cəmləşib. 

Bu mənada Xankəndidə fəaliyyət göstərmək üçün sahibkarlara edilməsi gözlənilən güzəştlərin ölkənin bütün digər bölgələrinə də şamil edilməsi sərmayələrin regionlara doğru axmasına rəvac verə bilərmi?

Valyuta.az-a açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Rəşad Həsənov bildirib ki, sahibkarların regionlara axını üçün güzəştlərin olması vacibdir:

“Bu biznesin tranzaksiya xərclərini azaldar və investisiya repatrasiyasına müsbət təsir göstərər. Amma bununla yanaşı, ilk növbədə Azərbaycanda biznesin dayanıqlığı ilə bağlı vacib mesajlar verilməlidir. Bu xüsusən də mülkiyyətin toxunulmazlığı, məhkəmə institutlarının fəaliyyəti ilə yüz faiz dəstəklənməlidir”. 

Həmsöhbətimiz deyib ki, mülkiyyətə təhlükələr və sərmayə təhlükələri aradan qalxdıqdan sonra, hətta müvafiq təkliflər olmadan belə regionlara investisiyalar axa bilər:

“Regionlar hökumət siyasətinin vacib parametri olmalıdır. Son 30 ildə bu ciddi şəkildə unudulub. Onun nəticəsidir ki, fəsadları da ortadadır. Nəzarət olunmayan daxili urbanizasiya, paytaxt ətrafında yaşayış şərtlərini dözülməz hala gətirib çıxarıb. Regionlar da boşalır”.    

Ramiz
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Müsahibəyə getdiyimiz şirkəti necə araşdırmalıyıq?

“Xaqani” bağı belə olacaq (FOTO)

Birinci vitse-prezident seçkilərə qədər İran Prezidentinin səlahiyyətlərini icra edəcək

Mərkəzi Bankda yeni təyinat

Mərkəzi Bankda yeni təyinat

Bitcoin və Etherium bahalaşıb - Kriptovalyutaların qiymətləri

Bakının iki qəsəbəsində qaz olmayacaq

Tehran Fond Birjası İbrahim Rəisinin ölüm xəbərindən sonra fəaliyyətini dayandırıb

"Azerspace-1" peykinin sığortası bu şirkətə həvalə edilir - 1,5 milyon manat ödəniləcək

Çin uçan avtomobilin satış tarixini AÇIQLADI

Avro bahalaşdı - Məzənnə

Bu gündən Bakıdakı əsas körpülərdən biri BAĞLANIR

Lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır

İranın Qırmızı Aypara Cəmiyyəti: Prezident və helikopterin bütün sərnişinləri həlak olub

İrsi ürək xəstəliyi olan insanlar üçün idman təhlükəsizdirmi?

Yanvar-martda daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı açıqlanıb

Z nəsli Y nəslindən daha çox maliyyə çətinlikləri yaşayır - ARAŞDIRMA

Ölkəmizdə elektromobillərin sayı artır - AÇIQLAMA

Dövlət sektorunda işçilərin sayı azalıb – RƏQƏMLƏR

İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi

Övladlığa verilən uşaqların sayı açıqlandı

“ChatGPT” insanların görünüşünə də şərh verəcək

Bank kartına bilinməyən hesabdan pul köçürüləndə nə etməliyik?

İpoteka ilə mənzil alınarkən ƏDV-nin bir hissəsinin geri qaytarılması qaydası necədir?

Əhalinin ticarət şəbəkələrində xərclədiyi vəsaitin məbləği açıqlanıb

Türkiyənin ilk yerli elektromobili gələn il Avropa bazarına çıxarılacaq

Tıxaclı yollar bu avtomobillərin sahiblərini böyük məbləğdə ziyana sala bilər (VİDEO)

Soyuq may ayında qiyməti ilə “isindirən” kafelər: Vəziyyət nə zaman düzələcək? - VİDEO

Bu yolda yarımdairə ləğv edilir (VİDEO)

Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin