BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
40277

Hazırda dünyada bir çox turizm növləri kimi aqroturizm də inkişaf etməkdədir. 
Daha gənc turizm növü olan aqroturizm kənd təsərrüfatı ilə turizm sektorlarının kəsişməsindən meydana gələn turizm növüdür.
Bu turizm kənd turizminin bir növü olmaqla, turistlərin kənd həyat tərzinə cəlb edilməsinin, eləcə də kənd təsərrüfatı fəaliyyətlərində iştirakının təmin olunması deməkdir.  

Aqroturizm fəaliyyətin müxtəlif variantlarını özündə cəmləşdirir. Məsələn, aroturizmə maraq göstərən turistlər üün onların maraqlarına uyğun turlar təşkil edilir. Məsələn, meyvə yığımını, heyvan yemləməyi, fermada qəlyanaltı etməyi və s.

Bu gün dünyanın bir çox ölkəsində aqroturizm inkişaf etməkdədir. Aqroturizmə isə daha çox yerli turistlər maraq göstərir.

Bundan əlavə qroturizm Avstraliya, Kanada, Amerika Birləşmiş Ştatları və Filippin də daxil olmaqla, dünyanın bir çox ölkəsində artım sənayesi hesab olunur.
Artıq son dövrlər də Azərbaycan da bu turizm növünə maraq artmaqdadır. Ölkənin müxtəlif bölgələrində aqroturizmlə bağlı tədbirlər hazırlanır, turlar təşkil edilir. Məsələn, Göyçayda Nar Festivalı”, Cəlilabadda Çiyələk Festivalı”,  Şamaxıda Üzüm və Şərab Festivalı, “Yaylaq  və s. festivalların keçirilməsinin məqsədi aqroturizm vasitəsi ilə həmin bölgələri yrli və xarici turistlərə tanıtmaqla həmin yerlərə turist axınını artırmaqdır. 

Buna görə də aqroturizmi həm də faydalı turizm sahəsi hesab etmək olar. 

Aqroturizmin rayon və kəndlərə aşağıdakı faydaları var:

Aqroturizm kəndlərin sosial-iqtisadi inkişafına təkan verir;

Əhalinin yeni iş yerləri ilə təmin olunmasına şərait yaradır;

Ərazilərin təbii-iqtisadi potensialından daha səmərəli istifadə edilməsində əhəmiyyətli rol oynayır;

Sosial-mədəni xidmət sahələrinin inkişafına yol açır;

Kənd təsərrüfatının inkişafına töhfə verir;

Ətraf mühitin qorunmasına şərait yaradır;

Mədəni əlaqələrin yaradılması üçün önəmli rol oynayır;

Ənənəvi istehsal/sənətkarlıq sahələrinin qorunub saxlanmasına dəstək verir;

Yerli kulinariya ənənələrinin qorunub saxlanmasına (slow food) yardımçı olur;

Qeyri-maddi irsin qorunub saxlanılmasına töhfə verir;

İstehlakçı bazarında yeni seqmentin yaranmasına dəstək olur;

Qonaqlar üçün nəzərdə tutulmuş turizm məhsullarının və xidmətlərinin şaxələndirilməsini təmin edir.

Bütün sadalanları nəzərə alaraq aqroturizmin faydalılığını artırmaq üçün bölgələrdə bu turizmlə məşğul olmaq itəyən insanlar üçün zaman-zaman maarifləndirmə proqramları hazırlanmalı, onlara bu sahədə bilgilər verilməlidir. Qeyd edək ki, dünyanın bir çox inkişaf etmiş ölkələrinin gəlirlərinin artmasında həm də turizm gəlirlərinin də payı var.

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Tehran Fond Birjası İbrahim Rəisinin ölüm xəbərindən sonra fəaliyyətini dayandırıb

"Azərkosmos" “Azerspace-1” peyki üçün sığortaçı seçib

Çin uçan avtomobilin satış tarixini AÇIQLADI

Avro bahalaşdı - Məzənnə

Bu gündən Bakıdakı əsas körpülərdən biri BAĞLANIR

Lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır

İranın Qırmızı Aypara Cəmiyyəti: Prezident və helikopterin bütün sərnişinləri həlak olub

İrsi ürək xəstəliyi olan insanlar üçün idman təhlükəsizdirmi?

Yanvar-martda daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı açıqlanıb

Z nəsli Y nəslindən daha çox maliyyə çətinlikləri yaşayır - ARAŞDIRMA

Ölkəmizdə elektromobillərin sayı artır - AÇIQLAMA

Dövlət sektorunda işçilərin sayı azalıb – RƏQƏMLƏR

İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi

Övladlığa verilən uşaqların sayı açıqlandı

“ChatGPT” insanların görünüşünə də şərh verəcək

Bank kartına bilinməyən hesabdan pul köçürüləndə nə etməliyik?

İpoteka ilə mənzil alınarkən ƏDV-nin bir hissəsinin geri qaytarılması qaydası necədir?

Əhalinin ticarət şəbəkələrində xərclədiyi vəsaitin məbləği açıqlanıb

Türkiyənin ilk yerli elektromobili gələn il Avropa bazarına çıxarılacaq

Tıxaclı yollar bu avtomobillərin sahiblərini böyük məbləğdə ziyana sala bilər (VİDEO)

Soyuq may ayında qiyməti ilə “isindirən” kafelər: Vəziyyət nə zaman düzələcək? - VİDEO

Bu yolda yarımdairə ləğv edilir (VİDEO)

Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon

Prezident: Bizim energetika sahəsində çox böyük planlarımız var

Bakıda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak etdi

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirildi (YENİLƏNİB)

Sərhəddə İlham Əliyevlə İbrahim Rəisi arasında görüş keçirildi (YENİLƏNİB)

Sabahın hava proqnozu

Təhsil eksperti: "Hər il 10 minə yaxın tələbə diplom ala bilmir"

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin