BAKU Azərbaycan
21.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8257
  • 1 Rusiya rublu
    0.0186
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1225
40254

Ölkədə televiziya tamaşaçıları arasında keçirilən son araşdırmalara əsasən, əhalinin 76 faizi peyk siqnalı vasitəsilə qəbul edilən kanallara baxır, 15 faizi kabel televiziyalarının, 4 faizi isə İPTV abunəçisidir, 3 faizi də yerüstü rəqəmsal yayımlara tamaşa edir.

“Reklam gəlirləri azaldığına görə…”

Valyuta.az Bizim.media-ya istinadən xəbər verir ki, araşdırmanı Rəqəmli və Audiovizual Yayım Sənayesi İctimai Birliyi aparıb. Araşdırma nəticəsində məlum olub ki, hazırkı tendensiya televiziyaların iqtisadi dayanıqlılığına əsaslı şəkildə təsir edir. 

Belə ki, təcili tədbirlər görülməsə, rəsmi yayımlanan telekanallardakı reklam bazarının həcmi 2022-ci ildəki 42 milyon manatdan 2024-2025-ci illərdə 30 milyon manatadək, yəni 28,6 faiz geriləyəcək. İqtisadi imkanları zəif olan televiziyalar da təbii ki, tamaşaçı zövqünü tam oxşaya bilməyəcək. Nəticədə, teletamaşaçıların sayı sürətlə azalacaq. Təsadüfi deyil ki, hazırda insanlar informasiyanı daha çox sosial şəbəkələrdən alırlar. Bu da teletamaşaçıların azalmasının əyani sübutudur.

Televiziyalara maraq niyə azalır?

Məsələ ilə bağlı professor, teletənqidçi Qulu Məhərrəmli bildirib ki, indiki informasiya və sosial platformalar bolluğu şəraitində Azərbaycanda televiziyalara baxanların sayı tədricən azalır:

“Mövcud teleauditoriya günbəgün parçalanır. İnsanlar informasiyaları “Facebook”, “X”, “Instagram” və digər sosial şəbəkələrdən alırlar. Amma bu, televiziyanın dəyərinin itirilməsi anlamına gəlmir. 

Çünki televiziyalar da sosial şəbəkələrin imkanlarından məharətlə istifadə edirlər. Hətta bu sahədə ciddi uğur qazanan televiziyalar var. Məsələn,  İTV, “Xəzər TV”  bu sahədə yaxşı işləyir. AzTV-nin bu sahədə cəhdləri göz qabağındadır. Təsadüfi deyil ki, sosial şəbəkələrdə izləyicisi bir milyona çatan televiziyalarımız var”. 

Qulu Məhərrəmli televiziya marketinqinə də diqqət çəkib:

“Bu anlayış tələb edir ki, televiziya öz məhsullarını təkcə yerüstü və kabel kanalları vasitəsilə deyil, həm də sosial şəbəkələrdə yaysın və çoxlu izləyici toplasın. Ona görə də yeni tələblərə uyğun yeni davranış qaydaları ortaya çıxır. Bu qaydalardan istifadə edən televiziyalar, təbii ki, udur, auditoriyasını genişləndirir. 

Ona görə də düşünmürəm ki, auditoriyanın parçalanması televiziyanı sıradan çıxarır. Yaxşı televiziya verilişinə baxırlar. Sosial şəbəkələrdən istifadə etməyi bacaran televiziyaların hər zaman auditoriyası olacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

NASA, qara dəlikdə səyahətin videosunu yayımlayıb

Azərbaycan neftinin qiyməti cüzi artıb

Bakıda minlərlə sakin sərnişin avtobusu sarıdan əziyyət çəkir - Video

Aprel ayı dünyada bir ilkə imza atıb

Faşizm üzərində qələbədən 79 il ötür

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri

Mütəxəssislər xəbərdarlıq edirlər: Süni intellekt sosial nizamı məhv edə bilər

Dünyanın ən bahalı futbol klubları açıqlandı

Dünyanın ən bahalı futbol klubları açıqlandı

BSU yarım milyona başa gələcək hansı tədbirləri keçirəcək?

Belarus XİN: Qərb sanksiyaların köməyi ilə ölkədə böhran yaratmağa çalışır

"Araş Estetik"dən maddi ziyan tələbi

Alimlər Qırmızı dənizin dibində dəhşətli kəşf etdilər - Ölümcül hovuz

Dünyanın ən güclü superkompüterlərindən biri hərracda satılıb

"Azerstar" MMC-yə protokol tərtib olundu

"Microsoft" ABŞ kəşfiyyatı üçün internetsiz işləyən Al modeli yaratdı

BVF: ABŞ dolları dünya ticarətində dominant mövqeyini qoruyub saxlayır

Gömrük Komitəsindən AAYDA-ya ittiham

İsveçrənin əksər şirkətləri Rusiya ilə işləməyə davam edir

Kosmik Cihazqayırma Təcrübi Zavodu məhkəmə qarşısında

Türkiyə ilə azad ticarət: Ukrayna NK 15 ildir üzərində çalışılan sazişin ratifikasiyasını dəstəklədi

İnşaat şirkətləri arasında lizinq qalmaqalı

Türkiyə-Azərbaycan biznes forumu başlayıb - FOTO

Bakı Sağlamlıq Mərkəzi vətəndaşa maddi ziyan vurub?

"Uber" rüblük zərər açıqladı, səhmləri kəskin ucuzlaşdı

Əfsanəvi "Nokia 3210" rəsmən geri döndü

ABŞ Al sahəsində Çinə qarşı yeni sanksiyalar hazırlayır

İlham Əliyevin COP29-a dəvət məktubu Ərdoğana təqdim olundu

Türkiyənin yeni maliyyə hədəfi - İnflyasiyanı bir rəqəmli səviyyəyə endirmək...

İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirildi (FOTO)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin