BAKU Azərbaycan
19.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
40001

Azərbaycanda bir sıra əkin torpaqları kiçik həcmlidir. Bu torpaqlar 1-2 hektar ərazini əhatə edir. Belə olan təqdirdə isə fermerlər kiçik həcmli torpaqları əkib-becərməkdə maraqlı olmurlar. Bəs 1 hektar ərazi fermer üçün nə qədər gəlir gətirə bilər?

Naxçıvanın sabiq kənd təsərrüfatı naziri, aqrar sahə üzrə ekspert Rəcəb Orucov Valyuta.az-a bildirib ki, Azərbaycanda hər bölgənin özünəməxsus əkin xüsusiyyətləri var: “Mərkəzi Aran bölgəsi üçün verilən əkin proqnozu, Şimal bölgəsi üçün uyğun deyil. Hər iqtisadi zonanın təbii iqlim şəraitinə uyğun olaraq əkinçilik sisteminin qurulması daha məqsədəuyğun olar”.

O deyib ki, Mərkəzi Aran bölgəsi ölkənin əsas məhsullar üzrə istehlakını təqribən 70-75%-ini təmin edir: “Bu bölgə üçün strateji məhsullar daha uyğundur. Mərkəzi Aran bölgəsi üçün ən rentabelli bitkilər şəkər çuğunduru, qarğıdalı, buğda, taxıldır”.

“1 hektardan buğda əkinində dəmyə əkinçiliyində 600 manat, suvarılan sahədə əkilən buğda üçün 1000 manat xərc lazımdır. 1 hektar qarğıdalı əkini üçün çəkilən xərc 1500-1600 manata yaxındır. Şəkər çuğundurunda bu rəqəm 2000-2300 manata yaxındır. Bu bitkilər rentabelli bitkilərdir. Çünki istehlak bazarının tələbini xaricdən idxal hesabına ödəyirik”, ekspert deyib.

R.Orucov hektardan əldə edilən gəlir məsələsinə toxunub: “Taxılda hər hektardan xərci çıxandan sonra 1000-1500 manata yaxın gəlir əldə etmək mümkündür. Qarğıdalıda 1500 manata yaxın xalis gəlir formalaşdırmaq mümkündür. Hektardan 60-70 ton şəkər çuğunduru əldə edilərsə, təqdirdə hər hektardan 2 min manata yaxın xalis gəlir əldə etmək olar”.

O qeyd edib ki, kənd təsərrüfatı təbii iqlim şəraitindən asılı olan sahədir: “Ona görə də hər il hər hektardan fərqli məhsuldarlıq əldə etmək mümkündür”.

Ekspert vurğulayıb ki, bu gün daxili bazarda keyfiyyətli məhsullarla yer tutmaq olar: “Ona görə də bazarın tələbinə uyğun məhsullar seçilməlidir. Məsələn, şəkər çuğunduru rentabelli məhsuldur. Azərbaycanın şəkər çuğunduruna olan tələbi illik 250 min tondan çoxdur. Ümumi istehsalımız bu istehlak tələbinin müəyyən hissəsini ödəyir. Ona görə də bu məhsula kifayət qədər ehtiyac var”.

Ekspert vurğulayıb ki, ölkənin şimal bölgəsi əsasən meyvə əkirlər: “Meyvələrin bəziləri çox illik əkmədir. Məhsuldarlıq bir qədər gec əldə edilir”.

“Fermerlər məhsulu əkməmişdən əvvəldən artıq satış bazarlarını formalaşdırmaları lazımdır. Fermerlərimiz müqavilələrlə işləməyi bacarmalıdırlar”, o əlavə edib.

Nara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Müsahibəyə getdiyimiz şirkəti necə araşdırmalıyıq?

“Xaqani” bağı belə olacaq (FOTO)

Birinci vitse-prezident seçkilərə qədər İran Prezidentinin səlahiyyətlərini icra edəcək

Mərkəzi Bankda yeni təyinat

Mərkəzi Bankda yeni təyinat

Bitcoin və Etherium bahalaşıb - Kriptovalyutaların qiymətləri

Bakının iki qəsəbəsində qaz olmayacaq

Tehran Fond Birjası İbrahim Rəisinin ölüm xəbərindən sonra fəaliyyətini dayandırıb

"Azerspace-1" peykinin sığortası bu şirkətə həvalə edilir - 1,5 milyon manat ödəniləcək

Çin uçan avtomobilin satış tarixini AÇIQLADI

Avro bahalaşdı - Məzənnə

Bu gündən Bakıdakı əsas körpülərdən biri BAĞLANIR

Lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır

İranın Qırmızı Aypara Cəmiyyəti: Prezident və helikopterin bütün sərnişinləri həlak olub

İrsi ürək xəstəliyi olan insanlar üçün idman təhlükəsizdirmi?

Yanvar-martda daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı açıqlanıb

Z nəsli Y nəslindən daha çox maliyyə çətinlikləri yaşayır - ARAŞDIRMA

Ölkəmizdə elektromobillərin sayı artır - AÇIQLAMA

Dövlət sektorunda işçilərin sayı azalıb – RƏQƏMLƏR

İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi

Övladlığa verilən uşaqların sayı açıqlandı

“ChatGPT” insanların görünüşünə də şərh verəcək

Bank kartına bilinməyən hesabdan pul köçürüləndə nə etməliyik?

İpoteka ilə mənzil alınarkən ƏDV-nin bir hissəsinin geri qaytarılması qaydası necədir?

Əhalinin ticarət şəbəkələrində xərclədiyi vəsaitin məbləği açıqlanıb

Türkiyənin ilk yerli elektromobili gələn il Avropa bazarına çıxarılacaq

Tıxaclı yollar bu avtomobillərin sahiblərini böyük məbləğdə ziyana sala bilər (VİDEO)

Soyuq may ayında qiyməti ilə “isindirən” kafelər: Vəziyyət nə zaman düzələcək? - VİDEO

Bu yolda yarımdairə ləğv edilir (VİDEO)

Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin