BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8497
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1603
34238

Biznesə başlayıb yarımçıq qoyan insanlar çoxdur. Təbii ki hər kəsin öz səbəbi olur. Bəs ümumilikdə, bizneslərin yarımçıq qalma səbəbləri nədir? Bəzən bir neçə ay sonra “uğursuz oldu” deyib “təslim olanlar”a deyirlər ki, gərək bir müddət də davam edərdin, gözləyərdin. Bəs uğurlu alınması üçün nə qədər gözləməliyik?

Peşakar idarəçi Fəxri Ağayev Valyuta.az-a açıqlamasında bildirdi ki, biznesin tez dayandırılmasının müxtəlif səbəbləri ola bilər: “Bəzən insan psixoloji baxımdan enişlərə və zərbələrə dözmür və ona görə də işi dayandırır. Yaxud maddi baxımdan “nəfəsi” çatmır və bir müddət zərərlərdən sonra davam etməmək qərarı verir. Yaxud ola bilər ki, insan biznesin əsasını təşkil edən bir neçə mühüm məqamı bilmir və ona görə də böyük və ardıcıl zərərlərlə qarşılaşır. Bir digər önəmli məsələni də  deyim ki, biznesin ilk illərində ən vacib məqam satışdır. Biznesi quran insan satışı bacarmır. Öz işini mükəmməl bilsə belə, satmadığı və sata bilmədiyi təqdirdə biznesini dayandırmaq məcburiyyətində qalır. Daha bir məqam isə müxtəlif dövlət qurumları tərəfindən obyektiv və subyektiv təzyiqlərdir. Biznesi quran insanın səbrinin tükənməsində bunun da rolu var”.

F.Ağayevin sözlərinə görə, biznesin rahat iş olacağını fərz edib öz işini quranlar sonra xəyal qırıqlığına məruz qalırlar: “Biznes göründüyü qədər asan fəaliyyət deyil. Tam tərsi – olduqca mürəkkəb və enişli-yüksəlişli, ağır bir işdir. Biznesin sahibi olmaq o deməkdir ki, insanın heç bir zəmanəti yoxdur. Ay sonunda konkret məbləğdə maaş almayacaq, iş saatı 18.00-da bitmir və o işçiləri kimi evə gedə, istədiyi zaman tətilə çıxa bilmir. Bəli, bu gün rahat yaşayan, gününü rahat keçirən, yüksək gəlir əldə edən sahibkarlar var. Bu adamların uzun illər ərzində əziyyətini görmədən son durumlarını görmək insanları aldadır. Və belə bir fikir yaranır ki, sahibkar ol, öz işini qur və bu insan kimi rahat olacaqsan. Bu, olduqca yanlış düşüncədir”.

Biznesdə uğur qazanmaq üçün nə qədər gözləmək lazım olduğuna gəlincə, F.Ağayev bildirdi: “Gözləmək lazım deyil. Çox aktiv olmaq lazımdır, əsasən də satışda. Mən kiçik sahibkarı bir ovçuya bənzədirəm – hər gün ova çıxmalıdır“, deyə peşakar idarəçi dedi.

Nuray

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Xaricə şəkər satışından gəlirimiz 5 milyon dollar azalıb

Cəbrayılın dörd kəndinə birinci mərhələdə 3 min 193 sakin köçürüləcək

Kapital Bank-ın nağd kredit lotereyasının 1-ci tirajının qalibləri bəlli oldu ®

Cavanşir körpüsünün sökülməsi ilə bağlı iki avtobusun hərəkəti dəyişdirilib, parklanma yerləri ləğv edilib

Cavanşir körpüsünün sökülməsi ilə bağlı iki avtobusun hərəkəti dəyişdirilib, parklanma yerləri ləğv edilib

Beynəlxalq İnsan Resursları Günüdür – Onlar şirkətlər üçün niyə bu qədər əhəmiyyətlidir?

Xocalıya qayıdacaq sakinlərə hansı sürprizlər hazırlanır? (VİDEO)

40 min manat mayası olan ASC ləğv olunur

Azərbaycanda bir sıra bankların depozit portfeli azalıb – Siyahı

Sabah Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq

Pərakəndə satış təşkil edən sahibkar kassa aparatı quraşdırmalıdır?

Gümüş istehsalında 20 faizlik azalma – Rəqəmlər

Xamis Seyranova vəzifə verildi

Bizneslərdə marketinqin cavab verməli olduğu 3 sual

İşinizi tərk etməli olduğunuzu göstərən 10 əlamət

Gürcüstandan Azərbaycana gətirilən toyuq əti yararsız çıxıb

Bakıdakı universitetləri hansı şəhərlərə köçürmək olar?

Müsahibəyə getdiyimiz şirkəti necə araşdırmalıyıq?

“Xaqani” bağı belə olacaq (FOTO)

Birinci vitse-prezident seçkilərə qədər İran Prezidentinin səlahiyyətlərini icra edəcək

Mərkəzi Bankda yeni təyinat

Mərkəzi Bankda yeni təyinat

Bitcoin və Etherium bahalaşıb - Kriptovalyutaların qiymətləri

Bakının iki qəsəbəsində qaz olmayacaq

Tehran Fond Birjası İbrahim Rəisinin ölüm xəbərindən sonra fəaliyyətini dayandırıb

"Azerspace-1" peykinin sığortası bu şirkətə həvalə edilir - 1,5 milyon manat ödəniləcək

Çin uçan avtomobilin satış tarixini AÇIQLADI

Avro bahalaşdı - Məzənnə

Bu gündən Bakıdakı əsas körpülərdən biri BAĞLANIR

Lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır

İranın Qırmızı Aypara Cəmiyyəti: Prezident və helikopterin bütün sərnişinləri həlak olub

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin