BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8497
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1603
30621

“Biz dolların kəskin ucuzlaşması desək də, burda kəskin ucuzlaşmadan söhbət getmir. Son bir neçə ayda cəmi 5-6 faiz ucuzlaşma var”. 

Bu sözləri Valyuta.az-a iqtisadçı Xalid Kərimli dolların ucuzlaşmasının Azərbaycanda idxal-ixraca təsirləri haqqında danışarkən deyib.

İqtisadçı deyir ki, dollar adətən avroya görə müzakirə edilir:

“Son bir ildə dollar avroya nisbətdə bahalaşsa da, sonradan yenidən ucuzlaşdı. Birjada bir-iki aydan sonra nə olacağını isə bilmirik. Buna görə də gündəlik birja dalğalanmalarının idxal və ixraca ciddi təsiri olmur. Çünki sahibkarlar həmişə bunu nəzərə alırlar”. 

Xalid Kərimli deyir ki, Azərbaycan dolların digər valyutalara nisbətdə güclənməməsinin marağındadır:

“Bunun da səbəbləri var. Bizim manat dollara fiksə edilib. Dollar güclənəndə manat güclənir, ucuzlaşanda isə ucuzlaşır. Amma bu birdən-birə iqtisadiyyatın real strukturuna, idxala, ixraca dərhal təsir göstərmir. Dollar davamlı sürətdə ucuzlaşsa, biz idxal-ixracın ucuzlaşmasından danışa bilərik”. 

İqtisadçı bildirir ki, Azərbaycan hökuməti, ixracatçıları, idxalçıları dolların bahalaşmamasında, əksinə tədricən ucuzlaşmasında maraqlıdır:

“Çünki manat dollara fiksə edilib. Bu da ucuzlaşma, iqtisadiyyatın canlanması üçün vacibdir. Amma bir yandan dolların ucuzlaşması idxalı bahalaşdırır və biz də idxaldan asılı ölkə olduğumuz üçün inflyasiyanı artırır. Manatın ilin əvvəlindən real effektiv məzənnəsinə baxsaq, bahalaşdığını görərik. Bunun da səbəbi odur ki, manat dollara fiksə edilib”.
 
Xalid Kərimlinin sözlərinə görə, manatın real effektiv məzənnəsinin bahalaşması infilyasiyanl aşağı salan amildir:

“Düşünürəm ki, bu cür kiçik dövr üçün hər hansı fikir söyləmək mümükün deyil. Ancaq Azərbaycan iqtisadiyyatı üçün yaxşı olar ki, manat yavaş-yavaş ucuzlaşsın. Dolllara bağlı şəkildə ucuzlaşsa, daha yaxşı olar. Çünki Azərbaycanın əsas ixracı dollarla olan neftdir. Bu da manatla gəlirlərin artması deməkdir. Eyni zamanda ixracın ucuzlaşması da imkan verir ki, yerli istehsal daha rahat şəkildə ixrac edə bilsin”.

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Kapital Bank-ın nağd kredit lotereyasının 1-ci tirajının qalibləri bəlli oldu ®

Cavanşir körpüsünün sökülməsi ilə bağlı iki avtobusun hərəkəti dəyişdirilib, parklanma yerləri ləğv edilib

Cavanşir körpüsünün sökülməsi ilə bağlı iki avtobusun hərəkəti dəyişdirilib, parklanma yerləri ləğv edilib

Beynəlxalq İnsan Resursları Günüdür – Onlar şirkətlər üçün niyə bu qədər əhəmiyyətlidir?

Xocalıya qayıdacaq sakinlərə hansı sürprizlər hazırlanır? (VİDEO)

40 min manat mayası olan ASC ləğv olunur

Azərbaycanda bir sıra bankların depozit portfeli azalıb – Siyahı

Sabah Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq

Pərakəndə satış təşkil edən sahibkar kassa aparatı quraşdırmalıdır?

Gümüş istehsalında 20 faizlik azalma – Rəqəmlər

Xamis Seyranova vəzifə verildi

Bizneslərdə marketinqin cavab verməli olduğu 3 sual

İşinizi tərk etməli olduğunuzu göstərən 10 əlamət

Gürcüstandan Azərbaycana gətirilən toyuq əti yararsız çıxıb

Bakıdakı universitetləri hansı şəhərlərə köçürmək olar?

Müsahibəyə getdiyimiz şirkəti necə araşdırmalıyıq?

“Xaqani” bağı belə olacaq (FOTO)

Birinci vitse-prezident seçkilərə qədər İran Prezidentinin səlahiyyətlərini icra edəcək

Mərkəzi Bankda yeni təyinat

Mərkəzi Bankda yeni təyinat

Bitcoin və Etherium bahalaşıb - Kriptovalyutaların qiymətləri

Bakının iki qəsəbəsində qaz olmayacaq

Tehran Fond Birjası İbrahim Rəisinin ölüm xəbərindən sonra fəaliyyətini dayandırıb

"Azerspace-1" peykinin sığortası bu şirkətə həvalə edilir - 1,5 milyon manat ödəniləcək

Çin uçan avtomobilin satış tarixini AÇIQLADI

Avro bahalaşdı - Məzənnə

Bu gündən Bakıdakı əsas körpülərdən biri BAĞLANIR

Lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır

İranın Qırmızı Aypara Cəmiyyəti: Prezident və helikopterin bütün sərnişinləri həlak olub

İrsi ürək xəstəliyi olan insanlar üçün idman təhlükəsizdirmi?

Yanvar-martda daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı açıqlanıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin