BAKU Azərbaycan
22.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8497
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1603
30490

Bu ilin I yarısında Dövlət Neft Fondunun (ARDNF) aktivləri 12 % artaraq iyulun 1-nə 54 milyard 915,1 milyon ABŞ dolları təşkil edib.

Valyuta.az bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, yanvar-iyun aylarında ARDNF-in büdcə gəlirləri 11 milyard 701,4 milyon manat, büdcə xərcləri isə 2 milyard 680,8 milyon manat təşkil edib.

Rüb ərzində Fond neft-qaz sazişlərinin həyata keçirilməsindən 8 milyard 624,3 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 7 milyard 854,6 milyon manat, bonus ödənişlərindən 765,3 milyon manat, tranzitdən 0,8 milyon manat, akrhesabı ödənişlərdən isə 3,6 milyon manat gəlir əldə edib. Qurumun vəsaitlərinin idarə olunmasından gəlirləri isə 3 077,1 milyon manat olub.

Hesabat dövründə ARDNF 2023-cü il büdcəsinin icrası çərçivəsində dövlət büdcəsinə 2 milyard 661 milyon manat vəsait transfert edib, "2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 5,2 milyon manat, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın maliyyələşməsinə 3,6 milyon manat yönəldib, idarəetməyə isə 11 milyon manat xərcləyib.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Fondun büdcədənkənar gəlirləri isə 977,6 milyon manat təşkil edib.

"I yarımildə aktivlərin artımı ARDNF-nin üdcə gəlirlərinin büdcə xərclərini üstələməsi, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olub. Müvafiq dövr ərzində ən yüksək gəlirlilik səhm alt portfelində müşahidə edilib. İlin əvvəlindən iqtisadi canlanma müşahidə olunsa da, sərt monetar siyasətin davam etməsi iqtisadiyyatda yavaşlama riskini artırıb. Eyni zamanda, inflyasiyanın aparıcı mərkəzi bankların hədəf dərəcələrindən hələ də yuxarı olması gələcəkdə faiz dərəcələrin artmasını istisna etmir. Aktivlərin artmasına həm də qızılın qiymətinin qalxması və investisiya portfelinin tərkibində yer alan əsas valyutaların məzənnələrinin ABŞ dollarına qarşı güclənməsi ilə büdcədənkənar gəlirlər töhfə verib", - deyə Fond bəyan edib.


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Qəzalı çoxmərtəbəli binaların söküntüsü niyə gecikir?

"Çudo Peçka"nın dövlətə 157 min manat vergi borcu var

Bu küçədə hərəkət məhdudlaşdırılacaq

Azərbaycan nümayəndə heyəti FAO-nun Avropa Regional Konfransının 34-cü sessiyasında iştirak edib

Azərbaycanda bir nəfərə məxsus dörd şirkət bağlandı

DİN: "İki gündə kartlardan 40 min AZN-ə yaxın pul oğurlanıb"

Xankəndiyə prokuror təyin edilib

Xankəndiyə prokuror təyin edilib

Mədəniyyət Nazirliyində yeni təyinat

Mədəniyyət Nazirliyində yeni təyinat

“Lifttəmir” İstehsalat Birliyində nöqsanlar aşkarlanıb

Ağdamda subartezian quyularının bərpasına başlanılır

Kredit götürən şəxs dünyasını dəyişərsə, vərəsələri hansı halda borcu qaytarmaya bilər?

Yağış sahələrə ziyan vurdu – Çiyələyin qiyməti bahalaşdı

Xaricə şəkər satışından gəlirimiz 5 milyon dollar azalıb

Cəbrayılın dörd kəndinə birinci mərhələdə 3 min 193 sakin köçürüləcək

Kapital Bank-ın nağd kredit lotereyasının 1-ci tirajının qalibləri bəlli oldu ®

Cavanşir körpüsünün sökülməsi ilə bağlı iki avtobusun hərəkəti dəyişdirilib, parklanma yerləri ləğv edilib

Cavanşir körpüsünün sökülməsi ilə bağlı iki avtobusun hərəkəti dəyişdirilib, parklanma yerləri ləğv edilib

Beynəlxalq İnsan Resursları Günüdür – Onlar şirkətlər üçün niyə bu qədər əhəmiyyətlidir?

Xocalıya qayıdacaq sakinlərə hansı sürprizlər hazırlanır? (VİDEO)

40 min manat mayası olan ASC ləğv olunur

Azərbaycanda bir sıra bankların depozit portfeli azalıb – Siyahı

Sabah Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq

Pərakəndə satış təşkil edən sahibkar kassa aparatı quraşdırmalıdır?

Gümüş istehsalında 20 faizlik azalma – Rəqəmlər

Xamis Seyranova vəzifə verildi

Bizneslərdə marketinqin cavab verməli olduğu 3 sual

İşinizi tərk etməli olduğunuzu göstərən 10 əlamət

Gürcüstandan Azərbaycana gətirilən toyuq əti yararsız çıxıb

Bakıdakı universitetləri hansı şəhərlərə köçürmək olar?

Müsahibəyə getdiyimiz şirkəti necə araşdırmalıyıq?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin