BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8497
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1603
30355

Azərbaycan ərazisində elektron pulun emissiyasının həyata keçirilməsinə icazə veriləcək.

Valyuta.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, emissiyanı aşağıdakılar həyata keçirə bilər:

- banklar və xarici bankların yerli filialları;

- poçt rabitəsinin milli operatoru;

- elektron pul təşkilatları.

Emitent elektron pulun emissiyası məqsədilə qəbul edilmiş pul vəsaiti məbləğində dərhal elektron pulu emissiya edir və elektron pul sahibinin istifadəsinə imkan yaradır.

Emissiya olunan elektron pulun valyutası, maksimum məbləği və bir emitentin emissiya etdiyi elektron pul üzrə öhdəliklərinin maksimum həcmi Azərbaycan Mərkəzi Bankının (AMB) normativ xarakterli aktları ilə müəyyən edilir.

Emitent elektron pul sahibi olmaq istəyən şəxsə elektron pulun emissiyasından əvvəl azı aşağıdakı məlumatları kağız və ya digər davamlı daşıyıcıda təqdim edir:

- emitentin adı və hüquqi ünvanı;

- elektron pulun emissiyası və elektron puldan istifadə qaydaları;

- elektron pulun qalıq dəyərinin geri qaytarılması qaydaları və tətbiq edildikdə elektron pulun geri ödənilməsi üzrə tutulan haqlar;

- elektron pul sahibinin müraciətlərinin qəbulu və onlara baxılması qaydası;

- elektron pulun istifadəsi üzrə təhlükəsizlik tələbləri;

- elektron pulun istifadəsi ilə həyata keçirilən əməliyyatlar və elektron pulun qalıq dəyəri barədə məlumatların elektron pul sahibinə təqdim edilməsi qaydası.

Hüquqi şəxs, xarici hüquqi şəxsin yerli filialı və fərdi sahibkar elektron pulu yalnız həmin şəxslərə məxsus ödəniş hesablarından emitentə köçürmə yolu ilə əldə edə bilər.

Emitent elektron pul sahibini məsafədən autentifikasiya etmək üçün onu fərdiləşdirilmiş təhlükəsizlik məlumatları ilə təmin edir.

Emitent elektron pulun emissiyası, istifadəsi və satışı, habelə həyata keçirilən əməliyyatlar, məlumat mübadiləsinin aparılması, müraciətlərin qəbul olunması və onlara baxılması üzrə daxili qaydalara malik olmalıdır.

Emitent elektron pul sahibinin tələbi ilə elektron pulun qalıq dəyərini dərhal geri qaytarmalıdır.

Hüquqi şəxsə, xarici hüquqi şəxsin yerli filialına və ya fərdi sahibkara elektron pulun qalıq dəyəri geri qaytarıldıqda pul vəsaiti yalnız nağdsız formada hüquqi şəxsin, xarici hüquqi şəxsin yerli filialının və ya fərdi sahibkarın ödəniş hesabına köçürülür.

Emitentin lisenziyası ləğv olunduğu hal istisna olmaqla, emitent elektron pul sahibi ilə bağlanılan müqavilədə nəzərdə tutduğu halda, elektron pulun qalıq dəyərinin geri ödənilməsi üzrə aşağıdakı hallarda xidmət haqqı tətbiq edə bilər:

- qalıq dəyərinin geri ödənilməsi müqavilədə nəzərdə tutulan müddətdən əvvəl tələb olunduqda;

- qalıq dəyərinin geri ödənilməsi müqavilənin bitmə tarixindən 1 ildən sonra tələb olunduqda.

Emitentin lisenziyası ləğv edildikdə AMB-nin bu barədə qərarı emitentə təqdim edildikdən dərhal sonra emitent elektron pulun emissiyasını dayandırmalı və elektron pulların qalıq dəyərlərini elektron pul sahiblərinə hər hansı haqq tutulmadan geri qaytarmalıdır.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Yağış sahələrə ziyan vurdu – Çiyələyin qiyməti bahalaşdı

Xaricə şəkər satışından gəlirimiz 5 milyon dollar azalıb

Cəbrayılın dörd kəndinə birinci mərhələdə 3 min 193 sakin köçürüləcək

Kapital Bank-ın nağd kredit lotereyasının 1-ci tirajının qalibləri bəlli oldu ®

Cavanşir körpüsünün sökülməsi ilə bağlı iki avtobusun hərəkəti dəyişdirilib, parklanma yerləri ləğv edilib

Cavanşir körpüsünün sökülməsi ilə bağlı iki avtobusun hərəkəti dəyişdirilib, parklanma yerləri ləğv edilib

Beynəlxalq İnsan Resursları Günüdür – Onlar şirkətlər üçün niyə bu qədər əhəmiyyətlidir?

Xocalıya qayıdacaq sakinlərə hansı sürprizlər hazırlanır? (VİDEO)

40 min manat mayası olan ASC ləğv olunur

Azərbaycanda bir sıra bankların depozit portfeli azalıb – Siyahı

Sabah Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq

Pərakəndə satış təşkil edən sahibkar kassa aparatı quraşdırmalıdır?

Gümüş istehsalında 20 faizlik azalma – Rəqəmlər

Xamis Seyranova vəzifə verildi

Bizneslərdə marketinqin cavab verməli olduğu 3 sual

İşinizi tərk etməli olduğunuzu göstərən 10 əlamət

Gürcüstandan Azərbaycana gətirilən toyuq əti yararsız çıxıb

Bakıdakı universitetləri hansı şəhərlərə köçürmək olar?

Müsahibəyə getdiyimiz şirkəti necə araşdırmalıyıq?

“Xaqani” bağı belə olacaq (FOTO)

Birinci vitse-prezident seçkilərə qədər İran Prezidentinin səlahiyyətlərini icra edəcək

Mərkəzi Bankda yeni təyinat

Mərkəzi Bankda yeni təyinat

Bitcoin və Etherium bahalaşıb - Kriptovalyutaların qiymətləri

Bakının iki qəsəbəsində qaz olmayacaq

Tehran Fond Birjası İbrahim Rəisinin ölüm xəbərindən sonra fəaliyyətini dayandırıb

"Azerspace-1" peykinin sığortası bu şirkətə həvalə edilir - 1,5 milyon manat ödəniləcək

Çin uçan avtomobilin satış tarixini AÇIQLADI

Avro bahalaşdı - Məzənnə

Bu gündən Bakıdakı əsas körpülərdən biri BAĞLANIR

Lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin