BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
18896

Bitkoin (BTC) hazırda kriptobirjalarda eniş yaşamaqdadır və artıq 35 500 dollar səviyyəsinə qədər geriləmə yaşadı.

Kriptovalyuta bazarı üzrə analitik Nizami Qorçubəy deyir ki, texniki analiz etmək üçün əlimizdə olan ən qədim bitkoin göstəriciləri 2010-cu ilin iyulundan var.

“Həmin dövrdə 1 bitkoin təqribən 0.05$ qiymətinə ticarət olunurdu”.

Nizami Qorçubəy bildirir ki, 2010 ci ildən indiyədək 3 böyük crash görüb:

• 1-ci crash ( 2011 iyun – 2011 noyabr ) müddətində -93% ucuzlaşma baş verib.
• 2-ci crash ( 2013 noyabr – 2015 yanvar ) müddətində – 86% ucuzlaşma baş verib.
• 3-ci crash (2017 dekabr – 2018 dekabr ) müddətində -84% ucuzlaşma baş verib.

“Ehtimal edirəmki dördüncü kəskin düşmə 2021-ci ilin noyabr ayından başlayıb. Noyabr ayında BTC-nin ən yuxarı həddi təqribən 69 000 dollar idi və hazırda təqribən 35 000 dollar ətrafındadır. BTC-nin bundan sonra da pilləvari ucuzlaşacağını proqnoz edirəm. Aşağı həddləri 34 000 – 24 000 – 17 000 və 11 000 dollar olaraq görürəm”.

O, ehtimal edir ki, bu dövr 1 ilə yaxın davam etsin.

Ən pis halda BTC 11 000 dollar, ən yaxşı halda isə 34 000 dollar həddinə kimi ucuzlaşmalıdır. Mənim ən çox inandığım hədəf isə 24 000 dollardır”.

Bazar üzrə analitikə görə, Azərbaycanda bu sahəyə maraq göstərənlərin 90%-i 2020-ci iln sonları, 2021-ci ilin əvvələrindən ticarətə qoşulublar və əvvəlki dövrlərdə baş verən crash-lərdən bir çoxları xəbərsizdir.

“Odur ki, BTC-nin aşağıdakı qrafikinə diqqətlə baxsınlar. Kripto birja, birjalar içində ən risklisi və ən volatillisidir.

Bir çox treyderlər az pulla daha çox qazanmaq üçün fyuçerslə treyd edirlər, əsasən onlar ehtiyatlı davranmalıdırlar.

Hodl edən (yəni spotda hansısa kriptonu uzunmüddətli alan) investorlar isə təşvişə düşməyə də bilər. Çünki ucuzlaşma 10 il ərzində 3 dəfə baş verib və hər dəfə birja qalxdıqdan sonra əvvəlki pik qiymətini dəfələrlə keçib. Əgər psixologiyaları və səbrləri bu ucuzlaşmaya dözəcəksə, onlar əllərində kriptovalyutaları satmaya bilərlər.

Yox əgər investorlara pul qısa zamanda lazım olacaqsa və az zərərdədilərsə o zaman məsləhətim ən azı stabil kriptolara keçid etməkləridir”- deyə Nizami Qorçubəy bildirib. //Banker.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İrsi ürək xəstəliyi olan insanlar üçün idman təhlükəsizdirmi?

Yanvar-martda daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı açıqlanıb

Z nəsli Y nəslindən daha çox maliyyə çətinlikləri yaşayır - ARAŞDIRMA

Ölkəmizdə elektromobillərin sayı artır - AÇIQLAMA

Dövlət sektorunda işçilərin sayı azalıb – RƏQƏMLƏR

İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi

Övladlığa verilən uşaqların sayı açıqlandı

“ChatGPT” insanların görünüşünə də şərh verəcək

Bank kartına bilinməyən hesabdan pul köçürüləndə nə etməliyik?

İpoteka ilə mənzil alınarkən ƏDV-nin bir hissəsinin geri qaytarılması qaydası necədir?

Əhalinin ticarət şəbəkələrində xərclədiyi vəsaitin məbləği açıqlanıb

Türkiyənin ilk yerli elektromobili gələn il Avropa bazarına çıxarılacaq

Tıxaclı yollar bu avtomobillərin sahiblərini böyük məbləğdə ziyana sala bilər (VİDEO)

Soyuq may ayında qiyməti ilə “isindirən” kafelər: Vəziyyət nə zaman düzələcək? - VİDEO

Bu yolda yarımdairə ləğv edilir (VİDEO)

Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon

Prezident: Bizim energetika sahəsində çox böyük planlarımız var

Bakıda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak etdi

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirildi (YENİLƏNİB)

Sərhəddə İlham Əliyevlə İbrahim Rəisi arasında görüş keçirildi (YENİLƏNİB)

Sabahın hava proqnozu

Təhsil eksperti: "Hər il 10 minə yaxın tələbə diplom ala bilmir"

Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək...

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

İşǝmuzd əməkhaqqının hesablanması qaydası

10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO

Kasıbın maşını olmayacaq?

Bu məhsulun satışından qazandığımız gəlir 16 dəfə azalıb

LinkedIn platformasının tələbələr üçün hansı üstünlükləri var?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin