BAKU Azərbaycan
23.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8391
  • 1 Rusiya rublu
    0.0188
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1625
13214

Azərbaycanda 2021-ci ilin ilk 4 ayında əhalinin gəlirlərinin azalmasına baxmayaraq ərzağın alışına çəkilən xərc artıb. 

Rəsmi məlumatlara görə bir nəfərə düşən orta aylıq ərzaq xərci 165 manat olub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10 manat və ya 6,4 faiz çoxdur. Ötən ilin ilk 4 ayında əhali ərzağa adambaşına 155 manat xərcləmişdi. Bu dövrdə qeyri-ərzaq xərclərində artım olmayıb, pullu xidmətlərdə isə azalma baş verib. 

 

Bəs, əhalinin gəlirlərinin azalması fonunda ərzaq xərclərinin artması nə ilə bağlı ola bilər?

 

Valyuta.az Sfera.az-a istinadən xəbər verir ki, bu barədə danışan iqtisadçı-ekspert Fuad İbrahimov hesab edir ki, bahalaşma olduqda əhalinin istehlak xərcləri artır. 

Onun müşahidələrinə əsasən xərclərdəki artıma istehlak miqdarındakı dəyişikliyin təsiri olmayıb: 

"İnsanlar pəhrizə üstünlük verir, daha çox qidalanmadan yayınır. Çünki normadan artıq qidalanma diabet və digər xəstəliklər yaradır. Buna görə də ərzaq xərclərinin artması istehlak miqdarının yox, qiymətlərin artması ilə bağlı ola bilər”.

Ekspert söylədi ki, ərzaq qiymətlərində artım hələ bir müddət davam edəcək. Onun sözlərinə görə bahalaşmaya xarici amillərlə bərabər, daxili amillər də təsir göstərir: 

"Son 10 ildə dünyada ərzaq məhsullarının qiymətində artım baş verir. Dünya əhalisinin sayının sürətlə artması, quraqlıq, iqlim dəyişikliyi və digər amillər qida məhsulları ilə təminatda çətinlik yaradır. Bu amillər qida məhsullarının bahalaşmasına səbəb olur. 

Bu il Azərbaycanda ərzağın bahalaşmasına dizel yanacağının qiymətinin artırılması da ciddi təsir göstərib. 2021-ci ildə dizel yanacağı 33 faiz bahalaşıb və bu, daşıma xərclərini artırıb. 

Bununla bərabər hələ də inhisarçılıq faktlarına rast gəlinir. İnhisarçılar hər zaman bahalaşmaya meyilli olur və fürsət əldə edən kimi qiymət artımı edirlər. Bu hal ərzaq məhsullarında daha tez-tez müşahidə olunur”.    

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Kainatın ən uzaq və ən qədim qalaktikaları kəşf edildi - ELMİ SENSASİYA

Kainatın ən uzaq və ən qədim qalaktikaları kəşf edildi - ELMİ SENSASİYA

Prestij simvolu olan “Rolex” necə bir dünya brendinə çevrildi?

Dünyada ən çox qızıl hasil edən ölkələr – TOP 10

Əmək müqaviləsinin vaxtında qeydiyyata alınmaması hansı risklər yaradır?

Əmək müqaviləsinin vaxtında qeydiyyata alınmaması hansı risklər yaradır?

Neft şirkətinin 12 milyard dollarlıq səhmləri bir neçə saata satıldı

Yağış taxıl zəmilərinə ciddi ziyan vurur, yığımı ləngidir - Qıtlıq ola bilərmi?

Zığ dairəsi-Hava Limanı yolunda endirilən sürət həddi bərpa edildi

Dəmiryolu stansiyalarında ödənişsiz “Wi Fi” zonaları yaradılacaq

Norveç Ukraynaya 300 milyon dollardan çox hərbi yardım göstərəcək

Bakıda köhnə binalardakı mənzillər kütləvi satışa çıxarılır

Azərbaycan “OPEC plus”un 2025-ci ilə olan hasilat razılaşmasına qoşulub

Bu ilin ilk dörd ayında ölkədə 300 min hektar sahədə yazlıq bitkilər əkilib

Mövsümündə satılmayan qarpız haradan gətirilir?

Azərbaycan şahmatçısı “Dubai Open” turnirinin qalibi olub

Sabahdan DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq

Görmə məsafəsi məhdudlaşacaq

Rusiyanı xilas edən tatar bankir - onu niyə öldürmək istəyirlər?

Sabahın havası meteohəssas insanlar üçün əsasən əlverişlidir

Türkiyədən dəri məhsullarının alışında 25 faizlik azalma

"YouTube"da ən populyar bloger məlum oldu

Çimərliklərdə mövsümə hazırlıqlar başlayıb: Son vəziyyət necədir?

Küləkli və yağıntılı hava şəraiti bu vaxtadək davam edəcək

Maşın bazarında diqqət cəlb edən ucuzlaşma - Davamlı olacaq?

Bakı aeroportundan uçuş həyata keçirəcək loukosterlərin sayının artırılması planlaşdırılır

Bu gün imtahan var

Süni intellektli telefonlar: Üstünlük, yoxsa problem?

Azərbaycanda bu məhsullar ucuzlaşdı (VİDEO)

Çinin kosmik aparatı Ayın əks tərəfinə enib

Azərbaycan startapı ABŞ Dövlət Departamentinin proqramında qalib olub

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin